Sibirə sürgün olundu, Xalq artisti ilə eşq yaşadı....
Kulis.az azərbaycanlı tamaşaçılara "Uzaq sahillərdə” filmindən tanış olan rusiyalı aktyor, Karranti obrazının məşhur ifaçısı Lev Bordukov haqqında maraqlı faktları təqdim edir.
Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb.
***
1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib.
***
1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib.
43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır.
***
Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir. Qısa müddətdə o, həbs olunur və antisovet təbliğatı ilə məşğul olduğu üçün Sibirə Norilski islah əmək düşərgəsinə sürgün edilir.
***
Norilsk isə "sümüklər üzərində şəhər” adlanırdı. İkinci Dünya müharibəsində burada 7500-dən çox insan vəfat etmişdi. Onlar əvvəl kütləvi məzarlıqda basdırılsa da, sonralar xüsusi yaradılmış ocaqlarda yandırılırdı.
Lev Bordukov 1947-1952-ci illərdə bu düşərgədə xidmət edir. O, burada da aktyorluq fəaliyyətini unutmur, Daxili İşlər Nazirliyinin nəzdindəki İTK-nın ansamblında və məhbuslardan ibarət yaradılmış Norilsk Teatrında çıxış etməyə başlayır. Ancaq bu beş il Lev Bordukova baha başa gəlir, səhhətində ciddi problemlər yaranır.
***
Azadlığa çıxandan sonra üç il Çelyabinsk Dram Teatrının, Tambov Dram Teatrının aktyoru olur. Sonra Lunaçarski, Kiyev Rus Dram Teatrı və nəhayət Vladimir Mayakovski adına teatrda fəaliyyət göstərir. BU teatr Levin sonuncu dayanacağı olur. Aktyor 1955-ci ildən 1967-ci ilə qədər burada işləyir. Bilavasitə filmlərə də çəkilir.
***
Aktyor məşhur balerina Maya Plisetskaya ilə eşq macərası yaşayıb, ondan ayrıldıqdan sonra Maris Liepa ilə ailə qurub.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Lev Bordukov 1956-cı ildə Böyük Vətən Müharibəsinin naməlum qəhrəmanların və beynəlmiləlçilərin faşizmə qarşı mübarizəsindən bəhs edən "İtkin düşmüş" filmində fransız partizan roluna çəkilir. Bu filmlə Lev sovet kinoprokatının liderlərindən birinə çevrilir. Filmi izləyən 35 milyondan çox tamaşaçı aktyorun vurğununa çevrilirlər.
***
Bu filmdən sonra Tofiq Tağızadə aktyoru "Uzaq sahillərdə” filmində Karranti roluna dəvət edir. Paralel olaraq aktyor "Kiyev” filmində də rol alır. "Uzaq sahillərdə” filminin çəkilişləri Bakıda, Soçidə, Baltikyanı ölkələrdə, final səhnələri isə Ağsu rayonunun kəndlərində aparılır. Təəssüf ki, çəkilişlər zamanı aktyor tez-tez içki içir, bununla da sanki o, həbsdə olduğu müddətdə gördüklərinin və yaşadıqlarının ağrısını boğmağa çalışır.
***
Bir dəfə isə xəstəliyini əsas gətirərək çəkilişə belə gəlmir. Həmin illərdə çəkilişlər ciddi plan üzrə aparılırdı, hər gün və hətta metrlərlə lentə alınan lentlər üçün rejissorlar yuxarı orqanlara hesabat verirdilər. Filmdə Mixaylo xəyanətinə görə Karranti ilə görüşəndə çox vacib bir epizod çəkilməli idi. Tofiq Tağızadə belə bir ekstremal vəziyyətdə təcili olaraq ikinci rejissor Rüfət Şabanova makiyaj edərək onu arxadan və profildən çəkir. Lev çəkilişə gələndən sonra isə onunla yaxın planlar lentə alınır.
