Arzular çin oldu, həm də Çində oldu
CəmiyyətBu gün, 09:49

Çinin Tiencin şəhərində keçirilən ŞƏT+ toplantısında iştirak edən Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın görüşü sülh quruculuğu prosesinə töhfəverici addım kimi dəyələndirilə bilər.
Müdriklər yüzilliklər boyu qadınların sülh çarçısı kimi əvəzolunmaz tarixi xidmətlərinə xüsusi önəm veriblər.
Məşhur filosof P.Ado antik dövrdə qadınların cəmiyyəti necə barışdırmağı və idarə etməyin sirrini bilən müdrik qüvvə hesab edirdi.
Məşhur yunan filosofu Platon belə hesab edirdi ki, dialoq və açıq ünsiyyət hər bir mübarizəni və problemin həllində, ortaq məxrəcə gəlməkdə mühüm rol oynayır.
“Qurani-Kərim” də qadınların barış və sülh rəmzi olmasına dair dəyərli ayələr yer alır. Deyilir ki, ən ağır mübahisəni də gözəl sözlərlə aparın, elə davranın ki, düşmənin barışacağı günü də əvvəlcədən görə biləsiniz.
Neçə-neçə müharibəyə baxsaq görərik ki, qadınlar diplomat kimi bəşəriyyəti qana sürükləyən qanı dayandırıb, sülh gətirib.
Dünyada humanizm simvolu kimi tanınan Azərbaycanın xanımı Mehriban Əliyevanın sərhəd tanımayan bəşəri insanpərvərliyi, sülh amalları hər zaman yüksək dəyərləndirilib. Dünyanın ən ali təşkilatları, İSESCO, müxtəlif ölkələrin ali təltiflərinə layiq görülməsi Mehriban Əliyevanın sülhpərvərliyinə verilən möhtəşəm etimad nümunəsidir.
Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi sülh missiyasında da yaxından iştirak edərək Qafqazda və digər regionlarda örnəkverici missiya daşıyır. O, erməni analarına öz balalarını işğal siyasətinin qurbanı olmamağa çağırıb, iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşamalı olduğunu diqqətə çatdırıb, bütün ifadələrində erməni faşizmi ilə erməni xalqı arasında fərqi dəqiqliklə göstərib.
Müharibənin ən ağır günlərində belə əsl ana, Azərbaycan qadını kimi sonadək barış və sülhə qollarını açıb, bircə kəlmə ilə də olsa, kinini və nifrətini ifadə etməyib.
Onun Anna Akopyana uzadılan sülh əlinin də məramı barış və siyasi dialoqa xidmət edirdi. Müharibə bitdikdən sonra Ermənistanda revanşizm meyillərinə baxmayaraq, cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti sülh çağırışları ilə qarşı tərəfi normal qonşuluğa dəvət etdi, lüzumsuz iddialardan geri çəkilməyi məsləhət bildi.
Azərbaycanın bu müdrik və sülhsevər siyasətini Ermənistan üçün də nicat yolu olduğunu başa düşən Paşinyan sülh quruculuğunda iradə nümayiş etdirdi, ötən ay Vaşinqtonda tarixi saziş imzalandı.
Birinci vitse-prezident Mehriban Əliyeva həmin sazişi alqışlayaraq sosial şəbəkə hesabındakı paylaşımda sülhdən hədsiz qürur duyduğunu xatırlatdı.
Onun “Qoy, hər zaman sülh olsun!” müdrik deyimi Anna Akopyanın da vaxtilə etdiyi səhvləri anlamasına səbəb oldu. Akopyan Azərbaycanın Birinci xanımının sülh əlini sıxmaqdan başqa yolun olmadığını anlayaraq Mehriban Əliyeva ilə görüş üçün fürsətlər axtardı. Belə fürsət isə dünyanın ən nəhəng dövlətlərindən biri olan Çində baş tutdu.
Ermənistanın baş nazirinin xanımının Çində Mehriban Əliyeva ilə görüşü yüksək dəyərləndiirlə bilər və bir ana kimi onun da bundan sonra sülh və barışda əməyini əsirgəməyəcəyindən xəbər verir. Bu isə Cənubi Qafqazda əbədi sülhün, dostluğun, qarşılıqlı münasibətlərin və rifahın möhkəmlənməsinə səbəb olacaq.
Neçə illərdir ki, müharibədən yorulmuş iki Qafqaz ölkəsinin arzuları Çində çin olur.
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev
Oxşar xəbərlər
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- 51 yaşında tələbə oldu
3 sentyabr 2025 02:29
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Ərdoğan və Pezeşkian Çində görüşdü
1 sentyabr 2025 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
1 sentyabr 2025 22:09
- Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib
1 sentyabr 2025 10:26
- İlham Əliyev Çində Maldiv Prezidenti ilə görüşdü (FOTO)
1 sentyabr 2025 10:08
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 2025 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 2025 20:33
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 2025 10:14
Xəbər lenti
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
Video & Fotoqalereya
Video
Fotoqalereya