Andropovun nəzarəti altında keçirilən əməliyyat – SSRİ-nin “cibi”nə girənlər
1979-cu ildə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginə Smolenskdəki “Kristal” almaz zavodunda uzun illər davam edən oğurluq haqqında məlumat verəndə baş nazir təəccübünü gizlədə bilməyib:
- Bu mümkün olmamalı idi. “Kristal” SSRİ-nin “cibi” deməkdir. Bu zavoddan oğurluq etmək SSRİ-nin “cibi”nə girmək deməkdir.
Aleksey Kosıgin istintaqın işinə müdaxilə etmək səlahiyyətində olmasa da o, bu işi şəxsən öz nəzarətinə götürüb.
Qeyd edək ki, Smolensk şəhərində olan “Kristal” zavodu 1964-cü ildən fəaliyyətə başlayıb. Zavoda xammal Yakutiyanın almaz yataqlarından daxil olub. Zavodda cilalanma, təraşlanma, kəsmə və emal prosesindən sonra hazır brilyant məhsullar həm SSRİ-də, həm də xarici ölkələrdə satışa çıxarılıb. Mövcud dövr üçün zavodun gəlirlərindən SSRİ-nin büdcəsinə kifayət qədər böyük vəsaitlər daxil olub.
“Kristal” zavodunda oğurluq hallarının qarşısının alınması üçün mümkün olan tədbirlər görülsə də “peşəkarlar” üçün variant tapılıb.
Cəmisi səkkiz illik təhsili olan İvan Kazakov ali təhsilli mühəndislərin, texnoloqların, zavod rəhbərliyinin gözü qarşısında zavodda cinayətkar bir şəbəkə yaratmağa nail olub.
Kazakov əvvəlcə cilalama sexində usta köməkçisi işləyib. Bir müddətdən sonra o, fəaliyyətini cilalayıcı kimi davam etdirməyə başlayıb. Hər gün gözqamaşdırıcı brilyantlara baxıb xəyallar quran Kazakov milyonların içində 150 rubl əmək haqqı ilə yaşamağın “əziyyətini” çəkib və asanlıqla varlanmağın yollarını axtarıb.
Kazakovun diqqətini ilk çəkən almazın kəsilməsi və cilalanması zamanı sonuncu mərhələdəki tullantı tozlar olub. Bu tullantılar zavodda qeydə alınmayıb. O, təxminən bir ay ərzində çox böyük səbrlə həmin tullantı tozları yığıb və emal edib. Nəticədə kiçik bir brilyant daş əmələ gəlib.
Kazakov üçün növbəti mərhələ bu daşı zavoddan çıxarmaq məsələsi olub. Daxili rejim qaydalarına görə işçilər səhər işə gələndə xüsusi otaqlarda tam soyunublar və çılpaq vəziyyətdə kiçik dəhlizdən digər otağa keçib işçi paltarlarını geyiniblər. Bu proses həmçinin axşam işdən sonra da təkrar olunub. Deməli, brilyantı çıxarmaq üçün son variant məhsulu bədənə daxil etmək olub. Kazakov kiçik ölçülü daşı ayağının baş barmağının dırnağının altına yerləşdirib. Keçid-buraxılış məntəqəsində heç bir təhlükə yaranmayıb. Kazakov ilk qənimətini zavoddan çıxara bilib.
Elə həmin həftənin şənbə günü Kazakov Mİnskdə qara bazarda xarici geyimlər satan köhnə tanışının yanına yollanıb, brilyantı almağı ona təklif edib. Tanışlar razılığa gəliblər. Düzdür, Kazakov daşı istədiyi qiymətə sata bilməyib, çünki tullantılardan emal olunan brilyant keyfiyyətcə aşağı olub. Amma hər halda bir günün içərisində 2-3 aylıq maaşı həcmində pul qazanmaq ona sərf edib.
İlk “gəlir”indən razı qalan Kazakov “biznes”ini genişləndirmək üçün yeni yollar axtarıb. O, zavodun almaz kəsmə və emal sexlərində işləyən özünə münasib saydığı işçilərə tullantıların yığılmasını xahiş edib və bunun müqabilində onlara hər ay 50 rubl pul verəcəyini vəd edib. 50 rubl həmin işçilərin maaşının üçdə bir hissəsi sayılıb və sözsüz ki, bu məbləğ onlar üçün göydəndüşmə olub. Beləliklə, Kazakovun gəliri aybaay artıb.
Amma Kazakov bununla da kifayətlənməyib. Onu düşündürən daşların keyfiyyət məsələsi olub. O, bu məqsədlə zavodda xammalı qəbul edənlərlə, texniki nəzarət şöbəsi ilə danışıqlara başlayıb. Sövdələşmələr baş tutub, maxinasiyaların miqyası genişlənib, gizli emal olunan aşağı keyfiyyətli məhsullar zavodun rəsmi keyfiyyətli məhsulları ilə əvəzlənib və bu rəsmi sənədlərdə öz əksini tapıb.
