Biz başqalarını düşünsək…

Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: “Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:
- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?
Qoca gənci mənalı-mənalı süzür:
- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...
Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var. Amma tam əminliklə deyə bilərik ki, hansı çıxış nöqtəsi olursa-olsun, hamısının tək ortaq məxrəci insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq.
Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: “Heç kim bu dünyadan bir şey aparmayacaq”. Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq.
Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, “hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq” düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.
Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq.
Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Çünki bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək.
Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər”.
Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
“Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər” müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.
O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.
Murad Məmmədov
- Bu gün məktəblərdə -Son zəng- çalınacaq
14 iyun 2025 09:05
- Qorxu və qisas
20 mart 2025 23:45
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Azərbaycan bu qədər dayazdır?.. - Akademik Nizami Cəfərov barəsində
6 yanvar 2024 13:41
- Dünya QUCAQLAŞMA günü
22 mart 2023 10:21
- Antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir -Professor
10 yanvar 2023 13:19
- Qloballaşma bitdi. Mədəniyyətlərin müharibəsi başladı
9 aprel 2022 10:32
- İslamdan imtina etdi, çayda boğmaq istədilər, DAHİ
19 iyun 2021 22:19
- Onu Moskvanın əlindən Heydər Əliyev də ala bilməyib
1 aprel 2021 23:33
- Qorbaçovdan ABŞ-a məsləhət
20 yanvar 2021 14:12
- Süni intellektin etdiyi ən qorxulu 10 şey
21 iyul 00:36
- Bakıda BOLT sürücüsü maşında cinsi əlaqədə olduğu MƏMURU belə ŞANTAJ ETDİ
21 iyul 00:24
- Birinci mərtəbəni restoran kimi kirayə veririk...
20 iyul 23:36
- Ərdoğan Azərbaycan xalqına və İlham Əliyevə təşəkkür etdi
20 iyul 23:16
- Netanyahu ZƏHƏRLƏNDİ
20 iyul 18:10
- Sabahdan hava dəyişir
20 iyul 18:03
- Dənizdə batan məktəblilərin fotoları
20 iyul 17:55
- Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən QOVMAĞA çağırdı: Hazır olun!
20 iyul 15:10
- Anar Məmmədxanov nədən vəfat etdi ?
20 iyul 13:44
- İLDIRIM çobanı və bütün sürünü MƏHV ETDİ
20 iyul 13:02
- 20 İL KOMA-da qalan ŞAHZADƏ ÖLDÜ
20 iyul 11:43
- 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
20 iyul 11:29
- Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi
20 iyul 11:05
- Bakılı oğlanlar-ın əfsanəvi kapitanı Anar Məmmədxanovun doğum günüdür
20 iyul 10:40
- Uşağın xaricə aparılması ilə bağlı YENİ QƏRAR - Hansı hallarda razılıq tələb olunmur?
20 iyul 02:44
- Gəncədə atası 22 yaşlı qız döyərək öldürüb
20 iyul 02:08
- Suriyada döyüşlər dayandı – RƏSMİ
20 iyul 01:44
- İlham Əliyevdən SON DƏQİQƏ SÜLH AÇIQLAMASI
20 iyul 01:27
- Ailəsi Anar Məmmədxanovla bağlı tədbirdə
20 iyul 00:32
- Prezident: Zəngəzur bir çox ölkələri birləşdirəcək
19 iyul 21:49
- Suriya və İsrail atəşkəsə razılaşdı – ABŞ vasitəçilik etdi
19 iyul 21:32
- Mikayıl Ağalarov açdığı restoranı Azərbaycan dilində reklam etdi: HAMINIZ GƏLİN
19 iyul 21:18
- Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında ..
19 iyul 18:32
- Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq - Prezident
19 iyul 18:13
- Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
19 iyul 16:23
- Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
19 iyul 13:06
- Avropa İttifaqı Azərbaycan şirkətinə sanksiya tətbiq etdi
19 iyul 12:12
- Elman Əhmədovun 27 yaşında nazir müavini vəzifəsinə yüksəlməsi həmkəndliləri kimi bizi çox fərəhləndirdi
19 iyul 11:08
- Bakı ŞİH sürtkü yağları satan şirkətdən İTLƏR ÜÇÜN 426 MİN MANATA YEM ALIR
19 iyul 10:35
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 01:49