Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
1964-cü ildə Nikita Xruşşov hakimiyyətdən devrildikdən sonra ölkənin birinci kürsüsünə sahib olan Leonid Brejnev Kremldəki mövqelərini möhkəmlətmək üçün bütün mümkün tədbirləri həyata keçirib. Təbii ki, Brejnev Kreml oyunlarının nə vaxtsa ona qarşı istiqamət alacağını da düşünüb. Bunları nəzərə alan və ehtiyatını əldən verməyən baş katib ilk növbədə kadr islahatlarına başlayıb.
Hədəfə əsasən Xruşşovun komsomoldan partiya orqanlarına yüksək vəzifəyə gətirdiyi komandanın üzvləri düşüb. Hətta həmin dövrdə Siyasi Büroda Brejnevin bu kadr siyasətini “komsomol ovu” da adlandırıblar. Brejnev müxtəlif bəhanələrlə və çox mədəni şəkildə onları mərkəzdən uzaqlaşdırıb.
Brejnev Xruşşovdan fərqli olaraq DTK orqanlarının əməkdaşlarından daha səmərəli istifadə edib. Xruşov öz hakimiyyəti illərində DTK tərəfindən yüksəkçinli dövlət məmurlarının izlənməsinə, danışıqlarının qulaq asmasına məhdudiyyət qoyduğu halda, Brejnev əksinə, DTK-nın bu fəaliyyətini daha da gücləndirib. Baş katib Yuri Andropovu DTK rəhbərliyinə gətirərək bu qurumu köhnə kadrlardan bütövlükdə təmizləməyə nail olub.
Sözsüz ki, sakit şəkildə baş verən bu proseslər böyük narazılıqlar da yaradıb. Hətta bununla bağlı Mərkəzi Komitənin plenumunda Brejnevin fəaliyyətini açıq şəkildə tənqid etməyə hazır olanlar, hakimiyyəti dəyişməyə cəhd edənlər də tapılıb.
Bu cəsarət sahiblərindən biri də 1961-1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Pyotr Yelistratov olub.
1971-ci ildə Mordova vilayətinin birinci katibi olan Yelistratov Mərkəzi Komitənin plenumunda iştirak etmək üçün Moskvaya gəlib. Plenumdan bir gün əvvəl paytaxta təşrif buyuran birinci katib köhnə komsomol yoldaşları ilə görüşməyə də vaxt tapıb.
Yelistratov günün ikinci yarısında Aleksandr Şelepinlə görüşüb. Bu həmin Şelepindir ki, Xruşovun devrilməsində əsas fiqurlardan biri olub, sonda isə Brejnevə göstərdiyi bu “xidmət”ə görə elə baş katib tərəfindən siyasi səhnədən uzaqlaşdırılıb. Ümumittifaq komsomolunun birinci katibi, sonra DTK sədri, daha sonra isə Mərkəzi Komitənin katibi olan Şelepin Brejnev tərəfindən “vurulduqdan” sonra Həmkarlar İttifaqına rəhbərlik edib.
Yelistratov Şelepinlə görüşündə planlarını ona açıqlayıb. Plenumda Brejnevin fəaliyyətini sərt tənqid edəcəyini, plenum üzvlərindən onun vəzifədə qalıb-qalmayacağını müzakirəyə çıxarmalarını təklif edəcəyini söyləyib. Şelepin Yelistratova diqqətlə qulaq assa da heç bir mövqe bildirməyib. Hətta keçmiş DTK sədri onların danışıqlarına qulaq asmaları haqqında Yelistratova xəbərdarlıq da edə bilməyib.
Yelistratov Şelepinlə görüşündən sonra mehmanxanaya yollanıb. Axşam saatlarında həmin dövrdə SSRİ DTK-sı sədrinin birinci müavini vəzifəsində işləyən Semyon Sviqun onun yanına qonaq gəlib. Qeyd edək ki, Semyon Sviqun Pyotr Yelistratovla eyni dövrdə Azərbaycanda işləyib. O, Azərbaycan DTK-nın sədri, Yelistratov isə ikinci katib vəzifəsində çalışıb. Köhnə “dostlar” görüşlərinin şərəfinə xudmani bir məclis də düzəldiblər. Gecədən xeyli keçmiş Sviqun evinə qayıdıb, Yelistratova isə mehmanxanada gecələmək nəsib olmayıb. O, “zəhərlənərək” gecə ikən xəstəxanaya aparılıb və səhəri gün keçiriləcək plenumda iştirak etməkdən məhrum olub.
Sonralar Brejnev Suslovun da iştirak etdiyi görüşdə Şelepinə həmin günü xatırladıb və söyləyib ki, nəinki kabinetdə, hətta gəzinti zamanı, evdə, bağda da bütün danışıqlara qulaq asılır.
Bu hadisədən sonra Pyotr Yelistratov Mordovanın birinci katibi vəzifəsindən azad olunub. Onu bir müddət səfir köməkçisi kimi Əfqanıstana “sürgün” ediblər.
