II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti əvvəllər məxfi saxlanılan arxiv materiallarını açıqlayıb. Sənəddə II dünya müharibəsi zamanı Yaponiyanın Sovet İttifaqına hücuma hazırlığının təfərrüatları, o cümlədən onun ekspansionist siyasətinin səbəbləri və SSRİ-yə qarşı bakterioloji müharibə aparmağa hazırlığın sübutları yer alıb.
5 aprel 1945-ci ildə Sovet İttifaqı Yaponiya ilə 1941-ci ildə bağlanmış neytrallıq paktını ləğv edib. Avqustun 8-də sovet hökuməti Yaponiya tərəfinə avqustun 9-dan etibarən özünü Tokio ilə müharibə vəziyyətində hesab etdiyini bildirib. Bu qərar “Anti-Hitler koalisiyası” daxilində müttəfiq öhdəliklərinin yerinə yetirilməsi, eləcə də Yaponiyanın müttəfiqlərin təklif etdiyi qeyd-şərtsiz təslim şərtlərini qəbul etməkdən imtina etməsi ilə bağlı olub.
Ümumilikdə 1933-cü ildən 1945-ci ilə qədər sovet sərhədçiləri 3 666 yapon kəşfiyyatçısının və 68 bandasının hərəkətlərini qeydə alıblar. Həmin dövrdə yapon hərbçiləri SSRİ ərazisini, mülki əhalini, sərhəd naryadlarını, gəmiləri və s. istiqamətlərə 551 dəfə atəş açıb. Yapon hərbçilərinin əməlləri nəticəsində 83 mülki şəxs həlak olub, 120 nəfər yaralanıb.
1941-ci ilin iyununda faşist Almaniyasının hücumunun başlaması ilə yapon hərbçiləri tərəfindən SSRİ dövlət sərhədini pozmalarının sayı (1940-cı illə müqayisədə) iki dəfədən çox artıb (1940-cı ildə 59-dan 1941-ci ildə 136-ya qədər). Belə pozuntuların pik həddi 1943-cu ildə baş verib - 414 dəfə.
9 avqust 1945-ci ildə 1-ci və 2-ci Uzaq Şərq və Transbaykal cəbhələrinin bölmələri Mançuriya strateji hücum əməliyyatına başlamaq əmri alıblar. Avqustun 14-də Yaponiya imperatoru Hirohito qeyd-şərtsiz təslim olmaq haqqında fərmanı imzalayıb. Avqustun 16-da Kvantun ordusunun komandanı general Otodzo Yamada qoşunlarına müqaviməti dayandırmağı əmr edib.
Ancaq bütün yapon komandirləri təslim olma şərtlərinə tabe olmağa razı olmayıblar. Avqustun 18-də Kuril desant əməliyyatı çərçivəsində sovet qoşunları Yaponiyanın böyük hərbi dəniz bazasının yerləşdiyi Şumşu adasına enib. Ümumilikdə 600 mindən çox yapon əsgəri əsir götürülüb. 3 sentyabr 1945-ci ildə Çançunda general Otodzo Yamada da təslim olub, bundan sonra o, Xabarovska aparılıb.
General Yamada 1946-cı il fevralın 21-də verdiyi ifadəsində 19-cu əsrin sonundan 20-ci əsrin ortalarına qədər Yaponiyanın ekspansionist siyasətinin səbəblərini və əsas mərhələlərini qısaca qeyd edib.
“Yaponiya əhalisinin sayı kəskin şəkildə artmaqda davam edirdi. Nəticədə xammal çatışmazlığı yaranmşdı. Bu andan etibarən Yaponiyanın ənənəvi milli siyasəti xaricə genişlənmə ilə əvəzləndi. Nəhayət, genişlənmə Mançuriya və Koreyaya yönəldi”, - ifadədə deyilib.
