Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
Ramiz Mehdiyevə donos-məktublarında “siz mənim ağsaqqalımsız” yazan, çıxışlarında “Ramiz müəllimin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” kimi açıqlamaları unudulmayan sabiq səfir Elmira Axundovanın adı yenidən gündəmdədir. Bu dəfə onun yaxın çevrəsindən olan Elnur İbrahimovun işi üzərindən sadiq “mehdiyevçi”nin adı gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə Elnur İbrahimovun apellyasiya şikayətinə baxılıb.
Axundovanın yaxını Sabunçu Rayon Məhkəməsinin onun işi üzrə çıxardığı qərarı “texniki səhv” kimi təqdim etməyə çalışsa da, məhkəmə onun bu arqumentini qəbul etməyib.
Məsələ burasındadır ki, Elnur İbrahimovun üzərində təmin olunmuş 350 min manatlıq mülki iddia olub. O, həmin mülki iddia üzrə uzun illər hər hansı bir ödəmə etməyib. Mülki iddiaçı Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət etməklə 350 min manatın indeksasiya olunmasını xahiş edib. Məhkəmə 350 min manatın indeksasiya olunması üçün müvafiq ekspertiza təyin edib. Nəticədə məbləğin indeksasiyası aparılıb və 513 min manat olaraq müəyyən edilib.
Əslində məsələ 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları ilə böyük gəlir vəd olunub, dividend adı altında vəsaitlər toplanıb. Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat toplanıb. Amma realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dividend adı ilə geri qaytarılan pullar zərərçəkənlərin öz vəsaitlərinin cüzi hissəsi olub. Dələduzluq sxeminin üstü açılandan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər, deputatın oğlu Həbib Axundovun adını çəkiblər.
Elmira Axundova isə prosesə müdaxilə edərək zərərçəkənləri sakitləşdirməyə çalışıb. “Narahat olmayın, pullar qaytarılacaq” - deyərək vəziyyəti manipulyasiya edib.
Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. Bütün pulların ona çatdığı görüntüsü yaradılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra İbrahimov gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk edib və Rusiyada ailəsi ilə birgə zərərçəkənlərin pulları hesabına kef çəkib.
Azərbaycan hüquq-mühafizə orqanları onu təxminən 3 il tapa bilməyib. 2016-cı ildə Elnur İbrahimov həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə onun külli miqdarda dələduzluq əməllərini təsdiqləyib. O dövrdə zərərçəkənlərdən yalnız Fərman Məmmədov mülki iddia ilə çıxış etdiyindən məhkəmə onun mülki iddiasını təmin edib. Beləliklə, Elnur İbrahimovun üzərinə 8 milyon manatlıq dələduzluqdan əldə olunan vəsaitlərin cüzi bir hissəsi - 350 min manat ziyanı ödəmək öhdəliyi qoyulub və 9 il azadlıqdan məhrum edib.
Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, halbuki Elmira Axundovanın oğlu Həbib Axundov 55 min manat vəsait qaytarıb. Bu, açıq göstərir ki, İbrahimov ödəmə qabiliyyətinə malik olub, amma xüsusi məqsədlə boyun qaçırıb. Onun əməlinin xüsusilə külli miqdarda dələduzluğa çevrilməsi, zərərçəkmişlərə qarşı və dövlət qarşısında məsuliyyətini labüd edib.
Xatırladaq ki, Elmira Axundova Ramiz Mehdiyev dövründə də yazdığı donos məktublarla tanınırdı. Bu işdə də onun adı mərkəzi fiqur kimi qalır, Elnur İbrahimov isə onun sxemlərinin “günah keçisi” kimi həbsinin labüd olduğunu bir daha göstərir.
Beləliklə, Elnur İbrahimovun həbsini sadəcə onun şəxsi əməlləri ilə izah etmək olmaz. Hazırda Elnur İbrahimovun yeganə real çıxış yolu həqiqəti açmaq və istintaqa, məhkəməyə tam məlumat verməkdir. Bu zaman o, özünə qarşı 513 min manatlıq mülki iddiadan yayına bilər. Eyni zamanda dələduzluq yolu ilə əldə edilmiş 8 milyon manatın kimlərin cibində olduğunu ortaya qoyaraq, hüquqi baxımdan öz mövqeyini gücləndirə bilər. Əks halda, külli miqdarda ziyan vurmuş, ictimai-siyasi kontekstdə “günah keçisi” rolunda ola biri kimi növbəti həbs cəzası labüd görünür.
E.MƏMMƏDƏLİYEV,
- Bu gündən onlar 30 manat cərimə ediləcək
1 aprel 2026 00:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
