Jukov haqqında həqiqətlər – Marşal doğrudan da talançı olub, Almaniyadan 19 vaqon qənimət gətirib

Həmvətənimiz Rövşən Əsgərovun marşal Jukov haqqında dediyi bir neçə kəlməlik tənqidi fikrin Rusiyada bu qədər ağrılı qarşılanması, buna görə onun ardıcıl cinayət təqibinə məruz qoyulması sıradan bir şey deyil, məhz kükrəmiş militarizmin nəticəsidir.
Rusiya isteblişmenti Jukovu müqəddəsləşdirməklə rus hərb maşınını idealizə etməyə, onun “hər zaman haqlı və güclü olduğu” barədə mif yaratmağa çalışır.
Halbuki Rövşən Əsgərov da, Jukova realist prizmadan yanaşan digərləri də marşal haqqında məlumatları elə vaxtilə rus müəlliflərin yazdığı bioqrafik materiallardan, əsərlərdən, arxiv sənədlərindən, memuarlardan götürüblər. Heç kim özündən heç nə uydurmayıb.
Bu, birmənalıdır: marşal Jukov Rusiya hərb tarixinin ən ziddiyyətli fiqurlarından biridir. Onu saatlarla tərifləmək də olar, saatlarla tənqid etmək də. Adamın uzun çəkən hərbi karyerası olub, sıravi əsgərlikdən marşallığa qədər pillə-pillə yol keçib, ən gərgin döyüşlərdə hərbi hissələrə komandanlıq edib, siyasi rəhbərliyin gah “gözünün işığı”, gah da “gözünün düşməni” olub.
Marşal Jukov haqqında bütün həqiqətləri yazmaq üçün bir qəzet məqaləsi bəs etməz, azı 4-5 kitablıq epopeya lazımdır.
Ancaq onun xidmətlərinin həddindən artıq şişirdilməsi də bir gerçəkdir. Bir ara bunu ali baş komandan Stalinin xidmətlərini azaltmaq üçün ediblər, ona görə də Jukov haqqında əfsanələr uydurublar. Sonra onun daha çox şişdiyini görərək, bu dəfə də personasını qaralamağa çalışıblar. Dövran dəyişib, bir rus hərbçisinin “II dünya müharibəsinin ən qəhrəman sərkərdəsi” elan etmək lazım gəlib, ona görə də yenidən marşal Jukovun şəxsiyyəti üzərində fokuslanıblar.
Onun xidmətlərini danmaq mümkün deyil, ancaq bu xidmətlərdə çoxlu əmmalar var. Jukovun ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adını 1939-cu ildə Uzaq Şərqdə göstərdiyi əzmkar xidmətə görə aldığını mütləq qeyd etməliyik. Bu, onu göstərir ki, marşalın qəhrəmanlıq dastanı hələ 1941-ci ildən əvvəl başlayıb.
O, qətiyyətli sərkərdə olub, qarşısına qoyduğu məqsədə nəyin bahasına olursa-olsun, çatmağı üstün tutub. Ancaq bu “nəyin bahasına olursa-olsun” şərti milyonlarla sıravi əsgərin mənasız ölümü ilə müşayiət olunub. Başqa sözlə, marşal Jukovun hərb meydanında qazandığı qələbələr heç də dərin zəka, strateji planlar tutmaq qabiliyyəti hesabına olmayıb, milyonlarla əsgəri düşmən gülləsinin qabağına verib qırdırmağın hesabına olub. Digər marşal və generallar da elə edib deyə SSRİ-nin II dünya müharibəsində itirdiyi insan sayı 20 milyondur.
Hitlerin Jukov haqqında yüksək fikirdə olması barədə bir əfsanə var, guya fürer deyib ki, alman ordusunda Jukov kimi heç olmasa bir general olsaydı, Almaniya çoxdan dünyanın ağası olardı. Bu, böyük ehtimalla mifdir. Çünki Almaniya ordusunda Jukovdan da zəki və savadlı feldmarşallar və generallar olub, amma heç biri öz millətinin övladlarını mənasız qırğına verməyib. “Qələbə marşalı” üçün isə belə bir problem olmayıb. Stalinin dövründə insan həyatına həşarat həyatı qədər qiymət qoyulmadığından o, qələbəni “top əti” hesabına qazanmağa çalışıb və buna nail olub.
