İslamdan imtina etdi, çayda boğmaq istədilər, DAHİ
kulis.az Azərbaycan əsilli rus şərqşünası, tarixçi, türkşünas və filoloq Mirzə Əli Kazımbəy haqqında maraqlı faktları təqdim edir.
Məhəmməd Əli Kazımbəy 1802-ci ildə Rəşt şəhərində ruhani ailəsində anadan olub. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürülür.
***
Atası Məhəmməd Qasım Kazımbəy o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş Dərbəndin tanınmış ruhani şəxslərindən olub. Məkkəyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbəndə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür.
Kazımbəy islam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. 17 yaşında isə "Ərəb dilinin qrammatikası" adlı kitabını yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir. Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazımbəy İran lehinə casusluq fəaliyyətində suçlanır, bütün rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxana sürgün edilir.
***
Mirzə Kazımbəy isə hələ Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazımbəyi Xristian dinin əsaslarına dair mütəmadi suallara aparır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Şotland missionerləri təxminən il yarım davam edən inadlı mübarizədən sonra istədiklərinə nail oldular. 1823-cü il iyulun 11-də Dərbənd şeyxülislamının müctəhid olmağa hazırlaşan oğlu 21 yaşının tamamına on gün qalmış Həştərxandakı Edinburq cəmiyyətinin ibadət evində müqəddəs xaçı öpüb xristianlığı qəbul edir. Məhəmməd Əli adı Aleksandrla əvəz olunur. Ömrünün sonunadək Xristianlıq dininə sitayiş edir.
***
Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Özü üçün təhlükəli, şəhərin müsəlman icması üçün təhqiramiz olan bu addımı atarkən Məhəmməd Əli həyatının mənasını dində görən, gecəsini-gündüzünü ibadətdə keçirən, şeyxülislam məqamına yüksələn ağsaqqal atasına sarsıdıcı zərbə endirir.
O, M.P.Poqodinə məktubunda son qərarını verdikdən sonra atası ilə bağlı düşüncələrindən söz açaraq yazır: "Başa düşürdüm ki, dinimdən üz döndərməyim onu qəbirə aparacaq. Dərbənddə atamın çoxlu düşmənləri vardı. Şübhəsiz, onlar şeyxülislamın oğlunun islama arxa çevirdiyini eşidəndə sevinəcək, ürəklərində dönə-dönə Allaha dua edəcəkdilər".
***
Hacı Qasım bəy oğlunun hərəkətindən xəbər tutan kimi onu dərhal missiyadan çıxararaq ev dustağı edir. Qapadıldığı yarım qaranlıq otaqda ona yalnız quru çörəklə su verirlər. Yanında son günlərlə qədər daim əlinin altında olan Qurandan başqa heç bir kitab, kağız-qələm olmur. Amma Məhəmməd Əli də inadından dönmür. Atasının, onu özlərinə ağsaqqal sayan, daim başına toplaşan Həştərxan azərbaycanlıların bütün təlqin, təkid və xahiş-minnətlərinə baxmayaraq, keçmiş Məhəmməd Əli - indiki Aleksandr verdiyi qərardan geri çəkilmir.
***
Missionerlər israrla Hacı Qasım bəydən oğlunun heç olmazsa, gündüzlər missiyaya gəlməsinə icazə verməyi xahiş edirlər. Ancaq onlara bildirildi ki, Məhəmməd Əli ev dustağıdır, dörd divar arasından kənara çıxa bilməz. İşi belə görən missiya başçısı Qlen Hacı Qasım bəyi xristian icmasının üzvünü haqsız yerə incitməsi ilə bağlı qubernatora şikayət edəcəyi ilə hədələyir. Təhqir olunmuş, heysiyyəti tapdalanmış ata hiddətlə missionerlərin, qubernatorun, hətta əlahəzrət imperatorun bu məsələdə onun işinə qarışa bilməyəcəklərini deyir, dinindən üz döndərən oğlunu nəinki ev dustağı eləməyə, ac və susuz saxlamağa, hətta şəriətin hökmü ilə öldürməyə də haqqı çatdığını bildirir.
Lakin, sürgün həyatı yaşayan Hacı Qasım bəy dövlətlə dövlətlik edə bilmir. Missionerlər bir neçə gün sonra qubernatorun əmri və Həştərxan polis rəisi vasitəsi ilə yeni din qardaşlarının həmişəlik missiyaya köçürülməsinə nail olurlar.
***
Məhəmməd Əli - Aleksandr atasına ürəkdən bağlı idi. Onu bir daha görməyəcəyini, ondan ayrı yaşayacağını təsəvvürünə heç cür sığışdıra bilmir. Odur ki, missiyada bir neçə gün qalandan sonra atasının yanına adam göndərib onunla görüşmək istədiyini bildirir. Hacı Qasım bəy oğlu ilə görüşdən imtina etmir, lakin o, şərtini irəli sürərək deyir:
"Onu oğlum kimi yox, hər hansı ingilis, fransız, ümumiyyətlə, bir xaçpərəst kimi qəbul edəcəm”.
