Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?

Bu ölümcül macəranın “bilet qiyməti” cəmi 100 manatdır; bəs təhlükəsizlik təminatı varmı?
Siyəzən rayonu Zarat kəndində yerləşən Beşbarmaq piri adlanan ərazidə gənc qadının faciəli ölümü bir çox suallar doğurub. 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə tullanarkən qayaya çırpılıb və yerindəcə keçinib. Nuranə Məcidova paraşütlə tək uçuş edib. Solo uçuş edən qadının paraşütü özünə məxsus olub. Onun paraşütlə uçuş edərkən havada idarəetməni itirdiyi bildirilir. Uçuşun 500 metr hündürlükdən icra edildiyi qeyd olunur. Qeyd edək ki, Nuranə Məcidova ailəli idi, bir övladı var.
İyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Bəs bu faciəvi ölümün məsuliyyəti kimlərin üzərindədir? Günah öləndədirmi, yoxsa bu macəra biznesində belə ölüm təbii hesab edilir?
Azərbaycanda paraşütlə tullanma son illər dəbdədir. Sosial şəbəkələrdə yüksəkdən çəkilən “uçan” fotolar, 15 saniyəlik videoçarxlar minlərlə baxış toplayır. Gənclər arasında “adrenalin” vazkeçilməz kimi təqdim olunur. Paraşüt təlimlərinin qiyməti isə bu hissləri yaşamaq istəyənlərin cibinə uyğunlaşdırılıb:
Qrup təlimi: 500 manat
Fərdi təlim: 1 000 manat
Təcrübəsizlər üçün pilotla birlikdə uçuş Qubanın Qırızdəhnə kəndində 150 manat, Siyəzəndə, Beşbarmaq dağında 100 manatdır. Yəni bu ölümcül macəranın “bilet qiyməti” cəmi 100 manatdır...
Bəs təhlükəsizlik təminatı varmı? Bu xidmətləri kim təqdim edir və təhlükəsizlik necə təmin olunur? Hava proqnozu necə idi və nəzərə alınmışdımı? Beşbarmaqda uçuş təşkil edən firma hansıdır və rəsmi lisenziyası varmı? Paraşüt klublarının fəaliyyətində sertifikatlaşdırma və sığorta qaydaları tətbiq olunurmu? Suallar çoxdur...
Sorğuladığımız paraşütlə tullanma üzrə təlimçilər deyirlər ki, bu növ idman ekstrim kateqoriyasına aiddir və risklər də az deyil. Paraşütlə tullananlar riskləri də özləri nəzərə almalıdırlar. Yəni paraşütlə tullanan həyatına özü cavabdehdir. Lisenziya məsələsinə gəldikdə isə bu xidmətləri göstərən şirkətlər Dövlət Aviasiya Agentliyinə müraciət edirlər. Lisenziya təsdiqlənirsə, fəaliyyətə icazə verilmiş hesab olunur.
2019-cu ildə də Qusarda bir gənc paraşütlə uçarkən sərt eniş etmiş, ağır bədən xəsarətləri almışdı. O zaman da suallar cavabsız qalmışdı. Yenə də eyni səhnə, eyni sükut...
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu hadisə peşəkar təşkil edilməyən, sığortasız və standartlara uyğun olmayan aviasiya-turizm fəaliyyəti nəticəsində baş verən faciəyə daha yaxın görünür: “Paraşütlə tullanma ciddi risk daşıyır. Bu sahədə pilotlar, avadanlıq və təhlükəsizlik təlimləri mütləq peşəkar sertifikatlar əsasında aparılmalı, hər bir uçuş sığortalanmalıdır. Yoxsa adventürist əyləncə adı altında insan həyatı bahasına "qiymət" təyin edilməsi, yəni qəza ehtimalının uçuş bileti qədər olması qəbuledilməzdir. Paraşüt fəaliyyətini həyata keçirən hər bir şəxs və ya klub mütləq Dövlət Aviasiya Agentliyi və ya müvafiq qurumlar tərəfindən tanınmış olmalı, həmçinin pilotların beynəlxalq və ya yerli sertifikatı olmalıdır. Sığorta məsələsi də heç vaxt unudulmamalıdır. Qadının ölüm faktı ciddi sığorta mexanizminin olmadığını göstərir. Bu cür ekstremal idman növlərində həyat və məsuliyyət sığortası mütləqdir. Təhlükəsizlik prosedurlarının formalaşması da ən ciddi şəkildə gerçəkləşdirilməlidir. Təlimlər, avadanlıq yoxlamaları, hava şəraitinə uyğun qərar qəbuletmə prosesi yazılı, sənədli şəkildə olmalıdır. Qayaya çırpılma faktı bu prosedurların yoxluğu ehtimalını doğurur".