Qeyd edək ki, Pyotr Yelistratov 1917-ci ildə Saransk şəhərində anadan olub. Ordu sıralarında qulluq edəndə hərbi hissənin komsomol katibi vəzifəsini daşıyıb. 1941-ci ildə müharibə başlananda könüllü olaraq cəbhəyə yollanıb. Müharibədən sonra komsomol orqanlarında fəaliyyətə başlayıb. Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində olan Ali Partiya Məktəbini bitirib. SSRİ-nin müxtəlif bölgələrində şəhər komsomol və partiya komitələrində birinci və ikinci katib vəzifələrində işləyən Pyotr Yelistratov 1961-ci ilin dekabr ayından 1968-ci ilin may ayına qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilib. Azərbaycandan sonra partiya orqanlarındakı fəaliyyətini Mordova vilayətində birinci katib kimi davam etdirib.
Pyotr Yelistratov SSRİ-nin bir çox dövlət təltifləri ilə, o cümlədən “Lenin” ordeni ilə təltif olunub. Ömrünün son illərini doğulduğu Saransk şəhərində yaşayan Pyotr Yelistratov 1987-ci ildə 70 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
- Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi
14 iyun 2024 13:08
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
14 iyun 2024 11:10
- Vəkil Adəm Məmmədov Fidan Abbasovanı məhkəməyə verdi - 50 min təzminat...
13 iyun 2024 17:36
- Oğlanın boğazına ip bağlayıb gəzdirdilər - 3 nəfər tutuldu
13 iyun 2024 11:14
- Sumqayıtın icra başçısından sensasion şikayət - 3 milyonluq borc...
13 iyun 2024 11:09
- Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar
13 iyun 2024 10:51
- Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
12 iyun 2024 13:52
- Bakıda məşhur klinikada BİABIRÇILIQ: Əməliyyat etdiyi qızla sevgili oldu, onunla evlənmədiyi üçün başına oyun açdı
11 iyun 2024 14:48
- 32 yaşında Danimarkada zavod müdiri olan azərbaycanlı
11 iyun 2024 11:55
- Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salınıb?
10 iyun 2024 22:50
- Su içməmək kökəldir - Diqqətli olun!
16 iyun 15:48
- Sumqayıtda qrad mərmisi aşkarlandı - Fotolar+Video
16 iyun 12:44
- Bu gün Qurban bayramıdır
16 iyun 11:31
- Vəsf zamanı deyil, Mikayıl İsmayılov…
15 iyun 17:07
- Azərbaycanda nə qədər ət, süd və yumurta istehsal edilib?
15 iyun 16:04
- Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - Foto
15 iyun 11:32
- Nazir Kardiologiya Cəmiyyətinin sədrinə yüksək vəzifə verdi
14 iyun 19:03
- Prezident xalqı təbrik etdi
14 iyun 18:46
- Zəngilanda 2 tona yaxın çətənə bitkisi məhv edilib
14 iyun 13:36
- Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi
14 iyun 13:08
- Xudayar bəy kimin babasıdır ...?
14 iyun 11:42
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
14 iyun 11:10
- Tumu meyvəsindən də faydalı imiş
14 iyun 10:05
- Sabahdan bayram tətili başlayır
14 iyun 09:56
- Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
13 iyun 19:27
- Nazir generalın həbsdən azad olunan bacı oğluna vəzifə verdi (FOTO)
13 iyun 19:05
- Aqil Abbas - Əmim qızını sevirəmsə, molla kəbini ilə evlənəcəm
13 iyun 18:55
- Vəkil Adəm Məmmədov Fidan Abbasovanı məhkəməyə verdi - 50 min təzminat...
13 iyun 17:36
- Oğlanın boğazına ip bağlayıb gəzdirdilər - 3 nəfər tutuldu
13 iyun 11:14
- Sumqayıtın icra başçısından sensasion şikayət - 3 milyonluq borc...
13 iyun 11:09
- Porsche-dən oğurlanmış 94 minlik Rolex saatı Etibar Pirverdiyevindir?
13 iyun 10:56
- Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar
13 iyun 10:51
- Misir Mərdanov imtahandan kəsilən müəllimlər barədə - Bu, onları cəmiyyətin gözündən salmaqdır
12 iyun 22:11
- Azərbaycan bu ölkələrlə ticarət əlaqələrindədir - Siyahı
12 iyun 17:49
- Adil Əliyevin qardaşı vəfat etdi - Foto
12 iyun 17:38
- Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
12 iyun 13:35
- Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?
12 iyun 12:16
- Tənzilə xanım namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm
12 iyun 10:23
- Rusiya sülhməramlıları Xocalını tərk edir
11 iyun 23:04
- Bakıda məşhur klinikada BİABIRÇILIQ: Əməliyyat etdiyi qızla sevgili oldu, onunla evlənmədiyi üçün başına oyun açdı
11 iyun 14:48