Novruz Bayramı, Şıxəli Qurbanovun müəmmalı ölümü...
Günün sitatı19 mart 2023 20:01
Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi, filosof alimi, dövlət və ictimai xadimi Şıxəli Qurbanov (1925-1967) Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Böyük Vətən müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1958-1963-cü illərdə “Rəis məşğuldur”, “Birdən belə olmaz” adlı satirik əsərləri Musiqili Komediya Teatrında səhnəyə qoyulub. “Sənsiz” tamaşası isə ölümündən az sonra – 1967-ci ilin iyunun 2-də tamaşaya qoyulub. Bu əsər Stalinizmin qurbanlarına həsr edilmişdi.
Ş. Qurbanov 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə 26 Bakı Komissarları rayonunun və Voroşilov rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində işləyib. 26 mart 1957 - 24 may 1967-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri olub. Eyni zamanda o, 1966-1967-ci illərdə Azərbaycan KP MK-nın katibi və Büro üzvü olub.
Ş.Qurbanov bu vəzifələrdə işlədiyi dövrdə özünü millətini, vətənini, onun tarixini sevib dəyərləndirən şəxs kimi təsdiq edib. Onun ciddi səyi ilə 1950-ci illərdə Azərbaycan Mətbuatının banisi Həsən bəy Zərdabinin unudulmuş məzarı axtarılıb tapılıb və Fəxri Xiyabanda yenidən dəfn edilib.
Ş.Qurbanov MK katibi vəzifəsində olarkən 1967-ci ildə yaradıcı gənclər üçün “Ulduz” jurnalı çap edildi, bundan əvvəl 1966-cı ildə isə İranda yaşayan böyük şair Şəhriyarın “Heydərbabaya salam” poeması Bakıda çap olundu.
Ş.Qurbanov 1960-cı illərdə Azərbaycanın milli ruhlu ziyalıları ilə sıx əlaqə saxlayır, onlara dəstək olmağa çalışırdı.
Siyasi fəaliyyətinə görə 1960-cı illərin sonlarında həbs edilmiş Rafiq Turabxanoğlu xatirələrində yazır ki, biz bir neçə Azərbaycan millətçi və ziyalıları ilə birlikdə tez-tez onunla görüşür, Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi edirdik. (O, bu ziyalılardan Nigar Rəfibəylinin və Əzizə Cəfərzadənin adını qeyd edir).
1967-ci ilin martından isə Ş.Qurbanovun xüsusi fəallığı ilə Azərbaycanda bolşeviklərin 1920-ci illərdə rəsmi olaraq qadağan etdiyi Novruz bayramı keçirildi. 1967-ci ilin 20 martında Bakıdakı Qız Qalası ətrafında keçirilən bu möhtəşəm Novruz bayramı Moskvadakı Sovet rəhbərliyini narahat etdi. Ş. Qurbanovu Moskvaya dəvət edib, izahat verməsini tələb etdilər. O, yazdığı 22 səhifəlik izahatda Novruz bayramının dinlə heç bir əlaqəsi olmadığını sübut etdi.
Bu hadisədən sonra Ş.Qurbanova qarşı üç dəfə qəsd edilsə də, o, sağ qaldı. 1967-ci ilin mayın 24-də sui-qəsd olaraq, dişini müalicə edən həkim tərəfindən vurulan iynə (bu iynə öldürücü sianid turşusu imiş) onun həyatına son qoydu.
Ş.Qurbanovun həyat yoldaşı Xavər xanım qeyd edir ki, o, Azərbaycan KP MK-nın 1967-ci ilin iyununda keçiriləcək növbədənkənar plenumunda Birinci katib seçilməli idi. Lakin buna imkan verilmədi. Ş.Qurbanov Fəxri Xiyabanda dəfn edildi.
Ş. Qurbanovun ölümündən sonra xanımı Xavər Qurbanova Moskvaya gedib şikayət edir. SSRİ Prokurorluğundan gələnlər isə həqiqəti üzə çıxarmırlar. Qəzetdə isə Ş.Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə məlumat dərc edilmişdi.
Ş.Qurbanovun dəfnində çoxlu sayda insan iştirak edirdi.
