Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
Siyasət2 iyul 2025 21:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar.
NUH.az AZƏRTAC-a istinadla xəbər verir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.
Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.
İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.
Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.
Hazırda "Sea Breeze" ərazisində 6 560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ərazidə məşhur özbək brendi olan "The Choyxona" restoranı da fəaliyyət göstərir
Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək "Sea Breeze Uzbekistan" layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.
Oxşar xəbərlər
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 2025 12:31
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 2025 12:58
- Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
14 iyul 2025 11:53
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 2025 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 09:15
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 2025 08:11
- Şaraa Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
12 iyul 2025 19:34
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 2025 14:35
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 2025 14:28
Xəbər lenti
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 12:31
- Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
15 iyul 11:42
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 11:01
- Putin: Rusiyada QADIN çatışmır – Statistikanı özü etiraf etdi
15 iyul 01:21
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 00:33
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 23:09
- Tramp Putini hədələdi: Hamını aldadır, ona 50 gün vaxt verirəm...
14 iyul 22:43
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 12:58
- Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
14 iyul 11:53
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 11:37
- Çeçen qızı Lauranı Tiflisdə oğurladılar !
14 iyul 10:16
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 09:58
- Putin: Rusiya MƏHV olacaq, ya da , ümumiyyətlə, OLMAYACAQ....
14 iyul 09:05
- Qaranlığa qərq olan Bakı küçələri - TƏHLÜKƏLİ VƏZİYYƏT -VİDEO
14 iyul 08:49
- ABŞ Dövlət Departamentində 1 300 nəfər ixtisar edildi — Zaxarovadan kinayəli reaksiya
14 iyul 01:27
- Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı – ŞOK detallar üzə çıxdı
14 iyul 01:10
- Xocalının bu kəndlərinə İLK KÖÇ olacaq
14 iyul 00:24
- Ət bahalaşdı: Yeni qiymət VİDEO
14 iyul 00:07
- FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?
13 iyul 22:45
- Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
13 iyul 20:51
- Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak oldu
13 iyul 19:53
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11
- Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar
13 iyul 00:55
- Çayda boğulub ölən Səfiyənin - Fotosu
13 iyul 00:05
Video & Fotoqalereya
Video
Fotoqalereya