Biz başqalarını düşünsək…

Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: “Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:
- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?
Qoca gənci mənalı-mənalı süzür:
- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...
Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var. Amma tam əminliklə deyə bilərik ki, hansı çıxış nöqtəsi olursa-olsun, hamısının tək ortaq məxrəci insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq.
Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: “Heç kim bu dünyadan bir şey aparmayacaq”. Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq.
Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, “hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq” düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.
Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq.
Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Çünki bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək.
Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər”.
Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
“Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər” müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.
O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.
Murad Məmmədov
- Bu gün məktəblərdə -Son zəng- çalınacaq
14 iyun 2025 09:05
- Qorxu və qisas
20 mart 2025 23:45
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Azərbaycan bu qədər dayazdır?.. - Akademik Nizami Cəfərov barəsində
21 sentyabr 2025 13:23
- Dünya QUCAQLAŞMA günü
22 mart 2023 10:21
- Antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir -Professor
10 yanvar 2023 13:19
- Qloballaşma bitdi. Mədəniyyətlərin müharibəsi başladı
9 aprel 2022 10:32
- İslamdan imtina etdi, çayda boğmaq istədilər, DAHİ
19 iyun 2021 22:19
- Onu Moskvanın əlindən Heydər Əliyev də ala bilməyib
1 aprel 2021 23:33
- Qorbaçovdan ABŞ-a məsləhət
20 yanvar 2021 14:12
- Sən bağlayan pəncərənin....- Vaqif Bayatlı Odər - 77 İL
02 oktyabr 18:17
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
02 oktyabr 17:54
- Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər...
02 oktyabr 13:42
- Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərlədilər
02 oktyabr 11:49
- İlham Əliyev Paşinyanla görüşdü - Video
02 oktyabr 11:20
- Axundovanın -sağ əli- olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
02 oktyabr 10:27
- SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
02 oktyabr 10:19
- Prezident Maya Sandu ilə görüşdü (FOTO)
02 oktyabr 09:50
- Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA
02 oktyabr 02:40
- İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak etdi - Fotolar
02 oktyabr 00:41
- Millət vəkili Əli Məsimli Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirmişdir
01 oktyabr 23:02
- Prezident və birinci xanım Danimarkaya səfərə getdi (FOTO)
01 oktyabr 22:40
- Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
01 oktyabr 22:29
- Şəhriyar Məmmədyarov DÜNYADA ÖN SIRADA - SİYAHI
01 oktyabr 14:25
- Nazirlər hansı universitetləri BİTİRİB?
01 oktyabr 14:06
- Narkoloji Mərkəzin direktoru NARKOMANLARDAN RÜŞVƏT ALIB - 10 il həbs
01 oktyabr 13:22
- Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
01 oktyabr 13:12
- Azərbaycanda 3 min yazıçı-şair var
01 oktyabr 12:34
- Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır - Prezident
01 oktyabr 11:34
- AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır - Ramiz Mehdiyev
01 oktyabr 11:02
- ABŞ ordusunda uzun SAÇ, SAQQAL və BIĞ qadağan edildi
01 oktyabr 00:56
- İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı - Sərəncam
30 sentyabr 21:27
- Yeni GENERAL Anar İsmayılov kimdir?
30 sentyabr 21:00
- Prezidentlər mətbuata açıqlamalar verdilər
30 sentyabr 20:41
- İtaliya Prezidenti Azərbaycandadır - Fotolar
30 sentyabr 16:09
- NAR sağlam həyat tərzinə töhfə üçün boks təlimlərinə dəstək olur - Fotolar
30 sentyabr 16:03
- Rəsmilər Cabir İmanovla vida mərasimində - Fotolar
30 sentyabr 14:29
- Satışda olan balıqlarla bağlı qorxunc iddia: İnsan NƏCİSİ İLƏ QİDALANDIRILIR
30 sentyabr 14:11
- Ərdoğan mənim dostumdur, bir neçə gün əvvəl onunla...- Tramp
30 sentyabr 14:01
- Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? -VİDEO- NADİR GÖRÜNTÜLƏR
30 sentyabr 12:35