Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir

Sabah, mayın 27-də Bakı Apellyasiya Məhkəməsində Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun adı keçən əmlak qəsbi işi üzrə araşçdırmalar davam etdiriləcək. 11.45-ə təyin olunan iclasda şikayət hakim İkram Şirinovun sədrliyi ilə araşdırılacaq.
Musavat.com-un xəbərinə görə, hazırda baş nazirin müşaviri olan Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən “Premium Bank” və “Dekabank” vasitəsi ilə heç bir gəliri olmayan şəxsə 2 hissədən ibarət kredit verib.
5 milyon manatlıq kreditin ikinci hissəsi qeydiyyata belə alınmayıb. İş məhkəməyə çatanda isə banklar kredit tarixçəsini gizlədirlər.
Aydındır ki, kredit tarixçəsi onu tərtib edənləri ifşa etmək gücündədir deyə ortalığa çıxarılmır. Məhkəmələr də kredit verilməsinin tarixini araşdırmaqdan yayınırlar. “Dekabank”dan ayrılan vəsaitlər kredit reyestrində belə yoxdur!
Ən başlıcası, 5 milyon manatlıq kredit saxta sənədlər əsasında verilib. Krediti almış Azad Nağıyev sənədləri saxtalaşdırma, dələduzluq ittihamları ilə həbsdədir. Etiraf edir ki, özünə aid olmayan əmlakın sənədlərini saxtalaşdırıb və əmlakı banklara qoymaqla kredit alıb.
İş üzrə məhkəmələr Azad Nağıyevin ifadəsini rəsmiləşdirməkdən, Elman Rüstəmovun adı çəkildiyi üçün protokollaşdırmaqdan belə yayınırlar!
Bankların qanunun tələb etdiyi qaydada yoxlama aparmadan, ümumiyyətlə, heç bir yoxlama aparmadan kredit vermələrinə də məhkəmələrdə hüquqi qiymət verilmir.
Məsələnin ən biabırçı tərəfi budur ki, Elman Rüstəmovun göstərişi ilə, Azad Nağıyevin dələduzluğu, sənəd saxtalaşdırmasıyla bankların qanunsuz olaraq verdiyi kredit bu gün Azərbaycan vətəndaşı Nizami Ağazar oğlu Kərimovdan tələb edilir, onun əmlakına yönəltməklə geri tələb edirlər.
Mərkəzi Bank da qanunsuz kredit vermiş bankların himayəçisi, məhkəmələrə təzyiq göstərən dövlət qurumu rolunda çıxış edir!
Nizami Kərimovun başına gələnlər sadəcə bir hüquqi dava deyil, bu, real mülkiyyətin özgənin öhdəliyi müqabilində qəsbidir.
Çox təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan məhkəmələri vətəndaşın mülkiyyət hüququna son dərəcə etinasızlıqla yanaşır, hüququn məhvini şərtləndirən qərarlar verməkdən çəkinmirlər.
Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılan işin mahiyyəti budur ki, vətəndaş Nizami Kərimov 2010-cu ildə “Aqana Servis” MMC-dən 864 kv.m qeyri-yaşayış sahəsini rəsmən satın alıb. Alqı-satqıya dair arayışlar, müqavilələr, ödəniş sübutları hamısı var.
Lakin həmin MMC-nin direktoru Valeh Əliyev sonradan eyni sahəni “yenidən satın alaraq” öz adına keçirib və ipoteka ilə banka yükləyib. Daha sonra bu dələduzluğa görə cinayət işi başlanıb, Valeh Əliyev - Azad Nağıyev təqsirli bilinib. Məhkəmə qərarı ilə sahənin həqiqi sahibinin Nizami Kərimov olduğunu tanıyıb.
Normalda məsələ burada bitməli, Azərbaycan Mərkəzi Bankı cinayət yolu ilə vətəndaşın mülkünün qəsbində maraqlı olanların tərəfindən vətəndaşın yanına keçməli idi. Çünki bu çəkişmənin əsl səbəbkarı Azad Nağıyev özü də yazılı şəkildə Nizami Kərimova məxsus əmlakı saxtakarlıqla mənimsədiyini etiraf edib. Qeyd edib ki, krediti Elman Rüstəmovun tapşırığı ilə alıb və nağd şəkildə Elman Rüstəmova ötürüb.
