Veysəloğlu MMC -Gələcəyin Liderlik Ekosisteminin Qurulması- üzrə strateji yanaşmasını təqdim etdi (FOTO)
Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib.
Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır.
Layihə çərçivəsində keçirilən növbəti tədbir Veysəloğlu Şirkətlər Qrupunun Mərkəz ofisində baş tutub. Veysəloğlu Distribusiyanın təşkilatçılığı ilə keçirilən görüşdə "Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusu ətrafında müzakirələr aparılıb. Tədbirin əsas məqsədi liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanı təqdim etmək, gələcək liderlərin formalaşdırılmasına dəstək olmaq və davamlı liderlik ekosisteminin qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdırmaq olub.
Tədbirdə Veysəloğlu MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, "Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurdakı rolu barədə ətraflı məlumat verib.
Daha sonra keçirilən panel müzakirəsində İdarə Heyəti üzvləri iştirak edib, gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı sualları cavablandırıb, öz təcrübə və baxışlarını bölüşüblər. Panel zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilib.
Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak edib. Görüş interaktiv müzakirələr və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.


v

v

Oxşar xəbərlər
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 2026 16:11
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 2026 16:53
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 2026 17:58
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 2026 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
Xəbər lenti
- Mikayıl İsmayılovun icarəyə vediyi Ağsu Tədris Mərkəzində nələr baş verir ...
24 yanvar 16:31
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 16:15
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 16:11
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 14:17
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
Video & Fotoqalereya
Video
Fotoqalereya
