Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza... (FOTO)
Hadisə5 iyun 2025 10:03

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və bəzən də qəfil gedişləri. Bu da yarımçıq planlar, masa üzərində açıq qalmış sənədlər və geridə qalan xatirələr deməkdir...
Azərbaycanda bir sıra dövlət məmurları-nazirlər və müavinləri, rektorlar, eyni zamanda millət vəkilləri vəzifəsini icra etdiyi müddətdə vəfat ediblər.
"Qafqazinfo” bu dəfə vəzifədə olarkən gözlərini həyata əbədi yuman məmurlarla bağlı yazı hazırlayıb.
Onlardan biri 2006-2021-ci illərdə gənclər və idman naziri olan Azad Rəhimovdur. Sabiq nazir 2021-ci ilin 30 aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə aldığı Nyu-York xəstəxanasında vəfat edib. A.Rəhimov həmin ilin 2 mayında İkinci Fəxri Xiyabanda dəfn olunub.

12 il energetika naziri (indiki adı ilə) işləyən Natiq Əliyev də 69 yaşında xidmət başında dünyasını dəyişib. O bu vəzifəni 2005-2017-ci illər arasında icra edib. Mərhum nazirin ölüm səbəbi ürək çatışmazlığı olub. O da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
.jpg)
2006-2018-ci illərdə müdafiə sənayesi naziri olan 68 yaşlı Yavər Camalov da digər iki həmkarı kimi vəzifədə ikən ölüb. Eks-məmur 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, iyunun 24-də Şüvəlan qəbirstanlığında dəfn olunub.
.png)
23 il maliyyə nazirinin birinci müavini kimi çalışan İlqar Fəti-zadə isə 2022-ci ilin 14 aprel tarixində uzunsürən xəstəlik səbəbilə 66 yaşında dünyasını dəyişib. İ.Fəti-zadə 1999-2006-cı illərdə Əvəz Ələkbərovun, 2006-cı ildən vəfat etdiyi tarixə qədər isə Samir Şərifovun müavini işləyib.
.jpg)
1999-2018-ci illərdə səhiyyə naziri Oqtay Şirəliyevin müavini olan Abbas Vəlibəyov 71 yaşında həyata gözlərini yumub. O, 2018-ci il aprelin 9-da qəfil ürəktutmadan ölüb.
.jpg)
Bir vaxtlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini işləyən general-leytenant Nazim Məmmədov da vəzifə müddətində dünyadan köçüb. O, bu vəzifəni 2018-2022-ci illərdə icra edib. N.Məmmədov ömrünün 70-ci ilində koronavirusdan vəfat edib.
.jpg)
Cəmi 1 il Ağsunun icra başçısı ola bilən Vahid Tağıyev də pandemiya qurbanlarından olub. Koronavirusdan vəfat edən mərhum 2019-2020-ci illərdə sözügedən vəzifəni icra edib. Sabiq icra başçısı 59 yaşında həyatla vidalaşıb.
.jpg)
Naftalanın sabiq icra başçısı Rövşən İbrahimov da həmkarı Vahid Tağıyev kimi cəmi 1 il (2018-2019-cu illərdə) vəzifədə qalıb. Onun meyiti yaşadığı evdən tapılıb. İlkin məlumatda eks-məmurun ürəktutmadan öldüyü deyilsə də, sonradan dəm qazından boğulduğu məlum olub. Həmin vaxt mətbuata açıqlama verən mərhumun köməkçisi Yavər Aslanov isə bu versiyanın da ehtimal olduğunu, ekspertizanın rəyini gözlədiklərini qeyd edib.
.jpg)
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov da vəzifədə ikən ölən məmurlar arasındadır. O, 2024-cü ilin sentyabrında 63 yaşında Türkiyədəki xəstəxanada ürək əməliyyatından sonra həyatını itirib. K.Həsənov uzun illər "Azərsu” ASC-nin sədr müavini vəzifəsində çalışıb, ötən ilin yayından etibarən isə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə sədr vəzifəsini icra edib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yarandığı tarixdən- 1998-ci ildən agentliyin baş direktoru olan Nazim İsmayılov da xidməti zamanı dünyadan köçüb. O, 2014-cü ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

2007-2018-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Abbas Ələsgərov da səlahiyyəti müddətində ölüb. O, 81 yaşında ürəktutmadan vəfat edib.