Kreditin geri qaytarılması gündəmə gələndə isə saxtalaşdırılmış sənədlərə istinad olunur, hansıları ki, Azad Nağıyev saxtalaşdırıb.
Azad Nağıyev açıq şəkildə yazır ki, Nizami Kərimovun obyektini ondan xəbərsiz, sənədlərini saxtalaşdırmaqla kreditin təminatı olaraq banklara təqdim edib. Banklar isə Elman Rüstəmovun tapşırığı olduğundan qanunun tələb etdiyi qaydada heç bir yoxlama aparmadan yoldan keçən Azad Nağıyevə 5 milyon manatı kredit şəklində ötürüblər. Yəni tam qanunsuz kredit veriblər!
Bu gün isə Elman Rüstəmov başda olmaqla Mərkəzi Bank, “Premium Bank” məhkəmələrə ciddi təzyiq göstərməklə, Azad Nağıyevin saxtalaşdırdığı sənədlərdə kredit təminatı kimi göstərilən Nizami Kərimovun əmlakını Elman Rüstəmova ötürülən 5 milyon əvəzi banklara verilməsinə çalışırlar.
Halbuki, banklar ipotekanı götürərkən nə əmlakın real sahibini yoxlayıb, nə obyektə baxış keçirib, faktiki heç bir gəliri olmayan adama 5 milyon manat kredit ayırıblar. Mərkəzi Bank bu məsuliyyətsizliyi cəzalandırmaq əvəzinə hüququ, qanunu gözardı edib Nizami Kərmovun əmlakına göz dikmələrinə “yaşıl işıq” yandırıb.
İş Bakı Apellyasiya Məhkəməsinə çatana qədər məhkəmələr qanunu, ədaləti bir kənara qoyub, Azərbaycan Mərkəzi Bankının xəttini müdafiə ediblər. Mövqeləri də belə olub ki, ipoteka var, bank borcu var, Valeh Əliyevin (Azad Nağıyev sənədləri bu şəxsin adına saxtalaşdırıb – red.) adına obyektə dair sənəd olub, vəssalam, “biz reyestrə inanırıq”.
Amma həmin reyestr cinayət nəticəsində yaranmış hüquqa əsaslandığını tam qanunsuz olaraq nəzərə almır!
Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1-ci maddəsi açıq yazır:
“Əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər”.
Əgər Valeh Əliyev o əmlaka saxta yolla çıxarış alıbsa və bu sübut olunubsa, bu sənəd məhkəmə ilə ləğv olunubsa, onun bankla bağladığı ipoteka necə qanuni ola bilər?
Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi deyir:
“İddia mümkün sayılmır.”
Bu, hüquq deyil, vətəndaşa verilən bürokratik zülmdür. Əgər vətəndaşın əmlakı əsassız, cinayət yolu ilə ipoteka ilə yüklü edilibsə, məhkəmələr ədaləti bərpa edə bilmirsə, əksinə, əmlakın qəsbinə yol açan qərarlar verilirsə, o zaman Azərbaycan dövləti adından verilən mülkiyyət hüququna zəmanətin mənası nədir? Hüquqi dövlətdə vətəndaş mülkiyyətinə sahib çıxa bilmirsə, bu, hansı hüquq sistemidir?
Əgər cinayət sübuta yetirilib, dələduzluq faktı tanınıb, çıxarış ləğv edilibsə, ipotekanın varlığı hüquqi əsasını itirib. Bu həqiqəti dərk etmək üçün məhkəmə lazım deyil!
Yeri gəlmişkən, bir məqama da diqqət edək.
Bakı Apellyasiya Məhkəməsi Nizami Kərimovun əmlakının qiymətləndirilməsi ilə bağlı işdə olan rəylərdə göstərilən qiymətin real olmasına şübhə edib. Buna görə də alternativ qiymətləndirmənin keçirilməsinə qərar verib.
