Pezeşkiandan ölkəni silkələyən mövqe
İran Prezidenti hicab məcburiyyətinə qarşı çıxdı - bəs Qurani-Kərim?
İran Prezidenti Məsud Pezeşkian qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb. Bu barədə o, “NBC Nyus” kanalının aparıcısı Tom Lamasa müsahibəsində bildirib. “İnsanların seçim hüququ var. Biz daxili problemlərimizi düzgün idarə etmədik”, - deyə Pezeşkian üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ümummilli etirazlara səbəb olmuş Məhsa Əmini ilə bağlı sualı cavablandırarkən deyib.
Pezeşkian bu hadisə fonunda həmçinin əlavə edib ki, hər bir insan həyatı qiymətlidir: “Ancaq Livanda, Qəzzada, Fələstində, Yəməndə, Suriyada hər gün yüzlərlə insan ölür və heç kim gözünü qırpmır. Niyə? Onlar insan deyil?”
Beləcə, prezident faktiki üç il öncə İranı silkələyən etirazlara haqq qazandırıb. Hansı ki o aksiyalar zamanı onlarla etirazçı qətlə yetirilib.
Bu, həm də dini lider Xamneyinin kursuna qarşı çıxmaq deyilmi? İran qanunlarında hicabla bağlı nə deyilir? Bəs Qurani-Kərim?

Ceyhun Məmmədov
İlahiyyatçı deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əslində bu çıxışda bir çox məsələlər var. Dünyada gedən proseslərdə ikili yanaşma var. Dünyanın bir çox ölkələrində buna reaksiya verilmədiyi halda, bəzi ölkələrdə bu özünü başqa cür göstərir. Bütün ölkələrə eyni münasibət yoxdur. Dünya Suriyada baş verən proseslərə də biganə qalmamışdı. Hər halda, o anda ciddi reaksiyalar var idi. İrandakı məsələyə gəldikdə isə bu çox geniş müzakirələrə səbəb oldu. İran bu məsələdə özünü haqlı sayır. Dünyanın bir çox yerində bu cür hadisələr baş verir. Dövlətlər bunu öz təhlükəsizlikləri ilə əlaqələndirirlər. Necə ki İran bunu edir. Amma dünya bunu birmənalı qəbul etmir. Bu gün İranda hicabla bağlı müzakirələr geniş aparılmaqdadır. Bu məsələ dünyanın diqqətindədir. Hesab edirəm ki, bütün dünyada baş verən proseslərə bərabər bir yanaşmadır. İranda hicabla bağlı məsələ vacibdir. Son vaxtlar buna müəyyən mənada loyal yanaşılsa da, qanunlar bunu tələb edir. Sərtləşdirmə yoxdur. Düzdür, mühafizəkarlar buna sərt münasibət göstərsələr də, İran tərəf fərqli formada yanaşıb”.
Deputat deyib ki, Qurani-Kərimdə konkret olaraq müsəlmanlara hicab taxmaq vacib buyurulub: “Bəzən bunun da ətrafında müxtəlif müzakirələr aparılır. İslama görə hər bir müsəlman qadın mütləq hicab taxmalıdır. Biz əgər dinin özündən danışırıqsa, hicab taxmaq vacibdir, hər kəsin buna əməl etməsi də vacib sayılır. Bunun dəyişməsi kiminsə münasibəti əsasında olmur. Kim buna əməl etmir, öz işidir, amma şəriət hökmündə hicab hər kəsə vacibdir”.
İranda hicab məsələsi uzun illərdir cəmiyyətin və siyasətin mərkəzində yer alan ən mübahisəli mövzulardan biridir. Bu məsələ təkcə dini inancla deyil, həm də insan hüquqları, qadın azadlığı və dövlətin vətəndaş həyatına müdaxilə ilə bağlı geniş müzakirələr doğurur. Son illərdə baş verən hadisələr və İranın yeni prezidenti Məsud Pezeşkianın mövqeyi bu diskussiyalara yeni çalarlar gətirib.
İranda qadınların hicab taxması qanunla məcburidir. 2023-cü ildə qəbul edilən “Hicab və iffət” qanunu hicab qaydalarına əməl etməyənlər üçün sərt cərimələr və məhdudiyyətlər nəzərdə tutur. Bu qanun yalnız baş örtüyü ilə məhdudlaşmır, qadın geyiminin digər hissələrini, eləcə də kişilərin geyim tərzini də əhatə edir. Uyğun sayılmayan geyimə görə cərimələr, ictimai xidmətlərdən məhrumetmə, səyahət qadağaları və onlayn fəaliyyətlərin məhdudlaşdırılması tətbiq edilə bilər. Hətta süni intellekt və kameralar vasitəsilə ictimai nəzarət də bu prosesin bir hissəsinə çevrilib.
Lakin bu qanun geniş etirazlara səbəb olub. 2022-ci ildə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmini ilə bağlı hadisələr İran daxilində böyük narazılıq dalğası yaratmışdı. Onlarla insanın həyatına son qoyan bu etirazlar hələ də ölkə daxilində travmatik yaddaş kimi qalır. İranın yeni prezidenti Məsud Pezeşkian bu hadisələrə münasibət bildirərək onların haqlı etirazlar olduğunu dolayısı ilə qəbul edib. O, NBC kanalına verdiyi müsahibədə insanların seçim haqqının tanınmasının vacibliyini vurğulayıb və ölkənin daxili problemlərinin düzgün idarə olunmadığını etiraf edib.
Qurani-Kərimdə hicabla bağlı ayələr mövcuddur. “Nur” və “Əhzab” surələrində qadınların iffətli geyinməsi, baş örtüyü taxaraq sinələrini örtməsi və tanınaraq təcavüzə məruz qalmamaları tövsiyə olunur. Lakin bu ayələrin şərhi və tətbiqi zamanla, mədəniyyətə və ictimai kontekstə görə müxtəlif cür izah olunub. Ənənəvi fiqh məktəbləri hicabı vacib hesab etsə də, müasir dövrdə bəzi İslam alimləri bu məsələyə fərdi yanaşmalar təklif edirlər. Onlar məcburiyyətin İslamın əsas prinsiplərinə uyğun olmadığını, xüsusilə zorakılıq və sosial təzyiqlə tətbiq olunan hicabın əksinə nəticələr verdiyini bildirirlər.
Son zamanlar dünyada da hicabla bağlı fərqli yanaşmalar ortaya çıxıb. Türkiyədə tanınmış feminist fəallar hicabdan imtina edərək dini simvolların siyasi və ideoloji vasitəyə çevrilməsinə qarşı çıxıblar. Əfqanıstanda isə Taliban qadınlara hicabı məcburi şəkildə tətbiq edir və bu, beynəlxalq təşkilatların tənqidinə səbəb olub. İranın özündə isə nəzarət və təzyiqlərin texnologiya vasitəsilə gücləndirilməsi ictimai narazılığı daha da artırır.
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 2025 01:10
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
3 noyabr 2025 01:01
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi
25 avqust 2025 09:05
- Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ
17 avqust 2025 09:30
- 18 milyon insanı İslama gətirən, dünyanı silkələyən film haqda şok faktlar
10 avqust 2025 10:07
- İran Vaşinqton sülhü ilə bağlı xüsusi açıqlama yaydı - RƏSMİ MÖVQE
9 avqust 2025 12:51
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 2025 12:19
- Ölkəni sarsıdan terrorun 28-ci ili – Ziya Bünyadova qarşı cinayətin tarixçəsi
25 fevral 2025 16:42
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
