Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
Mədəniyyət8 mart 2025 17:01

“Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”...”
Düz bir qərinə - 33 il öncə bu günlərdə Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir.
O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi bilavasitə iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb.

Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
“1992-ci il mart ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası Elmira Qafarovanın sədrliyi və 271 deputatın iştirakıyla öz işinə başladı. Xocalı şəhərinin düşmən ermənilər tərəfindən dağıdıldığı, minlərlə dinc insanın həlak olduğu deyildi və onların xatirələri yad edldi. Sonra E.Qafarova Ali Sovet(AS) sədri vəzifəsndən azad edilməsi barədə öz yazdığı ərizəni oxudu. Bu haqda deputatlar tərəfindən müxtəlif fikirlər deyilsə də, səsvermə zamanı onun xahişi yerinə yetirildi. Deputat M.Əzimovun təklifi ilə AS sədri vəzifəsinə deputat Yaqub Məmmədovun namizədliyi irəli sürüldü. Onun namizədliyini deputatlar Z. Məmmədov, B.Vahabzadə, T.Kamalov və b. müdafiə etdi.
Deputat Mətləb Mütəllimov bu məsələnin tələm-tələsik həll edilməsinə görə öz iradını bildirdi. O, əlavə etdi ki, Prezident Ayaz Mütəllibov deputat Tofiq Əzizovun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürmək istərkən də belə hərəkət etdi. İsa Qəmbərov təklif etdi ki, başqa namizədi olan varsa, onu da bilməliyik, yoxsa Y.Məmmədov tribunaya çıxıb öz sözünü desin.
Yaqub Məmmədov ilk sözündə vurğuladı ki, mənə etimad göstərilsə, başladığımız demokratik hərəkatı davam etdirməyə, ictimai-siyasi sabitliyə çalışaraq parlamentdə birliyə nail olacağam.
Rəhim Qazıyev təklif etdi ki, səsvermə açıq şəkildə keçirilsin. Lakin Konstitusiyanın 114-cü maddəsinə və AS reqlamentinin 45-ci maddəsinə əsasən bülletenlər çap edilərək gizli səsvermə keçirildi və Y. Məmmədov AS sədri seçildi.
Deputatlardan biri məlumat verdi ki, Xocalı faciəsi haqda sənədli film çəkilib və mütləq deputatlara nümayiş etdirilməlidir. Deputat Tofiq Bağırov söylədi ki, film həqiqətən dəhşətlidir, ona baxan adam dözüm tab gətirə və sonra ağıllı mühakimə yürüdə bilməz. Hər iki təklif səsə qoyuldu. Heç bir təklif keçmədiyi üçün Y. Məmmədovla İsa Qəmbərov arasında ciddi mübahisə başladı. Təkrar səsvermə aparıldıqda qərar verildi ki, film nümayiş etdirilsin...
Filmə baxıldıqdan sonra Prezident A.Mütəllibova söz verildi. O, referendum, Kommunist Partiyasının ləğvi, Xankəndində ermənilərlə aparılan işlər barədə danışdıqdan sonra ordunun yaradılması işinin çətinliyini bununla izah etdi ki, respublikamızda olan 11 minlik rus qoşununun içərisində vur-tut 362 azəbaycanlı zabit var ki, bu da azlıq təşkil edir. Bununla ordu qurmaq çətindir. O, öz təqsirini hiss etdiyini və özünü bağışlaya bilmədiyini dedi. Bildirdi ki, gərək məsuliyyəti boynuna götürərək fevralın 14-də birləşmiş komandanlıq altında olan MDB ordusuna dair müqaviləyə qol çəkəydi. O, 1982-ci ildə Steapanakertdə(Xankəndi-S.L.) SSRİ-nin 366-cı alayının təşkilinin zibilinə düşdüyünü və elə bu səbəbdən də xalqın qırıldığını bildirməklə Şuşanın müdafiəsində Rəhim Qazıyevin işi nizama saldığını göstərdi, eyni zamanda bəzi məzəmmətlərini də bildirdi.
Prezidentin ardınca bir saatdan artıq çıxış edən Rəhim Qazıyev göstərdi ki, Şuşa ətrafındakı Kosalar və Qaracallı kəndlərindən başqa bütün kəndlərimiz əldən gedib, buna cavabdeh şəxslər isə məsuliyyətə cəlb olunmayıblar. O, Şuşadan Prezidentin adına yazdığı 28 dekabr 1991-ci il və 11 fevral 1992-ci il tarixli məktubları oxudu. Daşaltıda hələ də 70 cavanın meyitinin qaldığını bildirdi. Prezidentin kadr siyasətini pislədi. Lakin Goranboy rayonuna rəhbərlik edən İrşad Əliyevin qarşısında baş əydiyini elan etdi.
Deputat İsgəndər Həmidov göstərdi ki, 20 Yanvar hadisələri A.Mütəllibovu hakimiyyətə gətirdi. İndi onun yəhudi lobbisi var, bu günə kimi ondan istifadə edib. İ.Həmidov tələb etdi ki, Prezident bu gün mütləq istefa versin və bunu xalqa təcili bəyan etsin. Söz alıb danışan Hafizə Nəzərli də A.Mütəllibovun prezidentlikdən istefa verməsini tələb etdi.
Deputat Tofiq Qasımov Konstitusiyanın 121-7-ci maddəsinə əsasən Prezidentin vəzifəsindən götürülməsi məsələsini qoydu və dedi ki, bu prezident qaldıqca Azərbaycanın müstəqillik məsələsi və Qarabağ problemi həll olunmayacaq.
