Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI

Sabah lazım gələrsə “FSB”-nin sifarişi ilə dana monopolistləri Azərbaycanın qida sektorunda nələr etməzlər..?
Haqqında bəhs edəcəyimiz mövzu çox dərin və aktual olduğu üçün bir az uzaqdan başlamaq istəyirik.
Bir millət olaraq içərimizdə “Məndən ötdü qardaşıma dəydi, Elə bildim saman çuvalına dəydi”, yaxud “Öz işinin xatirinə erməniyə DAYI de” fikirini özünə şüar edənlər də az deyil. Nəinki erməniyə DAYI, hətta “Ey mənim (u)RUS QARDAŞIM, Sənə qurban həyat yoldaşım” deyənlər də olub.
Rəhmətlik böyük şairimiz Məmməd Araz belələrini nəzərdə tutaraq deytirdi:
Məndən ötən, səndən ötən,
Vətən, vətən, sənə dəydi...
Bəli, son günlər Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlıların evinə basqın edərək soydaşlarımızı vəhşicəsinə öldürməsini cəmiyyətimiz hiddətlə qarşıladı, DÖVLƏTİMİZ konkret cavab adımları atdı və s.
Amma çox təəssüf ki, bəzi işbazlarımız, dana alveri ilə məşğul olanlarımız “Erməniyə, rusa dayı de” düşüncəsindən qurtula bilmirlər. Çünki onlar üçün VƏTƏN, MİLLƏT, DÖVLƏT deyil, ancaq və ancaq CİB var, şəxsi BİZNES var.
Nə isə, keçək konkret mövzuya.
Biz bir media qurumu olaraq dəfələrlə monopoliya, o cümlədən dana, iri buynuzlu mal-qara, qoyun biznesi ilə məşğul olanların qanunsuz-cinayət əməlləri barədə araşdırma yazıları dərc edərək, konkret tədbir görmək üçün müvafiq dövlət qurumlarına müraciət etmişik.
Bəli, şərti olaraq dana monopolistləri adlandırdığımız bu dəstə Azərbaycanda qida sektorunu öz təzyiqləri altında saxlayır, qiymətlərin dəfələrlə süni şişirdilməsini diqtə edirlər. Baxmayaraq ki, cənab Prezidentimiz dəfələrlə süni qiymət artıranlara qarşı ciddi tədbir görülməsini müvafiq dövlət qurumlarından tələb edib. Amma təəssüf ki, bəzi qurumlar bu bir dəstə dana monopolistlərinə qarşı konkret tədbir görmür.
Belə olan halda soruşuruq: Bəs harda qaldı qanunlarımızda qeyd olunan SAĞLAM RƏQABƏT ? Bəs nə oldu inhisarçılara qarşı mübarizə ?
Belə olan halda qiymətlər kəllə-çarxa qalxır, ölkədə ciddi narazılıq yaranır. Nə olsun ki, bir dəstə dana alverçisi gündə milyonlar qazanır.
Biz bir media olaraq bir daha müvafiq dövlət qurumlarına, Baş prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə və s müraciət edirik.
Bu dəstənin-dana monoplistlərinin fəaliyyəti Rusiyanın Dağıstan Respublikasından başlayır.
Aydın oldumu..?
Rusiyanın hüquq-mühafizə orqanları, “FSB” və s bu dəstənin əməllərinə göz yummasa bu dana monopolistləri 1 gün də fəaliyyət göstərə bilməz. Deməli, sabah lazım gələrsə “FSB”-nin sifarişi ilə belə dana monopolistləri Azərbaycanın qida sektorunda nələr etməzlər..?
Söhbət təkcə dana-qoyun ətindən getmir ee, milli təhlükəsizlikdən gedir...
Təsəvvür edirsiniz bu “DƏSTƏ”nin icazəsi olmadan kimsə Azərbaycana bir DANA, QOYUN gətirə bilməz.
Bu monoploist şəbəkə hər ay 200-dən artıq yük maşını ilə ölkəyə mal-qara gətirir. Həmin şəbəkənin göstərişi ilə məhsul ancaq RETRO MMC, FATEH M MMC, Aqrobest MMC şirkətlərinə göndərilə bilər.
Bu şəbəkənin əməllərinə göz yuman, himayədarlıq edən Rusiya tərəfinə hər maşına görə, 750.000 rubl( yəni 10.000 dollar ), Azərbaycan tərəfdə isə 5.000 manat rüşvət verilir. Əks halda heyvan gətirən şəxsin heyvanı 30 günə yaxın həm Dağıstanda, həm də Azərbaycanda karantində qalır. 750.000 rub ödəyəndə Rosselxoznadzor, 5000 manat ödəyəndə AQTA göz yumur.
İndi isə sadə bir hesablama aparaq:
Rusiyada bir maşın mal-qaraya 10.000 dollar, Azərbaycanda 5000 manat.
Bir ayda 200 maşın məhsul gələndə:
Rusiyada dəstənin kassasına 2 MİLYON DOLLAR, Azərbaycanda isə 1 MİLYON MANAT daxil olur.
Yəni hər ay milyonlarla pul bu dəstənin əlində dövr edir. Görəsən Azərbaycanda dövlət qurumları bunu görmür ?
Ən təhlükəli məsələ isə yuxarıda ötəri toxunduğumuz “FSB” məsələsidir.
Belə ki, “FSB”, yəni FTX son günlər Rusiyada yaşayan soydaşlarımıza qarşı vəhşicəsinə hərəkət edərək onları döyüb öldürürlər.
Yuxarıda qeyd etdiyimiz milyonlar olan haqq-hesabdan məlumdur ki, bu boyda qanunsuz biznes FTX-nın çətiri altında olmasa fəaliyyət göstərə bilməz.
Dünən SPUTNİK kanalının FTX əməkdaşları düzgün olaraq həbs olundu. Bəs FTX -nın çətiri altında olan dana monoplistləri ?
Sonda onu xüsusi olaraq qeyd edək ki, Azərbaycanda qida sektorunu ovcunda saxlayan dana monopolistlərinin sabah FTX-nin “çubuğu” ilə nə edəcəkləri barədə dövlət qurumlarımız ciddi düşünməlidir.
Araşdırmamız davam edir. Bizi izləyin!
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Araz Ağalarov barəsində icraat başladıldı
2 iyul 2025 23:12
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
2 iyul 2025 19:15
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
2 iyul 2025 10:46
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Zelenski İlham Əliyevə başsağlığı verdi
1 iyul 2025 20:18
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
1 iyul 2025 11:05
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12