- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
“Azadlıq və müstəqillik hər bir xalqın heç zaman köhnəlməyən arzu və istəkləridir. Azadlıq və müstəqillik ən ağır hərbi- siyasi şəraitlərdə belə heç bir şəkildə vaz keçilməyən milli ideallardır. Bu ideallar uğrunda tarix boyu bizim bildiyimiz və bilmədiyimiz saysız- hesabsız müharibələr baş verib və saysız- hesabsız qurbanlar verilib. Lakin heç də bütün xalqlar özlərinin azadlıq və müstəqillik ideallarını gerçəkləşdirə bilməyiblər”.
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Patrul.az-a danışarkən səsləndirib.
Vaxtilə əcdadlarımızın dünyanın ən möhtəşəm dövlətlərini yaratdığını və hətta onları imperiyalara çevirməyə nail olduqlarını xatırladan C.Feyziyev əlavə edib:
“Lakin on illər və hətta yüz illər boyunca öz qüdrəti ilə dünya xalqlarını heyrətləndirən bu səltənətlər fərqli tarixi şəraitlərdə tənəzzülə uğrayıb və bəziləri hətta öz varlığını hər hansı bir şəkildə də olsa qoruyub saxlamağa qadir olmayıblar.
Bu heç də mühakimə deyil, sadəcə tarixin gərdişini anlamaq üçün nəzər saldığımız və obyektiv dəyərləndirmək istədiyimiz tarixi həqiqətlərdir. Onu dərk etmədən bu günümüzün reallıqlarını və gələcəyimizin perspektivlərini düzgün dəyərləndirə bilmərik.
Zaman və siyasət insan bədəninin bir-biri ilə üzvi bağlılıqda olan hüceyrələri kimi daimi hərəkətdə olan fenomenlərdir. Siyasət tarixi zamanla sinxron hərəkət etmədikdə iflasa uğrayır. İflasa uğrayan siyasət isə idealları məhv edir, imperiyaları belə çökdürür, hətta xalqların və millətlərin yer üzündən silinməsinə qədər acı nəticələrə səbəb ola bilir. Tarix qocaldıqca siyasət daha da mürəkkəbləşir, keçmişin sadə qanunauyğunluqlar çərçivəsindən çıxaraq yeni heterogen xüsusiyyətlər əldə edir və beləliklə ortaya çıxan yeni amillər yeni siyasi qanunauyğunluqların daha mürəkkəb konfiqurasiyasını yaradır. Bu elə bir konfiqurasiyadır ki burada atılan heç bir addım əvvəlki addımlardan hər hansı birinin təkrarı deyil. Beləcə siyasət tarixlə birgə sinxron şəkildə addımlayır və xalqların taleyini formalaşdırır. Bütün bunları anlamadan və bu ideallar uğrunda mübarizə əzmi olan xalqa anlatmadan uğurlu siyasət aparmaq və milli azadlıq və müstəqillik ideallarını gerçəkləşdirmək mümkün deyil”.

Millət vəkili bildirib ki, ən qədim zamanlardan xalqımız azad yaşamağın təcrübəsini qazanıb və tarixin bütün dönəmlərində onu qoruyub saxlamağa çalışıblar:
“Lakin tarix səhvləri bağışlamayıb və qan bahasına əldə olunmuş azadlıq zaman- zaman itirilib və yenidən qazanılıb. Sonuncu dəfə bu günkü azadlığımızı əldə etmək üçün xalqımız iki əsrdən çox fasiləsiz olaraq mübarizə aparmalı olub. Bu gün dünya sistemində öz adı, yeri, dili, özünə məxsus ərazisi və beynəlxalq siyasətdə xüsusi çəkisi olan Azərbaycan Respublikası çox əsrlik müstəqillik ideallarımızın real həyatdakı təcəssümüdür. Respublikamızın tarix səhnəsinə ilk gəlişi 108 il əvvələ təsadüf etsə də real azadlığa və müstəqilliyə nail olmaq üçün daha bir əsr mübarizə aparmalı olmuşuq. Bu mübarizəni uğura qovuşduran və dövlət müstəqilliyimizin dönməzliyini, sarsılmazlığını və əbədiliyini təmin edən ən uğurlu siyasətçi isə Heydər Əliyev oldu. Dərin zəkası, həssas fəhmi və hər cür zəhmətə qatlaşmaq əzmi ilə hələ keçən əsrin ortalarında siyasət yoluna çıxmış Heydər Əliyev dövrün çağırışlarını və siyasi qanunauyğunluqlarını zərgər dəqiqliyi ilə düzgün dəyərləndirə bildi. O SSRİ- nin tarixində uzun bir siyasi yol qət etdi, XX əsrin qlobal siyasət arenasında çoxlarının həsəd apardığı bir şöhrət qazandı. O illərdə Heydər Əliyevin şəxsi karyera müstəvisində əldə etdiyi uğurlar bir sovet siyasətçisi üçün xoşbəxtliyin ən yüksək və hətta əlçatmaz həddi hesab oluna bilərdi. Düşünmək olardı ki, Heydər Əliyevə daha heç nə lazım deyil. O artıq bütün ömrünü Yer kürəsinin ən xoşbəxt adamlarından biri kimi yaşaya bilərdi. O isə belə düşünmürdü. O öz xoşbəxtliyini xalqın taleyindən kənarda görmürdü”.
Həmsöhbətimiz, Ulu Öndərin bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşadığını vurğulayıb:
“Onun qarşısında hələ də çox ağır sınaqlardan keçməklə xalqın azadlığını və müstəqilliyini təmin etmək və daha sonra onu əbədi etmək üçün möhkəm əsaslar yaratmaq kimi çətin və şərəfli bir missiya vardı.
Bu missiyanı o hələ uzun illər əvvəl özü özünə seçmişdi. 1993- cü ildə Azərbaycan Respublikasının mövcudluğu belə sual altına düşdüyü ən ağır sınaq zamanında isə xalq da yekdilliklə bu missiyanı ona həvalə etdi. O həmin dövrdə “olum” və “ölüm” dilemması qarşısında dayanmış Azərbaycanı tarixin ən ağır sınaqlarının birindən şərəflə çıxardı. Onun müdrik siyasəti nəticəsində biz dövlət olaraq “ölmədik”, “olduq”.
SSRİ – ni idarə etmiş Siyasi Büro üzvləri arasında heç kimin siyasi dünyagörüşü hansısa bir dövlətin müstəqillik siyasətinin əsasına çevrilə bilmədi. Yalnız Heydər Əliyev siyasəti özündən sonra da müstəqil Azərbaycanın siyasi inkişaf kursuna çevrildi və öz məntiqi davamını əldə etdi. Məhz onun siyasi kursu bizi torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. Heydər Əliyevin siyasi kursu Azərbaycanın dünya miqyasında tanınmasına və beynəlxalq siyasətin vacib aktorlarından biri kimi qəbul olunmasına gətirib çıxardı”.
“Ona görə də Heydər Əliyev xalqımızın əsrlərlə davam edən milli azadlıq və müstəqillik mübarizəsində tarixi dönüş yaratmış nadir şəxsiyyətlərdən biridir və onun adı hər zaman müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu kimi böyük ehtiramla xatırlanır”,– deyə o fikirlərini yekunlaşdırıb.
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 2026 19:26
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 2026 11:33
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 2026 11:21
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 2026 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
