Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan

Goranboy rayonu, Dəliməmmədli kəndində üç qohum sözün əsl mənasında həkimin başına oyun açıb. Onlar qurduqları hiyləgər planla həkimin 20 min manata yaxın pulunu ələ keçiriblər.
NUH.az Musavat.com-a istinadən xəbər verir ki, kənd sakinləri Eldəniz, İmdad və Ələddin bu cinayəti törədən şəxslərdir. Onların əməlindən ziyan çəkən isə Goranboy rayonu, Dəliməmmədli kəndində Ailə Sağlamlıq Mərkəzində işləyən Natiq adlı həkim olub..
Əvvəlcə qeyd edək ki, adıçəkilən üç nəfərin hər biri daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıblar.
Bu planı quran Eldəniz olub. Eldəniz qohumları olan İmdad və Ələddinə deyib ki, Natiq həkimin yanına gedib xəstələndiyini deyərək müalicə yazmasını istəyəcək. Eldəniz həmin vaxt bacısıgildə olub və həqiqətən də soyuqdəyməsi var imiş. Natiq həkimin yanına gedərək müayinə olunub, həkim ona bir neçə dərman məsləhət görüb. Bundan sonra Natiq həkimin "qara günləri" başlayıb...
Natiq həkim başına gələnləri belə danışıb:
"Eldənizi müayinə etdim. Ev şəraitində müalicə almağı məsləhət gördüm. Təxminən bir saat sonra xəstənin bacanağı Kamal adlı (Ələddin özünü Kamal kimi təqdim edib - red.) şəxs zəng etdi. Dedi ki, dərman qəbulundan sonra xəstə şoka düşüb. Xəstəxanaya apardıqlarını bildirdi. Narahat olub vaxtaşırı mənə məlumat verməsini istədim. Yalandan xəstənin qazi olduğunu da dedi. Bildirdi ki, xəstənin həyat yoldaşı onun Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmasını tələb edir. Mən də dedim ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmamalıdır. Kamal dedi ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb".
Bura qədər Natiq həkimdən xəstəxana, dərman və təcili yardım maşınına ödəniş adı ilə 1050 manat alıblar.
İş bununla bitməyib. Natiq həkim deyir:
"Bir neçə gün sonra Kamal yenə zəng edib dedi ki, Eldənizin səhhəti birdən-birə pisləşib və ölüb. Eldənizin ailəsinin imkansız olduğunu, cənazənin ailəyə çatdırılması üçün kömək istədi. 200 manat verdim. Sonra bir qadın zəng edib Eldənizin arvadı olduğunu dedi. Qayınanası ilə yola getmədiyini, iki uşaqla küçədə qaldığını dedi. Yas mərasimi üçün 500 manat istədi, yenə verdim.
1 həftədən sonra bir şəxs zəng edib özünü polis kimi təqdim etdi. Məndən şikayət olduğunu, polisə gəlməli olduğumu dedi. Mən də gəlməyəcəyimi dedim. Gəlməsəm, qolubağlı gətizdirəcəyini dedi. Ona qədər də Eldənizin ailəsindən özünü onun anası, arvadı, qaynı kimi təqdim edən şəxslər yas xərcləri üçün pul istəyirdilər. Özünü polis kimi təqdim edən şəxs dedi ki, şikayətçiləri razı salmalıyam. Yas xərcləri və məzar daşı üçün 6 min pul verdim. Özünü polis kimi təqdim edən şəxs zəng edib dedi ki, şikayətçiləri razı salıb. Bunun üçün o da məndən 2 min tələb etdi. Onu da verdim".
Bütün yalanlara inanan Natiq həkim yenə də canını qurtara bilməyib. Bu işin üstü açılmasın deyə heç kimə bir söz də deməyib.
Bu dəfə də başqa bəhanə ilə Natiq həkimdən pul alıblar:
"Özünü ölənin qaynı Sərxan (bu dəfə İmdad zəng edib - red.) kimi təqdim edən şəxs zəng etdi. Ölənin ailəsinə baxdığını, xərclərinin çıxdığını dedi. Uşaqları Rusiyaya aparacağı üçün bilet pulu istədi. 840 manat verdim. Başqa-başqa yalanlara da inanıb pul vermişəm".
İstintaq zamanı məlum olub ki, Natiq həkim üç kəndlisinin toruna düşərək onlara ümumilikdə 20 min manata yaxın pul verib.
