Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?
Kulis.az akademik Ziya Bünyadovun 1993-cü ildə çap etdirdiyi “Qırmızı terror” kitabından görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli ilə bağlı hissəni təqdim edir.
Dosye: Vəzirov Yusif Mirbaba oğlu 1887-ci il sentyabrın 12-də Şuşada bəy ailəsində anadan olub. Uşaq yaşlarından türk, fars və rus dillərini öyrənib.
1929-cu ildə Bakıda “müsavatçılarla milli-təmayüllülərin antisovet bloku” yaradılır və Çəmənzəminli blokun rəhbər heyətinin sıralarında olur.
İstanbulda Müsavat hökumətinin konsulu olan Y.Vəzirov ingilis-fransız və Türkiyə kəşfiyyatları ilə əlaqədə olub. O, həmfikirləri arasında əksinqilabi görüşlər təbliğ edirdi. 1931-ci ildə Y.Vəzirov Azərbaycanın əksinqilabi millətçi təşkilatına üzv olur.
Yuxarıda sadalananlar həm də 1940-cı ilin yanvarın 25-də haqqında həbs qərarı veriləndə onun cinayət əməllərinin arasında yer alıb. Çəmənzəminlinin istintaqa cəlb olunmasına səbəb Azərbaycanın 1937-38-ci illərdə repressiyaya məruz qalan bir qrup elm və mədəniyyət xadiminin ifadələri olub.
Ziya Bünyadov həmin adamlardan bəzilərinin adını açıqlayıb: onun əksinqilabi təşkilata üzv olması barədə professor B. Çobanzadənin ifadəsi (1937-ci il) var; Neft İnstitutunun dosenti N. M. Şahsuvarov isə ifadəsində göstərib ki, Çəmənzəminli əksinqilabçı-millətçi təşkilatın (partiyalar bloku) rəhbər heyətində təmsil olunub (Şahsuvarov həmçinin həmin heyətə daxil olan əlavə 10 ziyalının da adını açıqlayıb).

Bütün bunlar əsas götürülərək Y. Vəzirov 27 yanvar 1940-cı ildə Özbəkistan SSR-in Ürgənc şəhərində Pedaqoji İnstitutda müəllim işlədiyi vaxt həbs olunur. Xatırladaq ki, onun Ürgəncə getməsinə səbəb sonralar özünün də etiraf etdiyi kimi millətçi roman olan “Studentlər”ə görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılması və daha sonra işsiz qalması olub.
1940-cı ilin 14-15 fevral tarixində aparılan istintaqa Çəmənzəminli təsdiq edir ki, 1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat partiyasına üzv olub və partiyanın Kiyevdəki təşkilatının rəhbəri seçilib. Fevralın 16-da Çəmənzəminli deyib ki, onu İstanbulda səlahiyyətli nümayəndə vəzifəsinə 1919-cu ilin yayında hökumət başçısı Usubbəyov təklif edib.
Fevralın 24-də isə İstanbulda yazdığı əsərlərin adlarını açıqlayıb: “Azərbaycan ədəbiyyatına bir nəzər” (1922) və “Azərbaycan tarixi-coğrafi və iqtisadi icmalı” (1922). Parisdə o, Azərbaycan səfirliyi tərəfindən buraxılan “Paris xəbərləri” ilə əməkdaşlıq edib.
Çəmənzəminlinin maraqlı açıqlaması isə “Hansı əsərlərin müəllifisiniz” sualına verdiyi cavab olub. Bütün əsərlərinin adını sadalayan Çəmənzəminli “İki od arasında” romanının adını çəkmir. Niyə? Bilinmir. Sovet zamanında bu roman öz gerçək adı ilə yox “Qan içində” adıyla çap edilmişdi.

Fevralın 25-də isə “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərini millətçi, daha doğrusu mütərəddid əsərlər hesab edir.
Qeyd edək ki, Yusif Vəzirov inqilaba qədər etdiyi bütün hərəkətləri etiraf etsə də, inqilabdan sonrakı ittihamların heç birini qəbul etməyib. Lakin hüquq sisteminin, demək olar ki, işləmədiyi və konkret tapşırıqlar əsasında qərarların verildiyi o illərdə Y. Çəmənzəminliyə də ittiham qərarı çıxarılır.
Heç bir dostunun, silahdaşının və ziyalının adını açıqlamayan, bununla da həmin illər üçün böyük hünər göstərmiş Çəmənzəminlinin günahlandırılması barədə qərarda qeyd olunmuşdu:
1. 1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və Türkiyə kəşfiyyat təşkilatları ilə əlaqədə olub;
2. Fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ci ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçib;
3. Öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ etmiş və 1931-ci ildə Azərbaycanın əksinqilabi-millətçi təşkilatının tərkibinə daxil olmuş;
Bu qərarla tanış olduqdan sonra Vəzirov maddələrin altından öz xətti ilə aşağıdakıları yazıb:
“Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”.
Bu sözlərdən sonra öz imzasını qoyub. Yəqin ki, sovet repressiyasının ən ağır illərində bu cümlələri də yazmaq asan deyildi.
Çəmənzəminli qətiyyətini 7, 13, 17 və 19 martda keçirilən istintaq zamanı da ortaya qoyur və bütün ittihamları təkzib edir. O, həmçinin B. Çobanzadənin və N.M. Şahsuvarovun ifadələrində göstərdikləri dəlilləri də təkzib edir.

