Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyinin bariz nümunəsi...

Dünya düzəninin getdikcə genişlənən təlatümləri,qeyri-müəyyənlikləri, çağırışları,dağıdıcı müharibənin düz sərhədlərimizə qədər gəlib çıxması şəraitində bizə dost olan ölkələrlə münüsibətlərimizin dərinləşdirilməsi həm ölkələrarası,həm də regional kontekstdə xüsusis aktuallıq kəsb edir. Bu baxımdan qardaş Türliyə və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək,genişləndirmək və dərinləşdirmək öbyektiv zərurətə çevrilib.Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində iştirakı Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyinə xidmət edən səfərlərdəndir.
2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər edildi. Azərbaycan axtarış-xilasetmə işlərində və digər istiqamətlərdə fəal iştirak etməklə yanaşı,ölkəmiz tərəfindən Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına başlanıldı.Rəsmi açıqlamalara görə,ərazisi 27,6 hektar olan məhəllədə yaşayış binaları,məktəb,uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub, ticarət obyekti də yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimindəki çıxışında bildirib ki,2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində yaşanılan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün "Azərbaycan" məhəlləsinin açılışında iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Azərbaycan Prezidenti əlavə edib ki, Qarabağ məsələsində də biz savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Zəlzələ zamanı böyük dağıntılara və itgilərə məruz qalmış Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin yaradılması da çox mühüm hadisədir.Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.Dörd il bundan öncə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə-rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq,strateji müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında 2023-cü il fevralın 6-da baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkür edib və bildirib ki, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. "Azərbaycan" məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır.Bu gün burada "Azərbaycan" məhəlləsinin açılış mərasimində "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik.
Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin möhtəşəm açılış mərasimi Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyin bariz nümunəsi kimi iki qardaş ölkənin şanlı birlik salnaməsinə yeni və həm də çox parlaq bir səhifə də əlavə etdi.Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyinin genişlənməsi və dərinləşməsi həm iki ölkə arasında münasibətlərin davamlı və dayanıqlı inkişafına xidmət etməklə gücümüzə güc qatır,həm də türk dünyasında əlaqələrin möhkəmlənməsinə, eləcə də regional əməkdaşlığa və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Əli Məsimli
Milli Məclisin deputatı
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
4 iyul 2025 13:56
- Pezeşkian Xankəndiyə GƏLDİ
4 iyul 2025 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
4 iyul 2025 10:00
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
3 iyul 2025 11:23
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
3 iyul 2025 10:31
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
3 iyul 2025 13:05
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16