İşin üstü isə Natiq həkimin tanışlarından birinə vəziyyəti danışması ilə açılıb. Məlum olub ki, Eldəniz adlı şəxs ölməyib.
Təqsirləndirilən şəxsləri bağışlamadığını deyən Natiq həkim pulunu tələb etdiyini və onlara ağır cəza verilməsini istəyib.
Həbs edilən üç şəxs özünü təqsirli bilib və Natiq həkimin danışdığı kimi baş verənləri izah ediblər.
Məhkəmə hər üç şəxsi təqsirli bilib. Eldəniz 2 il 6 ay, İmdad 2 il 9 ay, Ələddin isə 3 il azadlıqdan məhrum ediliblər.
Oxşar xəbərlər
- Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə
8 iyun 2025 23:35
- Azərbaycan millisi yarımfinala yüksəldi
8 iyun 2025 22:15
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
8 iyun 2025 18:49
- Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu
8 iyun 2025 18:20
- 15 yaşlı YENİYETMƏ Prezidentliyə namizədi başından GÜLLƏ İLƏ VURDU
8 iyun 2025 14:32
- Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hücum əmrini yerinə yetirməyib?
8 iyun 2025 11:57
- Ofeliya Sənani: Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi - VİDEO
8 iyun 2025 10:08
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb — Narazılıq pik həddə
6 iyun 2025 22:35
- Telefonun enerjisini 100% doldurmaq zərərlidir – Necə olmalıdır?
6 iyun 2025 22:16
Xəbər lenti
- Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə
08 iyun 23:35
- Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?
08 iyun 23:26
- Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi
08 iyun 23:11
- Paşinyan Laçınla qonşu şəhərə gəldi...-FOTO
08 iyun 22:56
- Millimizin oyununda biabırçılıq - Əlbəyaxa dava düşdü VİDEO
08 iyun 22:34
- Azərbaycan millisi yarımfinala yüksəldi
08 iyun 22:15
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
08 iyun 21:28
- Şəmkirdə 15 yaşlı yeniyetmə yandı
08 iyun 21:24
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
08 iyun 20:35
- Leyla Şıxlinskaya illər sonra (VİDEO)
08 iyun 20:18
- Azərbaycan Suriyada 320 ailəyə QURBAN PAYI göndərib
08 iyun 19:35
- Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
08 iyun 19:09
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
08 iyun 18:49
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
08 iyun 18:33
- Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu
08 iyun 18:20
- Allahşükür Paşazadənin yaxın qohumu, biznesmen Tamilla İbrahimova vəfat etdi
08 iyun 17:37
- 60 yaşında bədəni onillərlə gəncləşdirən 5 hərəkət
08 iyun 16:33
- Toy yasa DÖNDÜ: ölən və yaralananlar var
08 iyun 16:19
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
08 iyun 16:04
- Mələkxanım Eyubovanın istəyi
08 iyun 15:51
- Məscidə qumbara atıb, sonra ATƏŞ AÇDI – Ölənlər və yaralananlar var
08 iyun 15:43
- İSTİQLAL ordenli..)) Abbas Abbasovun nəvəsi İstanbulda toy etdi-VİDEO
08 iyun 15:19
- Azərbaycanın 100 MİLYON dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO
08 iyun 14:48
- 15 yaşlı YENİYETMƏ Prezidentliyə namizədi başından GÜLLƏ İLƏ VURDU
08 iyun 14:32
- Vanqanın 2025-ci il üçün ŞOK PROQNOZU – İLK DƏFƏ...
08 iyun 14:20
- Lukaşenko ÇİN LİDERİ Si Cinpinə Minskdə HEYKƏL ucaltmağı təklif etdi
08 iyun 13:40
- Qırğızıstanın sabiq prezidentinə QANUNSUZ TORPAQ əldə etməyə görə 11 il HƏBS..)))
08 iyun 13:05
- DSX-nin hərbi qulluqçusu vəfat edib
08 iyun 12:52
- Səkkiz dəqiqə ölü qalan qadın nələr görüb? - FOTO
08 iyun 12:20
- Bakıda 28 yaşlı qadın 61 yaşlı sevgilisini qətlə yetirdi
08 iyun 12:09
Video & Fotoqalereya
Video
Fotoqalereya