Musavat.com xəbər verir ki, bu barədə o, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında bildirib.
"İran xalqının çətinliklər qarşısında nümayiş etdirdiyi həmrəylik və güclü dövlət təcrübəsi sayəsində bu günləri də dəf edəcəyinə heç bir şübhəmiz yoxdur. İsrailin hücumları qarşısında İranın öz xalqını müdafiə etmək məqsədilə atdığı addımlar tamamilə təbii, qanuni və hüquqidir. Necə ki, 90 il əvvəl Hitlerin alovlandırdığı qığılcım bütün dünyanı oda bürüdü, bu gün Netanyahunun iddiaları da dünyanı fəlakətə sürükləməkdən başqa bir məqsəd daşımır", - deyə Ərdoğan bildirib.