Cəmi 2 ay Naxçıvanın Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışan Əkrəm Hüseynzadə 41 yaşında ağır xəstəlik səbəbilə dünyadan köçüb. Belə ki, o, 2024-cü il iyulun 31-də Naxçıvan MSK-nın sədri təyin olunub və həmin ilin 8 oktyabr tarixində vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəzifədə olarkən dünyasını dəyişib. Geoloq 2023-cü ildə 93 yaşında vəfat edib. O, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.
.jpg)
2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Mahmud Kərimov da vəzifə başında həyatla vidalaşanlar arasındadır. Respublikada fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. "Şöhrət” Ordenli alim 2013-cü ildə Bakıda vəfat edib.
.jpg)
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də vəzifədə olan zaman dünyasını dəyişib. M.Nəbiyev 2022-ci ildə həyata gözlərini yumub. Qeyd edək ki, o, 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postunda çalışıb.
.jpg)
Səlahiyyəti müddətində vəfat edən vəzifəlilər arasında rektorlar da var:
2015-2019-cu illərdə Dövlət Dəniz Akademiyasının rektoru olan Çingiz Əliyev 56 yaşında xərçəng xəstəliyindən ölüb.
.jpg)
1997-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) rektoru olan Siyavuş Qarayev 72 yaşında vəfat edib. O, uzunsürən xəstəlik səbəbilə həyatla vidalaşıb.
.jpg)
Milli Məclisin deputatlarından da seçildiyi müddətdə dünyadan köçənlər az deyil:
VI çağırış Milli Məclisin deputatı Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili uzunsürən xəstəlikdən əziyyət çəkib.
.jpg)
75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib. O da VI çağırışda millət vəkili olub.
.jpg)
VI çağırışda deputat olan Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə 2023-cü ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.
.jpg)
III, IV və V çağırış Milli Məclisin deputatı olan Astan Şahverdiyev 2018-ci ildə 71 yaşında vəfat edib. O da ürəktutmadan ölən vəzifəlilər arasındadır.
.png)
III və IV çağırış deputatı Hikmət Atayev isə 60 yaşında vəfat edib. O, idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nəticəsində 2013-cü ildə hadisə yerində dünyasını dəyişib.
.jpg)
Oxşar xəbərlər
- 20 İL KOMA-da qalan ŞAHZADƏ ÖLDÜ
20 iyul 2025 11:43
- Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada nahar ediblər (FOTO)
17 iyul 2025 22:45
- Rusiyada general dələduzluğa görə həbs edildi
17 iyul 2025 21:55
- Qaranlığa qərq olan Bakı küçələri - TƏHLÜKƏLİ VƏZİYYƏT -VİDEO
14 iyul 2025 08:49
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 2025 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 2025 09:23
- Çayda boğulub ölən Səfiyənin - Fotosu
13 iyul 2025 00:05
- Şaraa Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
12 iyul 2025 19:34
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 2025 14:35
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 2025 00:59
Xəbər lenti
- Anar Məmmədxanov nədən vəfat etdi ?
20 iyul 13:44
- İLDIRIM çobanı və bütün sürünü MƏHV ETDİ
20 iyul 13:02
- 20 İL KOMA-da qalan ŞAHZADƏ ÖLDÜ
20 iyul 11:43
- 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
20 iyul 11:29
- Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi
20 iyul 11:05
- Bakılı oğlanlar-ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür
20 iyul 10:40
- Uşağın xaricə aparılması ilə bağlı YENİ QƏRAR - Hansı hallarda razılıq tələb olunmur?
20 iyul 02:44
- Gəncədə atası 22 yaşlı qız döyərək öldürüb
20 iyul 02:08
- Suriyada döyüşlər dayandı – RƏSMİ
20 iyul 01:44
- İlham Əliyevdən SON DƏQİQƏ SÜLH AÇIQLAMASI
20 iyul 01:27
- Ailəsi Anar Məmmədxanovla bağlı tədbirdə
20 iyul 00:32
- Prezident: Zəngəzur bir çox ölkələri birləşdirəcək
19 iyul 21:49
- Suriya və İsrail atəşkəsə razılaşdı – ABŞ vasitəçilik etdi
19 iyul 21:32
- Mikayıl Ağalarov açdığı restoranı Azərbaycan dilində reklam etdi: HAMINIZ GƏLİN
19 iyul 21:18
- Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında ..
19 iyul 18:32
- Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq - Prezident
19 iyul 18:13
- Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
19 iyul 16:23
- Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
19 iyul 13:06
- Avropa İttifaqı Azərbaycan şirkətinə sanksiya tətbiq etdi
19 iyul 12:12
- Elman Əhmədovun 27 yaşında nazir müavini vəzifəsinə yüksəlməsi həmkəndliləri kimi bizi çox fərəhləndirdi
19 iyul 11:08
- Bakı ŞİH sürtkü yağları satan şirkətdən İTLƏR ÜÇÜN 426 MİN MANATA YEM ALIR
19 iyul 10:35
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 01:49
- Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapdı
19 iyul 01:29
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 01:17
- NAXÇIVAN hoteli sökülür
19 iyul 00:56
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 00:24
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
18 iyul 23:50
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 22:45
- Prezident onlara müraciət ünvanladı
18 iyul 11:51
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 11:33
Video & Fotoqalereya
Video
Fotoqalereya