Jukovun personasına xələl gətirən bir neçə gerçək faktlardan biri və ən əsası onun Berlinin işğal edilməsindən sonra Almaniyanın şəhərlərini kütləvi şəkildə qarət etdirməsi olub. Üç gün ərzində sovet əsgərləri qarşılarına çıxan qadınları kütləvi şəkildə zorlayıblar və dəyərli nə görüblərsə, qamarlayıblar və bunun adınə “hərbi qənimət” qoyublar
Almaniya tərəfi uzun müddət kütləvi zorlamalar haqqında həqiqətləri gizlədib, “zorlanmış xalq” reputasiyası qazanmamaq üçün bu mövzunun üstündən keçib. Zatən, bunu açıb-ağartmaq və ictimailəşdirmək mümkün deyildi. Çünki bu hadisələr sovet ordusunun işğalı altında olan Şərqi Almaniya torpaqlarında olub və orada kommunistlərin idarəçiliyi ilə Almanitya Demokratik Respublikası adlı oyuncaq dövlət qurulub. Onun təbliğatçıları isə həmişə, 1989-cu ilə qədər sovet-alman qardaşlığından danışıblar. Yalnız iki Almaniya birləşəndən sonra bu həqiqətlər ictimailəşdirilib.
Jukovun Almaniyada qarətlə məşğul olması, ölkəyə 19 vaqon “trofey” gətirməsi isə sirr-filan deyil. Stalinin göstərişi ilə hüquq-mühafizə orqanları bu məsələni araşdırıblar və bu qərara gəliblər ki, deyilənlər həqiqətdir. Bu işlə bağlı 1946-48-ci illərdə “Qənimət işi” adlı cinayət işi açılıb, 11 general (1-i general-polkovnik, 6-sı general-leytenant və 4-ü general-mayor) məsuliyyətə cəlb edilib, üçü güllələnib, üçünə 25 il həbs cəzası kəsilib.
Həmin şərçivəsində marşalın bağ evi də axtarışları məruz qalıb. Əməliyyatçılar onun bağında dörd min metrdən çox yun, brokar, ipək və məxmər parçalar aşkar ediblər. Bundan başqa, Almaniyanın Potsdam və digər şəhərlərindəki saraylardan götürülmüş 323 samur, meymun, tülkü, qaragül dəriləri, 44 bahalı xalça və iri qobelenlər tapılıb. 17-si qızı olmaqla, daha 3-ü qiymətli daşlarla bəzədilmiş 24 saat, qızıl üzüklər, kulonlar, qızıl siqaret qutusu, zəncirlər və bilərziklər, sırğalar və çoxlu qiymətli daşlarla bəzədilmiş brelok aşkar edilib.
Əməliyyat qrupu bağda 55 rəsm tapıb – onlar əksəriyyəti bağ evinin divarlarında asılmış olub, bəziləri anbarda saxlanılmış halda aşkarlanıb. Həmçinin marşalın bağında yeddi böyük sandıqda bahalı çini qab-qacaq və çay dəstləri, iki qutu gümüş bıçaq və “Qoland-Qoland” şirkətinin 20 unikal ov tüfəngi olub. Stalinə verilən məlumatda belə bir qeyd olub: “Bu əmlak 51 sandıq və çamadanda saxlanılır". Amaniyadan gətirdiyi lüks avtomobilləri marşal aparıb Odessada da işlədib.
Ancaq sovet rəhbərliyi marşalın xidmətlərini nəzərə alaraq, ona daha yüngül cəza verib. Onu paytaxtdan uzaqlaşdırıb, əvəlcə Odessaya, sonra isə Ural hərbi dairəsinə komandan vəzifəsinə göndəriblər.
Ortada bu haqda yüzlərlə rəsmi sənəd, ifadə varkən, R.Əsgərov nəyi düz deməyib?
Söz yox ki, Stalin Jukovun ordudakı nüfuzundan da çəkinib, onun siyasi ambisiyaya düşəcəyini güman edib. Jukova qarşı tənqidi fikirlərdə “bonopartizm” ifadəsinin işlədilməsi bu üzdəndir. (Məlum olduğu kimi, Napoleon Bonopart qazandığı hərbi qələbələrdə əldə etdiyi nüfuzdan istifadə edərək hakimiyyətə gəlib, diktatura bərqərar edib, imperator olub).
Stalinin bu gümanı sonradan, 1953-cü ilin yanvarında müharibə qəhrəmanı olan amerikalı general Duayt Eyzenhauerin öz ölkəsində prezident seçilməsi zamanı özünü doğrultdu. Eyzenhauer prezident seçildi, amma Jukovu heç müdafiə naziri postuna qalxmağa da qoymadılar. O, bu vəzifəyə yalnız Stalinin ölümündən sonra, 1955-57-ci illərdə, o da qısa müddətə otura bildi. Fəqət Beriyanın zərərsizləşdirilməsində, hakimiyyətin Xruşova ötürülməsində müstəsna rol oynamış Jukov tezliklə Xruşovun gözündən, nəzərindən də düşdü. Çünki o, inzibati-amirlik metodu ilə işləməyə öyrəşmişdi, Hitler üzərində qələbənin Stalinlə özünün xidməti sayırdı. Ona görə də vəzifə başında olanda onun düşməni dostlarından çox olub.