Bu hadisədən bir il sonra – 1968-ci ildə Bakıda Azərbaycan Dövlət Universiteti tələbələrinin keçirmək istədikləri kütləvi Novruz bayramını dövlətin göstərişi ilə milislər dağıdır, yandırılmış tonqalı isə yanğınsöndürənlər söndürürlər. Tələbələrlə qarşıdurmada milislər də yaralanır. Həbs edilən tələbələri isə Vəli Axundovun göstərişi ilə azad edirlər.
Qeyd edək ki, sonrakı illərdə də tələbələr, ziyalılar hər Novruz bayramında Şıxəli Qurbanovun məzarını ziyarətə gəlirdilər. Xalq şairi B.Vahabzadə, alim X.Məmmədov da bura gələnlər arasında olardı.
Şıxəli Qurbanov bütün varlığı ilə milli ruha, milli tarixə bağlı bir şəxsiyyət idi. Ana xətti ilə Bakının Novxanı torpağına bağlı olan Ş.Qurbanovun yazdığı bir şeirin misraları buradakı məzarlıqda uyuyan, 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun sıralarında Bakının və Azərbaycanın çoxlu sayda bölgələrini düşmənlərdən azad edən qəhrəman Türk əsgərinin məzar daşına həkk edilib:
Eşidib fəryadın Azərbaycanın,
Tərəddüd etmədən dada yetişdim.
Xalqımın yolunda keçib canımdan,
Əbədi şöhrətə-şana yetişdim.
Azərbaycan KP MK-nın Katibi və Azərbaycan SSR Ali Sovetinin
deputatı Şıxəli Qurbanovun vəfatı ilə bağlı Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər Sovetinin tədbirləri haqqında qərarı
(24 may, 1967-ci il, Protokol №45)
1. Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Ali Sovetinin sədri Ş.Q.Qurbanovun dəfninin təşkil edilməsi üçün hökumət komissiyası yaradılsın: Əmirov Ə.D. (sədr), İbrahimov M.İ., Qədirov Ə.M., Tahirova T.Ə., Qaşqay M.Ə., Ələsgərov S.E.
2. Ş.Q.Qurbanov Fəxri Xiyabanda dəfn edilsin.
3. Dəfn xərcləri dövlətin hesabına ödənilsin.
Azərbaycan KP MK-nın Birinci katibi: V. Axundov
Azərbaycan Nazirlər Sovetinin sədri: E. Əlixanov
1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın Bürosu Azərbaycan KP MK katibi Ş. Qurbanovun ölüm səbəbinin öyrənilməsi ilə bağlı qərar qəbul edir və bu işin 1967-ci ilin 17 iyununa qədər yerinə yetirilməsi Ə. D. Əmirova tapşırılır.
1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin verdiyi qərarda Ş. Qurbanovun adının əbədiləşdirilməsi qeyd olunurdu:
1) Azərbaycan Dövlət Musiqili Komediya Teatrına və Zaqataladakı yeni orta məktəbə onun adı verilsin;
2) Bakı Şəhər Sovetinə Bakının küçələrindən birisinə Ş.Qurbanovun adının verilməsi tapşırılır;
3) Respublika Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna Ş.Qurbanovun əsərlərini çapa hazırlamaq, Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat Komitəsinə 1968-ci ildə onun elmi, dram və bədii əsərlərindən ibarət olan, 50 çap vərəqi həcmində 2 cildliyi nəşr etmək tapşırılır;
4) Bakı Şəhər İcraiyyə Komitəsinə və Azərbaycan Rəssamlar İttifaqının Bədii Fonduna 1967-ci ilin sonuna qədər Ş.Qurbanovun məzarı olan ərazini qaydaya salmaq və qəbirüstünü hazırlamaq tapşırılır.
Bu, dövlətin rəsmi qərarı idi və tez bir zamanda yerinə yetirildi.
Belə “aldadıcı” hallar isə Sovet rejimində əvvəldən mövcud idi. Yəni, tanınmış bir şəxs lazım gələndə aradan götürülür, onun adı isə “əbədiləşdirilir”. Əslində bu işin əsası 1934-cü ildə qoyulmuşdu. Sovet dövlətinin tanınmış xadimi S. M. Kirov aradan götürüldü (çünki o, son partiya qurultayında Baş katibliyə seçkidə Stalindən çox səs toplamışdı və bu da Stalini narahat etmişdi) və tezliklə həqiqətin unutdurulması üçün “həkim komissiyası” yaradıldı, adı “əbədiləşdirildi”.
Oxşar xəbərlər
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Prezident xalqı təbrik etdi
8 aprel 2024 19:18
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya