Partiyalar çətin durumda - Üzvlük məsələsində hansı problem yaranıb?
Günün sitatı25 mart 2023 16:53
Azərbaycanda siyasi partiyalar üzvlərinin sayını artırmaqda çətinlik çəkir. Əsas problem vətəndaşların xüsusilə müxalifət adına iddia edən partiyalara üzv olmağa həvəs göstərməmələri ilə bağlıdır.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya deyib ki, vətəndaşlar müxalifət partiyalarına üzv olmağa ehtiyatla yanaşır:
"Bu kifayət qədər ciddi problemdir. "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə görə partiyaların qeydiyyatı üçün 5000 üzv lazımdır. Partiyalara iyul ayına qədər vaxt verilib. Lakin biz üzv toplamaqda çətinlik çəkirik. Çünki vətəndaşlar ehtiyat edir, qorxur və s."
Onun sözlərinə görə, bu hal qeyri-müəyyənlik yaradıb: "Yəni, açığı hazırda nə edəcəyimizi bilmirik. Şübhəsiz üvzlərinin sayının artırılması istiqamətində fəaliyyətimiz davam edir. Partiya kimi də hələ ki, fəaliyyətdəyik. Amma verilən müddətə qədər üzvlərin sayını 5000-ə çatdırıb-çatdırmayacağımızı deyə bilmərəm. Problemin də nədən olduğunu qeyd etdim”.
Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu və sədri Pənah Hüseyn də Qaynarinfo-ya oxşar problemlə üzləşdiklərini bildirib:
"Ümumiyyətlə, bu problem hakim Yeni Azərbaycan Partiyası xaric demək olar ki, əksər partiyalar üçün mövcuddur. Vətəndaşlar YAP-dan fərqli partiyalara üzv olmağa ehtiyat edir. Bu, həm də ölkədəki ümumi siyasi vəziyyətlə, daha doğrusu demokratik mühitin olmaması ilə bağlıdır”.
O, həmçinin yeni qanun barədə danışıb. AXP sədri hesab edir ki, "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu təkpartiyalı sistemə doğru addım kimi xarakterizə etmək olar. Onun fikrincə, yeni qanun çoxpartiyalı sistemə çox ciddi zərbədir. Lakin bununla belə, Pənah Hüseyn qanunda dəyişiklik edilə biləcəyini də istisna etmir:
"Qanunun qəbul olunması hələ həmin qanunun dəyişdirilməsi istiqamətində işi də istisna etmir. Xüsusən, Venesiya Komissiyasının qanunla bağlı neqativ rəyi oldu. Prinsipcə, hesab edirəm ki, siyasi partiyaların səyi ilə ilə qanunun bir sıra müddəalarını dəyişdirmək mümkündür və bu istiqamətdə fəaliyyət göstərilməlidir”.
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib - YENİLƏNİB
22 mart 2024 20:18
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya