ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
Mədəniyyət30 yanvar 2026 15:25
ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR
Hamımızın həyatı ictimaidir
Gəlin, ən şəxsi məsələdən başlayaq. Ərlə arvadın boşanması. Kənardan hər kəs baxıb deyə bilər: özləri bilərlər, şəxsi işləridir. Daha bir yerdə yaşamaq istəmirlər, bir-birindən beziblər, yola getmirlər və ayrılmağa qərar veriblər.
Ancaq bu yalnız uzaqdan belə görünə bilər. Yaxud kimlərsə sadəcə belə görmək istəyər.
Yaxınlaşanda görəcəyik ki, məsələn, ortada xəyanət var və bu xəyanət məhz ictimai problemlərdən doğub. Ər uzun müddət iş tapa bilmədiyindən məcburən xaricə gedib. Orada tək yaşaya bilmədiyindən özünə qadın tapıb. Bir müddət sonra buradakı arvadı xəbər tutub. Dalaşıblar. Kişi izah etməyə çalışıb ki, qonşu ölkədə iş görə bilmək üçün gərək onların qadınları ilə dostluq edə. Qadın bunu qəbul etməyib və bir müddət sonra özünə burada "dost" tapıb.
Amma bu qərarı vermək asan olmayıb. Bundan öncə neçə-neçə seriala baxıb, TikTok-dakı canlıları izləyib, blogerlərin məsləhətini dinləyib, bunları Vatsap qrupundakı rəfiqələri ilə müzakirə edib, qadın azadlığı ilə bağlı statuslar oxuyub, arada özü də guppuldadıb, qonum-qonşuda tanıdığı qadınların davranışlarını izləyib və axırda belə qərara gəlib ki, heç nə olmaz. Əri edirsə, tək qalıbsa, darıxırsa, ürəyi sevgi istəyirsə, artıq bununla çoxları məşğul olursa, bu niyə etməsin?!...
Qadından danışdıq, gəlin kişidən də danışaq ki, paritet pozulmasın. Axı o "çörəkpuluna" görə ailəsini tərk edən ilk kişi deyil. Xaricdə işlədiyi dövrdə qadınsız keçinməyən də təkcə o deyil. Hamı belə edir. Arvadı qoyur burada, orada başqa birini tapır, qocalanacan işləyib, pul göndərir, qocalıb əldən düşəndə, necə deyərlər, "işə yaramayanda" qayıdıb gəlir birinci arvadın yanına.
Ancaq bu əvvəllər belə idi. İndi dövran dəyişib. Arvadı nəzarətsiz qoydunsa, artıq sənin deyil. Çünki artıq İnternet əsridir, informasiya çoxalıb, qadınların da gözü açılıb. Haqq-hüquq istəyirlər və verilməyəndə özləri alırlar. Çünki seriallar, sosial şəbəkələr, ətraf mühit onları dəyişib. Fikir verirsinizmi, bunlar hamısı bizdən o qədər də asılı olmayan ictimai məsələlərdir. Axındır, seldir, istər-istəməz aparırr.
İllər əvvəl dostların işlədiyi bir qəzet redaksiyasına gedib-gəlir, arabir yazı da verirdim. Bir gün gedib gördüm ki, bərk canlanma var. Başqa qəzetlərin jurnalistləri də gəliblər və qızğın müzakirə gedir. Gənc müxbirlərin birindən "nə məsələdir?" soruşdum. Cavab verdi ki, heç, şəxsi işdir.
Az sonra anladım ki, bir xanım jurnalistin intim videoları yayılıb. Məsələ belədir. Xanım subaydır, ərdə olmayıb. Hakimiyyəti də sərt tənqid edir. Cinsi tələbatını ödəmək üçün qarşı cinsdən olan biriylə bir mənzildə sevişib. Hansısa dairələr də bunu lentə alaraq ictimailəşdiriblər. Hakimiyyətə yaxın media bunu əxlaqsızlıq, müstəqil mətbuat isə "şəxsi həyata müdaxilə" kimi təqdim edir.
Elə o zaman düşündüm. Bu əxlaqsızlıqdır, yoxsa şəxsi həyata müdaxilə? Cavab tapmaq asan deyildi. Bizim cəmiyyətin mental dəyərlərinə, adət-ənənəmizə, görə qızlar və qadınlar filan şey mənim şəxsi işimdir deyib, istədiklərini edə bilməzlər. Bu hamıya, o cümlədən jurnalistlərə də aiddir. Cəmiyyət, ictimaiyyət bunu qəbul etmir. Deməli, hansısa xanım qızın kefinin istədiyi vaxt ürəyi istəyən kişiylə yad mənzildə, yaxud meşədə, kol dibində sevişməsi şəxsi iş olmaqdan çıxır. Bunu etmək üşün elçilik, nişan, toy olmalı, cəmiyyət bu izdivacdan xəbər tutmalıdır. Camaat hətta bu sayaq yaxınlıqdan törəyən uşağı da qəbul etmir, ona "bic" deyir.
Deməli, gənc jurnalist dost çox ciddi ictimai yükü olan hadisəni hansısa, haradansa gəlmə təbliğatın təsiri altında "şəxsi məsələ" adlandırırdı. Bu əlbəttə ki, şəxsi məsələ ola bilməzdi və deyildi.
Burada sadəcə məhz tənqidçi jurnalistin görüntülərinin yayılması, analoji fəaliyyətlə məşğul olan digər xanımcığazlara toxunulmaması doğru deyildi. Yəni əgər cəmiyyətin, digər gənc qızların əxlaqını pozan bu cür hallara, qarşı mübarizə aparılırdısa, o halda bu fəaliyyətlə məşğul olan digər ictimai şəxslər də ifşa edilməliydi.
Nə isə, söhbət bu cür məsələlərin şəxsi olub-olmamasından gedir və bu misalları da o səbəbdən çəkdim.
Ümumiyyətlə, əgər toplum içində, cəmiyyətdə, camaat arasında yaşayırsansa, gecə yatanda çarpayının cırıltısının belə qonşunu narahat edə biləcəyini nəzərə alırsansa, şəxsi məsələ varmı?
Məncə yoxdur. Yediyimiz yeməyə, geyindiyimiz paltara belə ictimai nöqteyi-nəzərdən baxmaq zorundayıq. Nə qədər çox pulun olsa da, balkonunda hər gün kabab bişirib, qonşuları şişirdə, "bu mənim şəxsi işimdir" deyə bilməzsən. Bir gün səni narahat edərlər.
Küçəyə də istədiyin qiyafədə çıxıb, necə istəyirəm elə geyinirəm deyə bilməzsən. Cəmiyyət yenə səni narahat edər və şəxsi heç nə yoxdur deyər...
Oxşar xəbərlər
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
Xəbər lenti
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
- Baş Prokurorluqda yeni təyinat
02 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
