Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
MüsahibəDünən, 10:39

Azərbaycan prezidenti Ayaz Mütəllibov Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyanla görüşü.
Sentyabr.1991-ci il. Stavropol. Jeleznodsk.
AzPost xəbər verir ki, tarixə “Jeleznovodsk danışıqları” kimi düşmüş bu görüş SSRİ-nin son dönəmində Rusiya prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə keçirilib.
Danışıqlar zamanı Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kommunike imzalanıb. Daha sonra Ermənistan bu razılaşmanı pozaraq geniş cəbhə boyu hucuma keçib.
Bu görüş həmçinin Yeltsinin SSRİ prezidenti Qorbaçova qarşı demarşı idi. Nazarbayev prosesə qoşulsa da sonradan uzaqlaşdı.
Ter-Petrosyanın bir neçə il əvvəl üzə çıxmış video çıxışı göstərdi ki, Qarabağın işğalı əvvəlcən planlı şəkildə hazırlanaraq mərhələli formada aparılıb. “Sülh danışıqları” isə sadəcə vaxt udmaq və bu işğalda beynəlxalq qıcıq doğurmamaq cəhdi olub.
…1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nufuz üstünlüyünü göstərmək cəhdi idi.
Özünün bu missiyasının mühümlüyünü nümayiş etdirmək üçün Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etməyə qərar verir.
Boris Yeltsinin və Nazarbayevin Azərbaycana səfəri o qədər də isti qarşılanmır. 1991-ci ilin qızmar payızı Bakıda siyasi hərarəti də yüksəltmişdi. QKÇP-nin suqutundan sonra mövqeləri xeyli zəifləmiş prezident Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəhbərlik etdiyi böyük bir xalq hərəkatı ilə üz-üzə qalmışdı. SSRİ əleyhinə kəskin mövqeyi ilə seçilən AXC-nin reaksiyasını nəzərə alan Ayaz Mütəlibov Yeltsinlə görüşündə maksimum ehtiyatı olmağa çalışır.
Yeltsinin səfəri ərəfəsində isə SİTA çox maraqlı bir xəbər yayır. Məlum olur ki, SSRİ prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı fərmanı hazırlanır. Bakı buna şübhə ilə yanaşır. Yeltsinin səfərindən əvvəl onun milli məsələlər üzrə müşaviri, ermənipərəstliyi ilə tanınan Qalina Stravoytovanın əvvəlcədən DQMV-ə gedərək yerli əhalini görüşə hazırlaması rəsmi Bakıda ciddi etiraz doğurur.

FOTO: Boris Yeltsin və Nursultan Nazarbayev Bakıda.
Sentyabrın 21-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir. Bakıda B.Yeltsin və N. Nazarbayev prezident Ayaz Mütəllibovla görüşür və son proseslər ciddi müzakirə edilir. DQMV-ə birgə getmək qərara alınır. Yeltsin və Nazarbayev daha sonra AXC-nin liderləri ilə görüşərək Dağlıq Qarabağla bağlı müzakirə aparırlar. Hər iki prezident görüşdə sərhədlərin dəyişdirlməməsi prinsipinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarşımayacaqlarını bəyan edirlər.
AXC nümayəndələri bildirirlər ki, Ermənistanla danışıqlara başlamaq olar. Bunun üçün Ermənistan DQMV-i özünə birləşdirmək barədə qərarını ləğv etməli, Ter-Petrosyan Ermənistandan Qarabağa gəlmiş hərbi dəstələri çıxarmalıdır.
Bundan sonra Rusiya və Qazaxstan və Azərbaycan prezidentləri Bakıdan avtomobillərlə çıxaraq Gəncəyə üz tuturlar. 22 sentyabrda, səhər Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov Xankəndinə gəlirlər. Bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunur. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşür. Azərbaycan prezidenti Ayaz Mütəllibov bu görüşdə iştirak etməkdən imtina edir.
Daha sonra Xankəndində partiya-təsərrüfat fəalları ilə görüşən RSFSR prezidenti Yeltsin bəyan edir ki, DQMV-də vəziyyəti gərginləşdirən materialların KİV-də və Mərkəzi Televiziyada işıqlandırılmaması barədə qərar verilib.

FOTO: Yeltsin və Nazarbayev Xankənində.
Əhali ilə görüşdən sonra Yeltsin Yerevana gedir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı danışıqar prosesinə start verilir. 24 sentyabr 1991-ci ildə Şimali Qafqazın Jeleznovdsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilir. Sentyabrın 24-də Jeleznovdskda birgə memorandum imzalanır. Sənədi BorisYeltsin, Nursultan Nazarbayev, Ter-Petrosyan və Ayaz Mütəllibov imzalayır. Danışıqlarda separatçı hərəkatın lideri Robert Koçaryan, Dağlıq Qarabağ Vilayət Sovetinin sədri Leonard Petrosyan və Şuşa şəhər İcraiyyə Komitəsinin sədri Vaiqf Cəfərov müşahidəçi qismində iştirak edirlər.
Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu:
Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq(Söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-in inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);
Atəşi dayandırmaq;
SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;
10 bənddən ibarət olan memurandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi.
Bir aydan sonra – oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bəyan edərək SSRİ-dəki mövcudluğuna son qoydu. Dekabr ayında isə Sovet İttifaqı suqut etdi. Artıq hamı yeni mərhələnin – “postovet era”sının başlandığını anlayırdı. Qarabağ münaqişəsi alovlanaraq iki dövlət arasında qanlı savaşa çevrildi.
1991-ci ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsinin və Qazaxstanlı həmkarı Nursultan Nazarbayevin Dağlıq Qarabağa gəlməsi Moskvanın problemin siyasi həlli üçün bir mesajı idi. SSRİ-nin mövcudluğunun son aylarında həyata keçirilən sülh missiyası prezident Yeltsinin rəhbrlik edəcəyi müstəqil Rusiya üçün sonralar prioritet olsa da, Qazaxstan prezidenti Nursultan Nazarbayev əlini yelləyib birdəfəlik bu münaqişədən uzaq durmağa üstünlük verdi.
Beləliklə, tarixə “Jeleznovdsk görüşü” kimi düşmüş bu görüş Rusiyanın Qarabağ münaqişəsinin təkbaşına həll etməsi üçün ilk və sonuncu cəhdi sayılır…
Oxşar xəbərlər
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
4 sentyabr 2025 12:08
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
3 sentyabr 2025 14:36
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Arzular çin oldu, həm də Çində oldu
3 sentyabr 2025 09:57
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
4 sentyabr 2025 21:16
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
1 sentyabr 2025 17:06
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
1 sentyabr 2025 13:53
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
1 sentyabr 2025 11:18
Xəbər lenti
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
Video & Fotoqalereya
Video
Fotoqalereya