Xruşovdan sonra hakimiyyətə gələn Brejnev onu reablitasiya etməyə çalışmayıb, hətta istəyib ki, Jukovun tarixi qələbədəki rolu çox şişirdilməsin. O, əsasən özünü müharibə qəhrəmanı elan edir, ard-arda özünü “qəhrəman” adıyla, “Qızıl ulduz” medalıyla, hətta “Qələbə” ordeni ilə mükafatlandırırdı. Brejnev öz hərbi rütbəsini də qaldırıb marşal etmişdi. Ancaq bu mif də Brejnevin ölümü ilə dağılıb getdi.
Yenidənqurma illərində Stalinin yenidən “ifşa edilməsi” prosesində Jukov bir daha yada düşdü, bu dəfə onun xidmətləri gerçəkdə olduğundan artıq böyüdülməyə başlandı. Hətta elə çıxırdı ki, müharibə zamanı yalnız bir uğurlu sərkərdə olub, o da Jukovdur. Halbuki Çuykov, Konev, Rokossovski, Vasilevski, Malinovski, Sokolovski kimi marşallar və yüzlərcə generallar faşizm üzərində qələbədə mühüm rol oynayıblar.
Əgər 1941-45 müharibəsində SSRİ yox, Almaniya qalib gəlsəydi, o zaman tribunalda hərbi cani ittiham olunan və güllələnən üç nəfərdə biri məhz Jukov olacaqdı.
Araz Altaylı, Musavat.com
- Mikayıl İsmayılovun ailə vəkili Adnan Əhmədzadənin hüquqlarını qoruyacaq...
23 sentyabr 2025 00:57
- Formula 2-nin qalibi bəlli oldu
21 sentyabr 2025 12:56
- Teyyub Hüseynovun adını tez-tez hallandırdığı məşhur şirkətin hüquqşünası NUH.az-a zəng edərək nələr dedi ? VIDEO
21 sentyabr 2025 10:53
- Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...
21 sentyabr 2025 10:31
- Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu (YENİLƏNİB)
20 sentyabr 2025 15:32
- Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu
20 sentyabr 2025 13:53
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 2025 02:14
- 7 uşağı məktəbə yola salan ata: İnəyimizin ətindən, toyuğun yumurtasından...əla dolanırıq - (MÜSAHİBƏ)
19 sentyabr 2025 23:46
- 23 SAATLIQ ANTİTERROR əməliyyatından 2 İL ÖTÜR
19 sentyabr 2025 01:46
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 2025 15:55
- Fransa da Fələstin dövlətini tanıdı
23 sentyabr 02:25
- Mikayıl İsmayılovun ailə vəkili Adnan Əhmədzadənin hüquqlarını qoruyacaq...
23 sentyabr 00:57
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
22 sentyabr 23:18
- Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəldi
22 sentyabr 22:50
- Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır
22 sentyabr 22:42
- Prezident Forum iştirakçılarına müraciət ünvanladı (YENİLƏNİB)
22 sentyabr 21:33
- Ərdoğan ABŞ-yə getdi
22 sentyabr 00:57
- Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı
21 sentyabr 21:02
- Formula 2-nin qalibi bəlli oldu
21 sentyabr 12:56
- 4 gün ardıcıl iş olmayacaq - Tarixlər
21 sentyabr 12:46
- İlham Əliyev Malta prezidentini təbrik etdi
21 sentyabr 11:47
- Teyyub Hüseynovun adını tez-tez hallandırdığı məşhur şirkətin hüquqşünası NUH.az-a zəng edərək nələr dedi ? VIDEO
21 sentyabr 10:53
- AzTV-nin keçmiş sədri vəfat etdi
21 sentyabr 10:46
- Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...
21 sentyabr 10:29
- Sabiq deputat SOS siqnalı verdi, dövlətə çağırış etdi
21 sentyabr 09:42
- Paşinyan yenidən sədr seçildi
21 sentyabr 09:33
- Putinin valideynləri barədə DƏHŞƏTLİ sirr üzə çıxdı — Atası anasının gözünü çıxardıb
21 sentyabr 00:26
- Naxçıvanda idman müəlliməsi məktəb direktorunu MÖHKƏM DÖYDÜ
20 sentyabr 22:55
- FORMULA 1 daha 5 IL Azərbaycanda keçiriləcək
20 sentyabr 22:42
- Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu (YENİLƏNİB)
20 sentyabr 15:32
- Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu
20 sentyabr 13:53
- Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
20 sentyabr 13:24
- Dövlətin PAYTAXT-nın əhalisi 300 NƏFƏR-dir
20 sentyabr 12:31
- İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi
20 sentyabr 12:08
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 02:14
- Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
20 sentyabr 01:08
- 7 uşağı məktəbə yola salan ata: İnəyimizin ətindən, toyuğun yumurtasından...əla dolanırıq - (MÜSAHİBƏ)
19 sentyabr 23:46
- Şahdağdan maraqlı - Fotolar
19 sentyabr 22:02
- Fransanın yeni səfiri Bakıda - FOTOLAR
19 sentyabr 21:06
- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəldi
19 sentyabr 20:56