Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub həbslərin davamını qaçılmaz edir.
Məktubda qeyd olunur ki, yaradılması nəzərdə tutulan “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Hazırda bu iş üzrə üç nəfər - AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov, AXCP sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim saxlanılıb. Onlar barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. R.Mehdiyev isə 4 ay müddətinə ev dustaqlığına cəlb edilib.
Bu o deməkdir ki, bu iş üzrə istintaqa “Dövlət Şurası”nın yerdə qalan üzvləri (46 nəfər) də cəlb oluna bilər. Eyni zamanda, sabiq deputat Gültəkin Hacıbəylinin bu iş üzrə Türkiyədən gətirilərək dindirilməsi gözlənilir.
Mehdiyevin siyahısındakı digər şəxslərin ifşası, “Dövlət Şurası”nın üzvlərinin üzə çıxarılması mümkündürmü?

Qulamhüseyn Əlibəyli
Keçmiş millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında baş verənlərin Azərbaycan dövlətçiliyi üçün təhlükələrindən söz açdı: “Həbs olunan şəxslərin ittiham olunduğu cinayət əməlləri barədə rəsmi məlumat verilmədiyindən mediada gedən məlumatlar əsasında ümumi mühakimələr yürütmək olar. Həmin məlumatların mahiyyəti bundan ibarətdir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev müxalifətin radikal kəsimi AXCP və Milli Şura ilə işbirliyinə gedərək dövlət hakimiyyətini zorla ələ keçirmək, dövləti idarə etmək üçün 50 nəfərdən ibarət tərkibdə ”Dövlət Şurası" adlanan qurum yaratmaq niyyətində olub və bu barədə Rusiya hakimiyyət dairələrinə məktubla müraciət edib. Həmin məktubun ilkin variantı AXCP sədri Əli Kərimlinin evindən tapılıb. Məktubun mediada gedən variantında onun kim tərəfindən imzalandığı və hara ünvanlandığı göstərilməyib.
Azərbaycanın hüquq-mühafizə orqanları bu məlumatları Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər kimi qiymətləndirərək cinayət işi başlayıb, həbslər həyata keçiriblər.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələri ilə yaxın münasibətləri, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun rəhbəri olması xəbəri yeni deyil və hamıya məlumdur. Bu məsələdə yeni məlumatlar müxalifətin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə münasibətlərinin yaranmasıdır. Mediada bu münasibətlərin yaranması 2013-cü ildə prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın və seçki koalisiyası kimi Milli Şuranın yaranması ilə əlaqələndirilir. “Milyarderlər İttifaqı”nın Rusiya hakimiyyətinə yaxın adamlardan ibarət olması onu deməyə əsas verir ki, bu qurum prezident seçkilərinə Rusiyanın mümkün təsir imkanlarının genişləndirilməsi məqsədilə yaradılmışdı.
Azərbaycan müxalifətinin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə əlaqələrinin və işbirliyinin yaranması faktiki baş veribsə, bu, dövlətçiliyimiz və milli təhlükəsizliyimiz üçün təhlükəli amil kimi qiymətləndirilməlidir. Rusiya hakimiyyətinin bundan istifadə edərək Azərbaycanda mümkün təsir imkanlarını genişləndirməyə cəhdlər göstərməsi şübhə doğurmamalıdır. Bu baxımdan Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı məsələ daha geniş kontekstdə Rusiyanın planları kimi nəzərdən keçirilə bilər.
Həbs olunan şəxslərin ittiham olunduğu maddə bir tərəfdən hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin qəsdən törədilməsi kimi əməlləri nəzərdə tutur. Özü də bu hərəkətlər zorakılıqla müşaiyət olunmalıdır. Yəni zorakılığın həm fiziki, həm də psixoloji formaları tətbiq oluna bilər".
Q.Əlibəyli həbslər dalğasının davamlı olacağını proqnozlaşdırır: “Mahiyyət etibarilə dövlət çevrilişinin məzmununu təşkil edən zorakı hərəkətlər bir neçə nəfər tərəfindən planlaşdırıla bilər. Lakin onların həyata keçirilməsi çoxsaylı subyektlərin iştirakı ilə mümkündür. Özü də bu subyektlər təkcə ”Dövlət Şurası" adlı qurumun üzvlərindən ibarət olmaya bilər. Mövcud hakimiyyət strukturlarında vəzifə tutan şəxslər də bu prosesə cəlb oluna bilər. Ona görə də növbəti həbslər dalğasının olacağı ehtimalı böyükdür".
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Kim Çen In yenidən seçildi
23 fevral 2026 10:09
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 10:31
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 00:02
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 19:30
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 17:48
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 17:17
- Kim Çen In yenidən seçildi
23 fevral 10:09
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 10:00
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 23:08
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 21:26
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 19:01
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