Deputat Etibar Məmmədov göstərdi ki, Prezident Moskvada aldığı tapşırığa əsasən Xocalını ermənilərə təhvil verib. Prezident Azərbaycan xalqının Rusiyanın əlində oyuncağa çevrilməsində vasitəçi rolunu oynayıb, Xocalı faciəsindən sonra dünya xalqlarına müraciət belə etmədi. O göstərdi ki, Mütəllibov 8 sentyabr 1991-ci ildə Prezident seçildikdən sonra Konstitusiyanın 121-3-cü maddəsini pozmuşdur, həm də Silahlı Qüvvələrin Ali Baş komandanı kimi millətinə xəyanət etdiyi üçün istefa verməlidir. E. Məmmədov A.Mütəllibovun vəzifəsindən götürülməsi barədə hazırladığı qərar layihəsinin mətnini oxudu və onu deputatların müzakirəsinə verdi.
Çıxış edən Tahir Əliyev dedi ki, mən müdafiə naziri təyin olunmuşam, lakin nazirliyin adı var, özü yoxdur. Sursat, silah, texnika yoxdur. Ona görə də hamı nazirliyə kömək etməlidir.
Deputat Araz Əlizadə Prezidenti qətiyyətsizlikdə günahlandırdı, Baş naziri qanunların həyata keçirilməməsində ittiham etdi, Milli Şuranın işinin iflic vəziyyətdə olduğunu göstərdi.
Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”
Deputat Zemfira Verdiyeva 459 qadının imza atdığı məktubu oxuduqdan sonra onların fikrini çatdırdı ki, Prezident kreslosu uğrunda mübarizəni aradan qaldırmaq üçün müharibə qurtarana kimi siyasi partiyaların fəaliyyəti dayandırılsın...”
Bundan sonra fasilə elan edildi.
(Davamı var)
(Maksim Musayev, “Milli Şura Parlamenti” kitabı, səh. 78-80. Bakı, 2001)
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- Sirri 114 il ərzində açılmayıb: Doroti Arnolda nə olub?
24 avqust 2025 15:30
- 234 il keçdi: Köləliyə qarşı ilk üsyan - Müasir köləlik necə -çiçəklənir- ?
23 avqust 2025 20:09
- Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən ağır cəza
23 avqust 2025 19:51
- Əminə Ərdoğan Trampın xanımına məktubla - Çağırış etdi
23 avqust 2025 14:36
- Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı (FOTO)
22 avqust 2025 09:13
- 29 dəqiqə SU altında qaldı, yeni dünya REKORDU
21 avqust 2025 10:25
- Britaniyanın Azərbaycandakı səfirindən SENSASİON MÜSAHİBƏ
21 avqust 2025 01:07
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 2025 00:34
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 2025 12:22
Xəbər lenti
- Tanınmış idmançı güllələndi
25 avqust 00:12
- Paşinyanın 27 il əvvəlki yazısı üzə çıxdı: Azərbaycan və Türkiyənin günahsız qurbanlarını niyə görməzlikdən gəlirik?
24 avqust 23:50
- Ər-arvad lotereyada 1 MILYARD uddular - Pulu görün hara xərclədilər
24 avqust 23:36
- 15 ildən sonra dünyaya gələn evin tək oğlu idi... - Doğum günü olan ŞƏHİDİMİZ
24 avqust 22:43
- Rusiya əsirliyindən azad olan sabiq MER TANINMAZ HALDA
24 avqust 21:31
- İLK DƏFƏ: Azərbaycanlı xanım Gürcüstan ordusunun zabiti oldu
24 avqust 16:36
- Sirri 114 il ərzində açılmayıb: Doroti Arnolda nə olub?
24 avqust 15:30
- İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 14:44
- Putinin keçmiş arvadının ƏRİ ARTURA qarşı sanksiya TƏTBİQ EDİLDİ
24 avqust 12:38
- Xruşşov SSRİ məktəblərində MƏNTİQ fənnini niyə tədrisdən çıxarmışdı?
24 avqust 10:38
- Tokayev Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib
24 avqust 10:05
- Ermənistan-Rusiya arasında gərginlik - Məhsullar geri qaytarıldı
24 avqust 09:40
- İlham Əliyev: Tramp Afrikada, Asiyada və Cənubi Qafqazda möcüzə yaratdı
24 avqust 09:20
- Ukraynada seçki sorğusu: Gözlənilməz nəticələr çıxdı
24 avqust 01:06
- Ot tayasından yıxılan 64 yaşlı kişi xəstəxanada öldü
24 avqust 00:15
- Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı
23 avqust 20:23
- 234 il keçdi: Köləliyə qarşı ilk üsyan - Müasir köləlik necə -çiçəklənir- ?
23 avqust 20:09
- Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən ağır cəza
23 avqust 19:51
- Əminə Ərdoğan Trampın xanımına məktubla - Çağırış etdi
23 avqust 14:36
- Məhəmmədtağı müəllim və Qurgen ( hekayə ) - KÖNÜL AYDIN
23 avqust 13:11
- Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
23 avqust 12:06
- Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir- SƏBƏB
23 avqust 11:19
- Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu
23 avqust 10:14
- DƏHŞƏT: Sevgilisindən ayrılan gənc paraşütçü qız bilərəkdən paraşütünü açmadı -İNTİHAR ETDİ -FOTO
23 avqust 09:35
- Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
23 avqust 09:07
- Siqaret söndükdən sonra da İKİ SAAT havaya toksik maddələr buraxır
23 avqust 08:38
- Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı məlum olub
23 avqust 01:01
- Prezidentə verilən nadir hədiyyə - VİDEO
22 avqust 23:04
- Füzuli və Arxadağ şəhərləri qardaşlaşdı
22 avqust 22:48
- Güləşçimiz ERMƏNİ rəqibinə qalib gələrək DÜNYA çempionu oldu
22 avqust 22:02
Video & Fotoqalereya
Video
Fotoqalereya