Natiq Ələsgərov deyib ki, hüquqi məsuliyyət açıq olmalıdır: “Ölüm və ya zədələnmə zamanı məsuliyyət daşıyan hər kəsin siyahısı müəyyən edilməlidir. Pilot, klub, təşkilatçı, sığorta şirkətinin cavabdeh olması açıq olmalı, hər kəsə bu məlumatla tanış olmaq imkanı yaradılmalıdır. Bu ölüm cinayət, inzibati və ya mülki iddia, yəni hansı çərçivə ilə davam edəcək, hamısı qeydə alınmalıdır. Natiq Ələsgərov deyir ki, bu kimi hadisələr yalnız "faciə" səviyyəsində qəbul olunmamalıdır. Belə riskli fəaliyyətlər qanunlara uyğun şəkildə hüquqi tənzimlənməlidir. Yoxsa "adrenalin" biletinin dəyəri insan həyatı olacaq. Əgər ölüm hadisəsi peşəkar məsuliyyətsizlikdən yaranıbsa, bu zaman operator-firma istintaqa cəlb olunmalıdır. Ölkəmizdə aviasiya-turizm sahəsində peşəkar qurumların formalaşması, sığortanın mütləq tətbiqi və bu növ fəaliyyətlərin tənzimlənməsi üçün qanunvericilik səviyyəsində islahatlar zəruridir. Hazırda belə görünür ki, belə “adrenalin” uçuşun arxasında həyat üçün təhlükəsiz və qeyri-sağlam variantları ehtiva edən əlverişsiz bir sistem dayanır. Təhlükəsizlik tədbirləri və sığorta mexanizmləri gücləndirilmədən bu cür uçuşlar böyük risklər doğurur".
- Paraşütlə qayaya çırpılıb ölən Nuranənin fotoları
8 iyul 2025 11:11
- Müdafiə naziri dünyanın ən hündür göydələnindən paraşütlə atıldı - ANBAAN VİDEO
23 fevral 2025 02:02
- Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?
28 noyabr 2024 09:07
- Qubada paraşütlə uçan həkim faciəvi şəkildə öldü - Yenilənib-Foto
7 oktyabr 2024 10:34
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Qardaş niyə bacısının toyu günü atasını öldürdü? -Təfərrüat
17 noyabr 2022 17:58
- Azərbaycanlı gənc Çexiyada həyat yoldaşını xilas etdi, özü boğuldu-VİDEO
6 sentyabr 2022 13:50
- “Nazim Hikmət ayrılanda dedi: “Oğlum, ölmək istəyirəm!..” (MÜSAHİBƏ)
6 dekabr 2021 16:50
- “Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğuluğu, qətl, narkotik alveri...
22 fevral 2021 11:32
- Tarixdə gizli qalan hadisə- Bir gündə 300 nəfər ağlını niyə itirib?
21 fevral 2021 13:02
- Gəncədə atası 22 yaşlı qız döyərək öldürüb
20 iyul 02:08
- Suriyada döyüşlər dayandı – RƏSMİ
20 iyul 01:44
- İlham Əliyevdən SON DƏQİQƏ SÜLH AÇIQLAMASI
20 iyul 01:27
- Ailəsi Anar Məmmədxanovla bağlı tədbirdə
20 iyul 00:32
- Prezident: Zəngəzur bir çox ölkələri birləşdirəcək
19 iyul 21:49
- Suriya və İsrail atəşkəsə razılaşdı – ABŞ vasitəçilik etdi
19 iyul 21:32
- Mikayıl Ağalarov açdığı restoranı Azərbaycan dilində reklam etdi: HAMINIZ GƏLİN
19 iyul 21:18
- Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında ..
19 iyul 18:32
- Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq - Prezident
19 iyul 18:13
- Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
19 iyul 16:23
- Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
19 iyul 13:06
- Avropa İttifaqı Azərbaycan şirkətinə sanksiya tətbiq etdi
19 iyul 12:12
- Elman Əhmədovun 27 yaşında nazir müavini vəzifəsinə yüksəlməsi həmkəndliləri kimi bizi çox fərəhləndirdi
19 iyul 11:08
- Bakı ŞİH sürtkü yağları satan şirkətdən İTLƏR ÜÇÜN 426 MİN MANATA YEM ALIR
19 iyul 10:35
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 01:49
- Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapdı
19 iyul 01:29
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 01:17
- NAXÇIVAN hoteli sökülür
19 iyul 00:56
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 00:24
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
18 iyul 23:50
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 22:45
- Prezident onlara müraciət ünvanladı
18 iyul 11:51
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 11:33
- Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə
18 iyul 10:46
- Alen Simonyan boşaldı - Modellə sevgilidir
18 iyul 10:26
- Suriyanın bölünməsinə icazə verməyəcəyik
18 iyul 09:43
- Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
18 iyul 09:18
- Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur
18 iyul 01:56
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
18 iyul 00:20
- Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı BİTDİ...
17 iyul 23:43