1937-ci ildə Hacıağa Nəzərlinin ifadəsində göstərdiyi “Cəbiyev, Ruhulla Axundov və Əliheydər Qarayev burjua millətçi-müsavatçı Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü təsiri altında idilər” fikrini də rədd edir.
Repressiya maşınına qarşı dirəniş göstərən Çəmənzəminli təkcə özünə qarşı olan ittihamları yox, həmçinin, Bəkir Çobanzadə Əhməd Pepinov, Şamo Naxçıvanski, Əliağa Şıxlınski, Cavad Axundov, Atababa Musaxanlı, Hüseyn Cavid, Ağa Axundov, Abdulla Şaiq, Cabbar Məmmədzadə, Mikayıl Müşfiq, Zəki Pepinov və Hüseyn Rəhmanova qarşı verdiyi ifadələri də qətiliklə təkzib edib.
“1940-cı il aprelinin 16-da Y. Vəzirovun işi üzrə ittiham qərarı çıxarıldı.
O, günahlandırılırdı ondan ötrü ki:
a) Peşəkar müsavatçı kimi 1937-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksinqilabi millətçi-müsavatçı təşkilatına daxil olmuş;
b) Əksinqilabi millətçi-müsavatçı təşkilatının üzvü idi, öz ətrafındakılar arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğat aparmış;

Yəni Azərbaycan SSR CM-in 72 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır”.
1940-cı ilin aprelin 19-da ittihamnamə SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi müşavirədə baxılmaq üçün verilir və iyunun 11-də Xüsusi müşavirə onu antisovet fəaliyyətinə görə yanvarın 27-dən etibarən 8 il müddətinə islah-əmək düşərgəsində həbs cəzasına məhkum edir.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu. Vəfatından 13 il sonra, 1956-cı ilin fevralın 28-də onun işi üzrə hökm “ittiham sübuta yetirilmədiyi üçün” ləğv edilir və Çəmənzəminli bəraət alır.
- Buryatiyanın azadlıq səsi susdurulur  
                                            3 noyabr 2025 22:19
 - ADA ilə  -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
                                            3 noyabr 2025 14:56
 - Nar şirəsi necə saxlanmalıdır?
                                            3 noyabr 2025 10:36
 - ÖMÜRLÜK  SİQARET  QADAĞASI   tətbiq olundu
                                            2 noyabr 2025 22:49
 - Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR 
                                            2 noyabr 2025 12:15
 - Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK   KRALİÇASI  
                                            2 noyabr 2025 11:49
 - Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
                                            1 noyabr 2025 13:46
 - TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın  rəyini nəzərə alacaqdır...  
                                            1 noyabr 2025 13:00
 - İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib  
                                            1 noyabr 2025 11:24
 - Kəklikotunun möcüzəvi faydaları 
                                            1 noyabr 2025 09:44
 
- Arif  Alışanovun  qardaşı oğluna hökm oxundu
                                            03 noyabr 23:34
 - Buryatiyanın azadlıq səsi susdurulur  
                                            03 noyabr 22:19
 - O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev  
                                            03 noyabr 15:02
 - ADA ilə  -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
                                            03 noyabr 14:56
 - Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi 
                                            03 noyabr 12:04
 - İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO) 
                                            03 noyabr 11:58
 - Nar şirəsi necə saxlanmalıdır?
                                            03 noyabr 10:36
 - Polkovnik işdən azad olundu
                                            03 noyabr 10:22
 - Peyk  ötürücü  taxılan  türk  ŞAHİNİ  103 min kilometr UÇUB  və   28  ölkəni  gəzib  FOTO 
                                            03 noyabr 01:01
 - HEYRƏT  -  Amerikalı  QIZ   gədəbəylilər kimi  SAZ  ÇALIR, AŞIQ  MAHNISI  OXUYUR  VİDEO  - Video
                                            02 noyabr 23:14
 - ÖMÜRLÜK  SİQARET  QADAĞASI   tətbiq olundu
                                            02 noyabr 22:49
 - Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI 
                                            02 noyabr 21:53
 - Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər? 
                                            02 noyabr 14:44
 - Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR 
                                            02 noyabr 12:15
 - İçərişəhərdə Zeytun Festivalı davam edir   (FOTO)
                                            02 noyabr 12:10
 - Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK   KRALİÇASI  
                                            02 noyabr 11:49
 - Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S 
                                            02 noyabr 02:21
 - Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
                                            02 noyabr 02:08
 - Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto 
                                            01 noyabr 21:10
 - Məktəb  direktorunun QIZI  şikayət  etdi və  ATASININ  100 min manatlıq yeyintisi üzə çıxdı 
                                            01 noyabr 20:30
 - Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
                                            01 noyabr 13:26
 - TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın  rəyini nəzərə alacaqdır...  
                                            01 noyabr 12:56
 - İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib  
                                            01 noyabr 11:24
 - Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT 
                                            01 noyabr 11:17
 - SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO 
                                            01 noyabr 10:05
 - Kəklikotunun möcüzəvi faydaları 
                                            01 noyabr 09:44
 - Ramiz Mehdiyevin  gəlini Nigarın  ATASI  KİMDİR ?
                                            01 noyabr 02:38
 - Rüşvət alan  MEŞƏBƏYİ   həbs olundu
                                            01 noyabr 02:24
 - Azərbaycanda İLK - MEYİT-dən   19 yaşlı gəncə ÜRƏK  KÖÇÜRÜLDÜ  
                                            31 oktyabr 23:51
 - Xalq artisti xəstəxanaya yerləşdirildi 
                                            31 oktyabr 22:45
 
