Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR

Azərbaycanda son aylarda bir sıra siyasi partiyaların sədrləri dəyişib. İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasına yeni sədr seçilib. Bu vəzifəyə Mütəllim Rəhimli layiq görülüb.
Uzun illər Vəhdət Partiyasına sədrlik edən Tahir Kərimli vəzifəsini təhvil verib. Sabiq Baş nazir Pənah Hüseynli isə Azərbaycan Xalq Partiyasında sədrlik vəzifəsini müavininə tapşırıb.
Qeyd edək ki, Azərbaycanda 26 siyasi partiya mövcuddur.
Musavat.com xəbər verir ki, modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da sədrlik postunu təhvil verəcəyini bildirib.
"Nəsillər bir-birini zamanında əvəz etməlidir. İnsan yaşa dolur. Özündən sonra gələn nəsilə də bu və ya digər sahədə vəzifə tutuması, özünün arzularını reallaşdırmasına imkanlar yaradılmalıdır. Bu il 35 yaşı tamam olan Ana Vətən Partiyası yarandığı, siyasi mühitə qədəm qoyduğu andan bu günə qədər partiya üzvləri keçirilən çoxsaylı qurultaylarda mənə etimad göstərərək bu günə qədər belə məsuliyyətli vəzifəni daşımaq üçün mənə şans veriblər. Böyük etimaddır, təbii ki, bunu müsbət qəbul edirəm. Yeni çağırışlar var. Azərbaycan siyasi mühitində fərqli, daha dinamik, çevik, proseslərə adekvat addım ata biləcək gənclərin ortaya çıxmasına ciddi zərurət var. Bu baxımdan ayrı-ayrı partiyaların atmış olduğu addımlar tamamilə məntiqidir”.
F.Ağamalı onun da partiya sədrliyindən getməsinin məqamının yetişdiyini söyləyib:
“Əslinə qalsa, bu gün siyasi partiyaların əksəriyyəti Xalq Hərəkatı dövründə proseslərdə iştirak edən və partiyanın yaradılmasında ciddi rol oynayan, ilk dövrdən bu günə qədər sədr olan siyasətçilərdir. Bu insanların arasında mən də yer alıram. Düşünürəm ki, vaxtıdır, zamanıdır, biz getməliyik, yerimizə gənclər gəlməlidir. Onlar partiyanın ənənələrinə uyğun olaraq sədrlik kimi böyük məsuliyyət tələb edən vəzifəni öz üzərinə götürüb Azərbaycan dövlətçiliyinə xidmət etmək prosesində iştirak etməlidir. Bu ilin sonuna qədər Ana Vətən Partiyasının qurultayının keçirilməsi nəzərdə tutulub.Təbii ki, mən sədrlik vəzifəsindən gedəcəm. Namizədliyi irəli sürülən şəxslərdən kimin sədr olması qurultayın səlahiyyətində olan məsələdir”.
"Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı sədrliyə ən iddalı namizəddir. Siz ona dəstək olacaqsınız?", sualına olaraq F.Ağamalı belə cavab verib: “Mən bu suala cavab versəm, bu, ola bilsin ki, doğru alınmaz. Sonradan ayrı-ayrı namizədlər bu iddiada olsa, qurultayın gedişinə, qurultay nümayəndələrinin səs verməsinə təsir göstərməklə məni ittiham edərlər. Mənim bir səsim var və ən layiqli namizədə onu verəcəm. Ümidvaram ki, cəmiyyətdə bunu normal qəbul edəcək”.
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 2025 22:57
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 2025 09:54
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
9 sentyabr 2025 00:25
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
8 sentyabr 2025 17:41
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
8 sentyabr 2025 00:23
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
7 sentyabr 2025 21:47
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
7 sentyabr 2025 11:28
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- Azərbaycan millisi Moldovaya qalib gəldi
18 sentyabr 21:31
- Prezident mühüm sərəncam İMZALADI
18 sentyabr 18:23
- Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
18 sentyabr 16:12
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 15:55
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59