İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
Siyasət4 avqust 2025 23:15

İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, mətndə deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.
Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – "İstiqlal” (2003), "Şərəf” (2013), "Şöhrət” (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.
Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
İsa Həbibbəyli
Anar Rzayev
Nəriman Həsənzadə
Kamal Abdullayev
Çingiz Abdullayev
Hacı İsmayılov".
Oxşar xəbərlər
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 2025 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 2025 14:31
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 2025 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 2025 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 2025 13:57
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 2025 11:52
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 2025 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 2025 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 2025 15:44
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 2025 13:23
Xəbər lenti
- Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
18 sentyabr 16:12
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 15:55
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
Video & Fotoqalereya
Video
Fotoqalereya