Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
Rusiya Prezidenti Vladimir Putin “erməni soyqırımı”nın 111-ci ildönümünə həsr olunmuş anım tədbirlərinin iştirakçılarına müraciət ünvanlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, sözügedən müraciət Kremlin saytında dərc olunub. Rusiya lideri müraciətində qondarma erməni nağıllarını “soyqırımı” adlandıraraq bütün Türk dünyasını qıcıqlandıracaq ifadələrdən istifadə edib:
“Bu gün hamı “erməni xalqının soyqırımının yüz minlərlə qurbanının xatirəsi” qarşısında baş əyir. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunur. O dövrün təqib və repressiyaları ermənilərin bir çox nəsilləri üçün sağalmayan yara olub. İnsanlar öz ənənələrinə sadiqliyini nümayiş etdiriblər. Əminəm ki, bundan sonra da Ermənistanın oğul və qızları minilliklərə söykənən mədəniyyəti, milli kimliyi, azadlığı, dili və mənəvi dəyərləri qoruyacaqlar”. Putin qeyd edib ki, bu “soyqırımı” sivil dünyanı sarsıdıb: “Müdafiəsiz və günahsız insanların amansızcasına öldürülməsi, yaralanması, doğma kənd və şəhərlərindən qovulması sivil dünyanı sarsıdıb. Bu faciənin nəticələri millətçilik, dini düşmənçiliyin qızışdırılması və ksenofobiyanın nəyə gətirib çıxardığını aydın şəkildə göstərib”. Rusiya lideri bu “faciə” ilə bağlı ölkəsinin hər zaman eyni mövqedə olduğunu diqqətə çatdırıb: “Bu məsələdə Rusiyanın mövqeyi hər zaman dəyişməz olub. Belə ki, 1915-ci ilin mayında bu mövzu Rusiya, Fransa və Böyük Britaniyanın birgə bəyanatında öz əksini tapıb və erməni xalqına qarşı zorakılıq sivilizasiyaya və insanlığa qarşı cinayət kimi pislənib. Daha sonra isə yeni tarixi mərhələdə 14 aprel 1995-ci il tarixli Rusiya Dövlət Dumasının bəyanatında bu mövqe bir daha təsdiqlənib”. Müraciətində erməni xalqını dost adlandıran Putin beynəlxalq ictimaiyyəti qondarma “soyqırımı”na qarşı birləşməyə çağırıb: “İnsanların milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsi və deportasiya olunması siyasətinə heç bir bəraət yoxdur və ola da bilməz. Beynəlxalq ictimaiyyət belə barbarlığın heç bir yerdə və heç vaxt təkrarlanmaması üçün bütün səylərini birləşdirməlidir”. Vəsilə İBRAHİM
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Prezident : Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən namərd orada-burada sülənir
11 may 2026 00:27
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- İlham Əliyev Nikol Paşinyanı təbrik etdi
4 may 2026 14:42
- Ukrayna dronları Moskvada 9 may paradına uça bilər - Zelenski
4 may 2026 13:54
- Naziri öldürən erməniyə niyə bəraət verilmişdi?- Gecə ilə Amerikaya qaçırıldı
3 may 2026 15:04
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
1 may 2026 23:43
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
3 may 2026 13:27
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