General etiraf edib ki, Yaponiya Uzaq Şərqin Primorsk ərazisini ələ keçirmək istəyib. Tokio bu ərazinin SSRİ və Amerika aviasiyasının bazası kimi istifadə edilməsinin qarşısını almaq istəyib. 1949-cu il dekabrın 25-dən 30-dək Primorsk hərbi dairəsinin hərbi tribunalında keçirilən Xabarovsk məhkəməsində general Yamada və digər 11 yapon hərbçi Kvantun ordusunda bakterioloji silahların hazırlanması ilə məşğul olan xüsusi bölmələr yaratmaqda ittiham edilib.
General Yamada 731 saylı dəstənin fəaliyyəti haqqında daha dəqiq ifadələr verməyə başlayıb. Məsələn, 1949-cu il aprelin 15-də İşii dəstəsinin istehsal edə biləcəyi bakterioloji silahların miqdarı ilə bağlı suala cavab olaraq general belə məlumat verib:
“1944-cü ilin avqustunda, İşiinin bölməsinə ilk səfərim zamanı onun bakteriya istehsalı haqqında məruzə etdiyini eşitdim, amma indi xatırlamıram ki, söhbət nə qədər istehsal gücündən gedirdi. Hər halda, bakteriya istehsal gücü ilə bağlı rəqəmləri unutmuşam. İşiinin bölməsində bakterioloji müharibə aparmaq üçün güclü avadanlıq olub”.
II dünya müharibəsi zamanı bakterioloji silahların hazırlanmasında, kütləvi istehsalında və sınaqlarında iştirak edən yapon hərbi qulluqçularının 1949-cu ildə Xabarovsk məhkəməsinin dərc olunmuş ifadələrində Yaponiyanın SSRİ-yə qarşı müharibəyə hazırlaşmasına dair çoxsaylı sübutlar olub.
Məsələn, 1946-cı ilin dekabrında tibb xidmətinin general-mayoru, Kvantun ordusunun 1-ci cəbhəsinin sanitar şöbəsinin rəisi Kavaşima Kiyoşi verdiyi ifadəsində qeyd edib:
“731 saylı dəstənin mövcudluğunu Yaponiyanın Sovet İttifaqına qarşı bakterioloji müharibədən istifadə etməyə hazır olmasının ən mühüm arqumenti hesab edirəm. Buna görə də təcrübəli mütəxəssis, bakteriologiya üzrə professor general İşiinin rəhbərliyi altında 731 saylı dəstə Mançuriyada filialları olan Harbin şəhərində yerləşirdi. Çoxsaylı eksperimentlərlə dəstəklənən və təsdiqlənən bakteriologiya sahəsində bu tədqiqat işi Yaponiyanın Çinlə müharibəsində, 1940, 1941 və 1942-ci illərdə 731 saylı dəstənin xüsusi ekspedisiyaları bakterial vasitələrdən Çin qoşunlarına qarşı hərbi silah kimi istifadə etdikdə praktiki tətbiqi oldu. Beləliklə, Çində düşmən üzərində praktiki olaraq sınaqdan keçirilmiş bakterioloji silahlar SSRİ-yə qarşı uğurla istifadə edilə bilərdi”.
General K.Kiyoşinin sözlərinə görə, 731 saylı dəstə ayda 160 kq taun bakteriyası və ya 320 kq vəba bakteriyası və ya 320-540 kq qarayara bakteriyası, 210-270 kq paratif bakteriyası yarada bilib.
1950-ci ilin martında Xabarovsk məhkəməsində mühakimə olunanların hamısı İvanovo vilayətinin Çernsı kəndində yerləşən alman və yapon ordularının yüksək komandanlığı üçün salınan 48 saylı düşərgəyə gətiriliblər. 1956-cı il fevralın 25-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə general O.Yamada əfv edilib. Həmin ilin mayında o, cinayət cəzasından vaxtından əvvəl azad edilib və Yaponiyaya qayıdıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
4 sentyabr 2025 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Putin Azərbaycanla münasibətlərdən danışdı
3 sentyabr 2025 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
3 sentyabr 2025 22:47
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
3 sentyabr 2025 14:36
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- Prezident Pekində paradı izlədi
3 sentyabr 2025 09:36
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
3 sentyabr 2025 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
2 sentyabr 2025 23:20
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
02 sentyabr 12:13