Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO

Sabiq səfir Elmira Axundovanın yaxın çevrəsindən olan, dələduzluğa görə 9 il müddətinə azadlıqdan məhrum edilən Elnur İbrahimovun ölkədən çıxışına “STOP” qoyulub.
Musavat.com xəbər verir ki, qərar Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı əsasında, Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyeva tərəfindən verilib. Elnur İbrahimov 2013-cü ildə Elmira Axundovanın evində başlayan dələduzluq sxeminin “vinti” olub. O vaxt sabiq deputat tanışlarına deyib ki, oğlu Həbib Axundov biznes qurur, pullarını yatırmaqla böyük qazanc əldə edəcəklər. İnsanlar deputata inanaraq milyonlarla manatlarını veriblər. Faktiki isə biznes kağız üzərində qurulmuş saxtakarlıqdan başqa bir şey deyilmiş. Həmin dövrdə Elnur İbrahimov Axundovaların evində daimi “sakin” idi. Axundovların toy, ad günü və təmtaraqlı məclislərində yuxarı başa keçirilirmiş. Pul yığımı iflasa uğrayanda, Elmira Axundova “biznes dağıldı” deyib və Elnur İbrahimovu qabağa veriblər. Ardınca isə o, Qəbələdə Elmira Axundova ilə görüşdükdən sonra Gürcüstana, oradan Moskvaya qaçırılıb. Yalnız illər sonra ekstradisiya edilərək Azərbaycanda mühakimə olunub və 9 il cəza alıb. Bakı Ağır Cinayətlər Məhkəməsi həmçinin Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını təmin etmişdi. İndi isə həmin hökm, həmin mülki iddia sanki kağız parçasına çevrilib. 2024-cü ildə isə Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Elnur İbrahimovu vaxtından əvvəl cəza çəkməkdən azad olunması haqda qərar verib. Hakim Elnur İbrahimovun zərərçəkmiş Fərman Məmmədova vurduğu ziyanı ödəməkdən yayınmasını görməzdən gəlib. Ən əsası isə verdiyi qərarı zərərçəkəndən gizlədib! Fərman Məmmədov Elnur İbrahimov barəsində çıxarılmış həmin qərardan 2025-ci ilin sentyabrında xəbər tutub və apellyasiya şikayəti verib.
Söhbət Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin məhkəmə adına rüsvayçılıq gətirən qərarından gedir. Nigar Qədirlinin 06.06.2024-cü il tarixində imzaladığı qərarla Elnur İbrahimov cəzasının bir hissəsini çəkməkdən azad edilib. Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda ondan dələduzluqla ələ keçirdiyi 350 min manatın alınaraq Fərman Məmmədova ödənməsi barədə mülki iddia da təmin olunub. Mülki iddia 6 saylı cəzaçəkmə müəssisəsinin rəisinə də göndərilib. Elnur İbrahimovun dələduzluq dosyesi rəis Fariz Əliyevin əlinin altında ola-ola, o, məhkumun vurduğu ziyanı ödəməsi üçün heç bir addım atmayıb. Bunun əvəzində Elnur İbrahimovun əfv üçün müraciətlərini vaxtı-vaxtında komissiyaya göndərib, İbrahimovun əfv müraciətləri də hər dəfə rədd olunub. Bundan sonra Elnur İbrahimov vaxtından əvvəl azad edilməsi üçün Nizami Məhkəməsinə ərizə yazıb. Bu zaman rəis Fariz Əliyev məhkəməyə “bəy tərifi” misalı mülahizəsini yazıb, göndərib.
Ötən yazıdan sitat:
“Həmin mülahizəsində rəis Fariz Əliyev yazır: “Məhkum Elnur İbrahimov yatağını səliqəli saxlayır (nə gözəl), şəxsi gigiyena qaydalarına riayət edir (əla!), ailəsi ilə uzunmüddətli görüşlərə gedir (bəh-bəh), telefonla da danışır (gurultulu alqışlar). Hakim Nigar Qədirli türmə rəisinin mülahizəsini əlində bayraq edib, Elnur İbrahimovu, 1 qəpik zərər ödəməyən dələduzu cəzadan azad edilməsinə yol açan qərar verib! Hakim qərarı verərkən dələduz Elnur İbrahimovun boynunda olan mülki iddia üzrə 350 min manat zərəri gözardı edib. Üstəlik, hakim Azərbaycan məhkəmələrinə yad bir addım da atıb - prokurorun əsaslı etirazını da saya salmayıb. Bundan başqa, Nigar Qədirli məhkəməni “örtülü bazar”a çevirib, dələduz Elnur İbrahimovun vaxtından əvvəl azadlığa çıxması haqda ərizəsinə baxarkən zərərçəkmiş şəxsləri məhkəməyə çağırmayıb. Ümumiyyətlə, qərarda qanun adına bir əsaslandırma yoxdur, heç bir sorğu-sual aparılmayıb. Yazır ki, guya Elnur İbrahimovun məhkəməyə videokonfrans vasitəsilə qoşulub və qərar verilib. Ən maraqlısı isə odur ki, azad edilmə qərarı düz Elnur İbrahimovun doğum gününə “hədiyyə” kimi verilib. Başqa sözlə, hakim Nigar Qədirli sanki dələduza ad günü sürprizi bəxş edib!”
Zərərçəkmiş Fərman Məmmədov Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli tərəfindən törədilən cinayətə bərabər qanunsuzluğun araşdırılmasını tələb edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 2025 22:05
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
9 oktyabr 2025 22:03
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38