- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
Qısa xatırlatma üçün qeyd edək ki, Fidan Loğman qızı Abbasova bir neçə ildir SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı məhkəmə iddiası ilə çıxış edir.
Belə ki, Fidan Abbasova Orxan İsmayılzadə ilə uzun müddət birgə yaşayıblar və onların NİL adlı qızları var. Amma Orxan İsmayılzadə atalıqdan imtina edir və Nilin onun qızı olmadığını bildirir. Belə olan halda qarşı tərəf, yəni Nilin anası Fidan Abbasova məhkəməyə müraciət edərək “Atalığın müəyyən edilməsi” tələbi ilə Orxan İsmayılzadənin DNT testindən keçməsini tələb edir.
Və bu iddia ilə bağlı 2017-ci ildə Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində Adəm Məmmədov Fidan Abbasovanın vəkili olub.
Lakin Fidan Abbasova öz vəkili Adəm Məmmədovdan narazı qalıb və bunu müxtəlif saytlara, mediaya açıqlmasında qeyd edib.
Fidan Abbasova öz açıqlamasında vəkili Adəm Məmmədova 10000 dollar ( on min ) verdiyini, Adəm Məmmədəovun isə qarşı tərəfin xeyrinə çalışdığını, vəkili vasitəsi ilə ona saxta barışıq sənədi imzalatdıqlarını və sonda qarşı tərəfin öz öhdəliklərinə əməl etmədiyini bildirib. Yəni Fidan Abbasovanın vəkili Adəm Məmmədov qarşı tərəfə işləyib.
Fidan Abbasovanın bu açıqlamaları vəkil Adəm Məmmədovun narazılığına səbəb olub. Və buna görə Adəm Məmmədov “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən 50 min manat təzminat tələb edib.
Qısa xatırlatma üçün bu qədər.
İndi isə keçək əsas məsələyə.
Deməli vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Loğman qızı Abbasovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası və 50 min manat təzminat tələbi ilə bağlı məhkəmə prosesi 2 ilə yaxındır, daha dəqiq desək 29.11.2024-cü il tarixdən bu günədək davam edirdi.
Belə ki, 29.11.2024-cü il il tarixdə Nərimanov Rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Loğman qızı Abbasovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası və 50 min manat təzminat tələbi ilə bağlı işə baxılıb.
Onu da qeyd edək ki, bu məsələyə ilk dəfə hazırlıq iclasında baxılanda Fidan Abbasovanın vəkilləri aidiyyət məsələsini qaldırıblar. Belə ki, vəkil Adəm Məmmədov Fidan Abbasovaya qarşı şərəf və ləyaqətin alçaldılması üzrə iddianı Nərimanov Rayon Məhkəməsinə təqdim edib. Fidan Abbasova isə Xətai rayonu ərazisində qeydiyyatda olmaqla oradakı mənzilində yaşayır. Buna görə də iddiaya aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Hakim Nərgiz Tağıyeva vəkillərin etirazını əsaslı sayıb və iddiaya baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Sözün qısası, uzun prosesdən, ötür-ötür oyunundan sonra nəhayət Nərimanov Rayon Məhkəməsi Adəm Məmmədovun iddiasını əsaslı saymayıb və onun iddiasını rədd edib.
Hökmdən narazı qalan Adəm Məmmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
Və Bakı Apellyasiya Məhkəməsi birinci instansiya, yəni Nərimanov Rayon Məhkəməsini hökmünü qüvvədə saxlayıb.
Yenə hökmdən narazı qalan Adəm Məmmədov bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti edib.
İndi isə gələk son xəbərə.
NUH.az-a zəng edən Fidan Abbasova müxbirimizə bildirib ki, bu gün, yəni 14 may 2026-cı il tarixdə Ali Məhkəmə Adəm Məmmədovun kassasiya şikayətinə baxıb və yekun məhkəmə aktı çıxarıb:
Kassasiya şikayəti təmin edilməsin, qətnamə isə dəyişdirilmədən saxlanılsın.
Bununla da Fidan Loğman qızı Abbasovanın əməllərində və hərəkətlərində Adəm Məmmədovun işgüzar nüfuzuna xələl vurmaq və onun şərəf-ləyaqətini alçaltmaq niyyətinin olmadığı aşkar şəkildə sübut edilibdir.
NUH.az
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Məhkəmə qərarını geri oxutmaq istəyirlər – işin içində keçmiş vəkil Adəm Məmmədov da var
10 may 2026 13:05
- Artıq ALƏT kimi də istifadəyə yaramırsan
10 may 2026 12:39
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
9 may 2026 00:20
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