***
Hacı Qasım bəy neçə günlük intizardan sonra oğlunu, varisi kimi gördüyü ilk övladını qarşılayır. Onların söhbətinə heç kimin mane olmaması üçün isə qapıları bağlayır. Alimin qızı O.A.Baratınskaya-Kazımbəy illər sonra atasının danışdıqlarına əsasən həmin görüşü belə təsvir edir: "Onlar uzun müddət ağladılar. Oğlu dinindən üz döndərsə də, ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı, Məhəmməd Əlinin bədbəxt atasına bəslədiyi məhəbbət isə daha da artmışdı. Hacı Qasım bəy indi oğlunu qınamırdı, ancaq tez-tez deyirdi ki, görünür, şeytan onun ürəyinə yol tapıb; yoxsa öz Peyğəmbərindən və qoca atasından üz döndərməzdi".
Mirzə Kazımbəy isə həmin görüşün təfərrüatlarını belə xatırlayırdı: "Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: "Sən pak deyilsən, mən səni necə öpə bilərəm?" Sonra ikinci dəfə ayağa qalxdı, amma yenə də bir qərar verə bilməyib oturdu. Nəhayət, atalıq hissi ürəyindəki xurafat xofuna qalib gəldi. Mənə yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaqlarımdan, alnımdan öpdü. Sonra da tez gedib ağzını yaxaladı. Çünki dodaqları napak oğluna toxunmuşdu..."
***
Mirzə Kazımbəyin dinindən üz döndərməsi xəbəri Dərbəndə çatanda insanlar bir-birinə dəyir. Ailənin çoxsaylı qohumları dəhşətə gəlir. Onlar cavan Məhəmməd Əliyə artıq dünyadan köçmüş adam kimi yas məclisi keçiriblər, ehsan veriblər. Qadınlar müsəlman qaydasına uyğun şəkildə paltarlarını ortalığa töküb ağlaşma qururlar.
***
Həştərxanda yaşayan qohumları, bütünlükdə yerli müsəlmanlar mürtədlik yolunu tutan Məhəmməd Əlinin aradan götürülməsini tələb edirlər.
O.A.Baratınskaya Kazım bəy atası ilə bağlı xatirələrində yazırdı: "Onun öz yaramaz nümunəsi ilə başqalarını da bu işə təhrik edə bilməsinin qarşısını almaq üçün tədbir görülmüşdü. Əvvəl Məhəmməd Əlini hər gün baş çəkdiyi qoca və xəstə atasının yanından qayıdanda öldürməyi qərar verilmişdi. Lakin iş elə gətirmişdi ki, qərarın yerinə yetirilməli olduğu gün xəstəlik onu yatağa salmışdı. Nəticədə qurulan pusqu boşa çıxmışdı. İkinci dəfə isə gənci çayda çimdiyi zaman suda batırmaqla bağlı qərar verilmişdi. Niyyətlərini həyata keçirmək üçün üzməyi çox yaxşı bacaran bir farsı da pulla öz tərəflərinə çəkmişdilər. Lakin Məhəmməd Əlinin üzgüçülük məharəti həyatını xilas etmişdi".
***
1825-ci ildə Həştərxan limanında son bir neçə ilin içində qocalıb əldən düşmüş, ruhi sarsıntılardan tanınmaz dərəcədə dəyişmiş atası ilə vidalaşan Məhəmməd Əli - Aleksandr həyatının sonuna qədər onu bir də heç zaman görmür. Ancaq Mirzə Kazımbəy atasını unutmur, onunla daim məktublaşır.
Artıq rəsmi sənədlərdə Aleksandr Kazımoviç Kazımbəy kimi təqdim olunan Məhəmməd Əli Hacı Qasım oğlu 1849-cu ildə Kazımbəy St. Pterburq universitetinə yenicə açılmış "Şərq dilləri" fakultəsinə dekan təyin edilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir.
***
Mirzə Kazımbəy Çernışevskiyə, Tolstoya şərq dillərindən dərs deyir. "Türk tatar dillərinin qrammatikası” əsərinə görə "Demidov” mükafatına layiq görülür. 1935-ci ildə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü seçilir. "Dərbəndnamə” əsərini ingilis dilinə tərcümə etdiyinə görə Britaniya kraliçasının qızıl medalına layiq görülür.
***
Şeyx Şamil Peterburqda həbsdə olarkən Kazımbəy onunla iki dəfə görüşür.
***
O, 1842-ci ildə Praskovya Kostlivseva ilə ailə həyatı qurur. 1854-cü ildə xanımı və iki oğlu vəfat edir. 1870-ci ildə isə Mirzə Kazımbəy dünyasını dəyişir. Sankt-Peterburqun Pavlovsk məzarlığında dəfn edilir.
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
5 yanvar 2026 16:35
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
4 yanvar 2026 21:03
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
3 yanvar 2026 12:09
- İlham Əliyev onları təbrik etdi
1 yanvar 2026 13:15
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 2025 18:53
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 2025 20:55
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 2025 23:54
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
- Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp təsdiqlədi
03 yanvar 13:52
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 12:41
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
03 yanvar 12:19
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
03 yanvar 12:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38