Alkoqola aludəliyi aktyoru bir neççə dəfə həbsə doğru aparır. Bu yenə də "Uzaq sahillərdə” filminin çəkilişi zamanı baş verir. Belə ki, filmin çəkilişləri vaxtı aktyorlara gündəlik xərclik üçün pul verilmir. Bordukov isə "zarafat" etmək qərarına gəlir. O, poçt işçisini aldadaraq, filmin rejissoru Teymur Hüseynova bu məzmunda teleqram göndərir: "Əgər aktyorlara pul verməsən, "Qara pişik” bandası məsələyə qarışacaq”. Müharibədən sonrakı illərdə "Qara pişik” dəstəsi cəsarətli basqınları ilə xalq arasında əfsanəyə çevrilmişdi. 1953-cü ildə bu bandanın bir çox üzvləri həbs olunur, bəziləri isə yoxa çıxır. Lakin sonralar bu dəstənin eyni adlı ardıcılları meydana çıxır. Bu teleqramdan sonra Teymur Hüseynov polisə gedir, poçt işçisi saxlanılır. O, nə qədər and-aman etsə də ki, bu xahişi ondan filan aktyor edib, ona inanmırlar.
***
Onun növbəti məcarası isə Soçidə yerləşən KQB idarəsi ilə olur. Şəhər gəzintisi zamanı idarənin girişinə yaxınlaşaraq cibindən filmdə istifadə etdiyi əks-kəşfiyyat xidmətinin rəhbəri Vilhelm Kanarisin fotosunu çıxarıb göstərərək deyir:
"Bu gecə bir türk gəmisi sahilə çıxıb bizi buradan aparacaq!". Onu saxlayıb sorğu-sual etməyə başlayanda o deyir: "Mən Amerika kəşfiyyatçısıyam”. Təbii ki, onu həbs edirlər və dərhal Moskvaya çağırırlar, deyirlər, Amerika kəşfiyyatçısı tutulub. Əmr səslənir: "Səhər, təyyarə ilə, Moskvaya çatdırın”. Səhəri gün ayıldıqdan sonra Bordukov and içməyə başlayır ki, o, sadəcə aktyordur və filmdə rol alır. Yaradıcı qrupun qaldığı mehmanxanaya zəng edib bunun doğru olduğunu öyrənsələr də, qaydanı pozanı buraxmırlar. Nəticədə onlar Bordukovu xırda xuliqanlığa görə cəzalandırmaq qərarına gəliblər və ona 15 sutka cəza verirlər.
***
Qaydalara görə, o, keçəl edilərək əmək islah düşərgəsinə göndərilməli idi. Ancaq filmin rejissoru aktyorun saçının kəsilməsinin çəkilişi üçün ciddi maneə yaradacağını bildirir. Nəticədə, Bordukov hər gün istintaq orqanlarının adamları tərəfindən çəkiliş meydançasına gətirilir, çəkiliş bitəndən sonra isə geri qaytarılır.
***
Bu hadisədən sonra Bordukova üç il filmə çəkilmək qadağası qoyulur. Bundan sonra onun kino karyerası tənəzzülə uğrayır.
Filmlərdə üç kiçik rol oynayan, teatr səhnəsində çıxışını davam etdirən Bordukov 1966-cı ildə Əlisəttar Atakişiyevin "İstintaq davam edir” filminə dəvət alır. Film sovet əks-kəşfiyyatçılarının sovet sirlərini ovlayan casuslarla mübarizəsindən bəhs edir. Bordukov Amerika casusu Houk kimi reinkarnasiya olunan KQB mayoru Martınovu canlandırır. Bordukovun son rolu 1967-ci ildə Rauf Kazımovskinin "Poçt qutusu" filmində məhkəmə sədri olur. Elə həmin il, mayın 18-də, 54 yaşında Lev Bordukov vəfat edir.
***
Aktyor məşhur balerina Maya Plisetskaya ilə eşq macərası yaşayıb, ondan ayrıldıqdan sonra Maris Liepa ilə ailə qurub.
Oxşar xəbərlər
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Röya Ayxan Moskvada ölümdən belə qurtuldu - 2 dəqiqədən sonra səhnəyə çıxacaqdım...
22 mart 2024 23:16
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya