Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar Institutunun rəhbəri Əli Məsimli “Ramiz Mehdiyev işi” ilə bağlı açıqlama yayıb və onu ittiham edən ADP sədri Sərdar Cəlaloğluna cavab verib.
Musavat.com-un məlumatına görə, deputatın rəhbərlik etdiyi İqtisadi və Sosial İnnovasiyalar Institutunun yaydığı məlumatda bildirib ki, bu ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər maddəsi ilə ittihamın irəli sürülməsi ölkədə böyük əks-səda yaradıb: “”Ramiz Mehdiyevin işi” ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində 2 ay 15 günlük həbs qətimkan tədbirinin seçilməsi bu məsələ ətrafında müzakirələri daha da gücləndirib. Proses hələ başa çatmayıb və onun gedişində təbii surətdə istintaqa cəlb olunanlar, ifadəsi alınanlar və s. var. Eyni zamanda mövzu ətrafında gedən müzakirələrdə müxtəlif səpgilərdə xeyli adamın adları da hallandırılır. “Ramiz Mehdiyevin işi” ilə bağlı irəli sürülən ittihamlar sıradan bir ittiham olmadığından, bunu təbii hal hesab edilə biləcək tərəfi ilə yanaşı, yayındırıcı xarakterli tərəfləri də var.
Bu kontekstdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Media Türk TV-yə müsahibəsində Əli Kərimlinin müavinləri olmuş Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli və digərlərinin Əli Kərimlinin hakimiyyətin müxtəlif qolları ilə əlaqə yaratmasında vasitəçi olması barədə fikirləri ilə əlaqədar bildirirəm ki, mən heç vaxt Əli Kərimlinin müavini olmamışam. Əksinə, Azərbaycan Xalq Cəbhəsi bütöv olan vaxtlarda digər müavinlərlə yanaşı, Əli Kərimli də, mən də AXCP sədri Əbülfəz Elçibəyin müavinləri olmuşuq. 2000-ci ildə Əbülfəz Elçibəy vəfat etdikdən sonra Xalq Cəbhəsi iki qola ayrılanda isə mən Əli Kərimlinin sədr olduğu partiyada sədr müavini yox, Mirmahmud Mirəlioğlunun sədr olduğu Klassik Xalq Cəbhəsi Partiyasında Ali Məclisin sədri olmuşam. 2000-ci ildə Xalq Cəbhəsi iki qola ayrılandan sonra keçən bu 25 il ərzində müxtəlif təşkilatların düzənlədiyi tədbirlərdə iştirak edən zaman Əli Kərimli ilə üz-üzə gəldiyimiz anlarda bir-iki dəfə ayaqüstü salamlaşmağımız istisna olmaqla, təmasımız olmayıb”.
Açıqlamada daha sonra deyilir: “Ona görə də belə fikirlərin ortaya atılması bilərəkdən və ya bilməyərəkdən cəmiyyəti “Ramiz Mehdiyevin işi” ilə bağlı əsas məsələlərdən yayındırıb başqa məcralara yönəltmək məqsədi daşıyır”.
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