Qiymətləndiricilər əmlakın real bazar dəyərinin banklar tərəfindən qoyulan qiymətdən 2 dəfə baha olmasını müəyyən ediblər, əmlaka real bazar qiyməti qoyulub.
Azərbaycan Mərkəzi Bankı 19 iyul 2024-cü il tarixindən sonra 4 dekabr 2024-cü il tarixdə iş üzrə iddia tələbinə dəqiqləşmə verib. İddia ərizəsinin əvvəlki versiyalarından fərqli olaraq bu dəfə obyektə “tutmanın yönəldilməsi” ifadəsi yoxdur. Mərkəzi Bank sadəcə xahiş edib ki, obyektin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına “Premium Bank”ın iddia tələbi ödənildikdən sonra artıq vəsait qalarsa, həmin vəsaitin “Dekabank”ın Mərkəzi Bank qarşısında olan borcu üzrə sonrakı ipoteka saxlayan kimi Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilsin.
Sual yaranır, niyə?
Qətnamədən də görünür ki, “Premium Bank”dan fərqli olaraq Mərkəzi Bank obyektə tutmanın yönəldilməsi barədə bildiriş qeydə aldırmayıb. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmasını nəzərdə tutur.
Qanunun 36.4-cü maddəsinə görə, belə qeyd olmadan tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Buna görə də qətnamənin obyektin satışından əldə edilmiş vəsait hesabına “Premium Bank”a borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin “Dekabank”ın Mərkəzi Bank qarşısında olan 2 milyon 631 min manat məbləğində borcun ödənilməsinə yönəldilməsi hissəsi tamamilə qanunsuzdur.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2.3-cü maddəsinə görə, ipoteka predmetinə tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə də yönəldilə bilər.
Qanunun 1.0.6-cı maddəsinə əsasən isə ipoteka hüququ ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Tutmanın yönəldilməsi bildirişin qeydə alınmasından sonra mümkündür.
Bu məqam da məhkəmələrin vətəndaşın mülkiyyət hüququna yanaşması kimi qəbul edilməlidir.
Nizami Kərimovun üzləşdiyi qanunsuzluqlar hüquqi dövlət prinsipinə birbaşa ziddir. Məhkəmələr Azərbaycan vətəndaşının mülkiyyət hüququnun qəsbinə mane ola bilmirsə belə, ələ keçirilməməsində də iştirak etməməlidirlər. Əks halda sabah belə qərarları verən hakimlərdən tutmuş hər bir Azerbaycan vətəndaşının əmlakı kağız üzərində alqı-satqı predmeti olacaq.
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
6 iyul 2025 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
6 iyul 2025 16:12
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
6 iyul 2025 01:39
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
5 iyul 2025 13:37
- Ermənistan Rusiyaya NOTA verdi
5 iyul 2025 00:44
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Araz Ağalarov barəsində icraat başladıldı
2 iyul 2025 23:12
- Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
07 iyul 02:07
- Qara kişmişin faydaları
07 iyul 01:46
- Evdə ən çox -işıq pulu- yazan cihazlar
07 iyul 01:34
- Saxalində tülkü turistin smartfonunu alıb qaçdı
07 iyul 01:05
- Yumurta sizi bu xəstəlikdən xilas edəcək
07 iyul 00:55
- Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
07 iyul 00:07
- Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi
06 iyul 22:30
- Dağıstan rəhbərinin azərbaycanlılara MÜRACİƏTİ
06 iyul 21:26
- Sərdar Ayaz Sadiq Azərbaycana GƏLDİ - FOTO
06 iyul 21:04
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
06 iyul 18:50
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
06 iyul 18:14
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
06 iyul 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
06 iyul 16:12
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
06 iyul 14:47
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
06 iyul 12:58
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
06 iyul 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
06 iyul 09:40
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
06 iyul 09:24
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
06 iyul 09:08
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
06 iyul 01:39
- Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək (SƏRƏNCAM)
05 iyul 23:31
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
05 iyul 23:03
- ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni...
05 iyul 22:34
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58