Zavodda 40-dan artıq işçi Kazakova işləyib. Zavodun ən nümunəvi işçilərindən biri sayılan Borisenkov və onun Smolensk Daxili İşlər İdarəsində xidmət edən atası Kazakovun ən yaxın köməkçiləri olub.
Hazır məhsulların zavoddan çıxarılması üçün də yeni yollar tapılıb. Dəstə elə zavodun mexanika sexində dərman həbləri düzəldən kiçik dəzgah “kəşf” ediblər. Yuyucu tozdan hazırlanan dərman həblərinin içərisinə kiçik daşlar yerləşdirilib. Məhsulun zavoddan çıxarılmasında daha “rahat” bir yol isə daşları intim yerlərə yerləşdirmək olub.
Cinayətkar dəstənin fəaliyyəti, daha doğrusu, bu fəaliyyət nəticəsindəki davranışları, həyat tərzləri yerli hüquq-mühafizə orqanlarında şübhə yaradıb.
Məsələn, ən fəal üzvlərindən biri olan Kurtenkov 150 rubl maaş aldığı halda hər ay şəxsi avtomobili olan birinə 300 rubl verərək onun maşınından xidməti avtomobil kimi istifadə edib. Dəstə üzvləri demək olar ki, hər gün axşam şəhərin ən tanınmış restoranlarında kef məclisləri qurublar. Bu şübhələrə əsasən zavodda bir neçə dəfə planda nəzərdə tutulmayan yoxlamalar aparılıb. Ancaq heç bir qanun pozuntusu aşkar edilməyib, zavoda daxil olan xammalla emal olunan məhsulların hesabatında bütün rəqəmlər uyğun gəlib.
Kazakovun cinayətkar dəstəsi təkcə zavodda fəaliyyət göstərməyib. Əldə olunan məhsulları realizə etmək üçün Kazakov geniş bir şəbəkə yaradıb. Bu şəbəkəyə isə onun böyük qardaşı Nikolay Kazakov başçılıq edib. Böyük qardaşın əsas missiyası daşlara müştəri tapmaq olub. Onun əsas müştəriləri isə Ermənistan, Belarusiya, Ukrayna və Soçidə fəaliyyət göstərən brilyant alverçiləri olub. Nikolay Kazakovla müştəriləri arasında məxfi və çox dəqiq münasibətlər hökm sürüb. Amma bu çox da uzun sürməyib.
1980-ci ildə SSRİ-də keçiriləcək Olimpiya oyunlarına hazırlıq məqsədilə hələ bir il əvvəldən, 1979-cu ildən daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları böyük tədbirlər həyata keçirməyə başlayıblar. Tədbirlər planında qanunsuz ticarətlə məşğul olanlara, qara bazarlarda alver edənlərə qarşı da xüsusi bəndlər olub. Bu tədbirlərin birində Belarusiyanın Qomel şəhərində zinət əşyaları ilə qanunsuz alver edən Şimko soyadlı bir şəxs yaxalanıb. Cinayət məsuliyyətinə cəlb olunan Şimko istintaqla əməkdaşlığa razılıq verib və zəncirvarı brilyant əməliyyatının həlqələri bir-bir açılıb.
DTK sədri Yuri Andropovun rəhbərliyi ilə əməliyyat hazırlanıb. Əməliyyata şərti olaraq “Almaz toru” adı verilib. Bir il davam edən əməliyyat nəticəsində dəstənin bütün üzvləri həbs edilib. İstintaqın sonunda məlum olub ki, “Kristal”dan 13 milyon rubl həcmində oğurluq edilib. Bu həmin dövr üçün olduqca böyük məbləğ sayılıb.
1981-ci ildə Smolensk vilayət Məhkəməsinin hökmü ilə Kazakov qardaşları, Borisenkov və Kurtenkov ən ağır cəzaya, ölüm hökmünə məhkum ediliblər. Daha 40 nəfər isə 3-12 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Cəmiloğlu, Musavat.com
- Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi
14 iyun 2024 13:08
- Xudayar bəy kimin babasıdır ...?
14 iyun 2024 11:42
- Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
13 iyun 2024 19:27
- Sumqayıtın icra başçısından sensasion şikayət - 3 milyonluq borc...
13 iyun 2024 11:09
- Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar
13 iyun 2024 10:51
- Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
12 iyun 2024 13:52
- Bakıda məşhur klinikada BİABIRÇILIQ: Əməliyyat etdiyi qızla sevgili oldu, onunla evlənmədiyi üçün başına oyun açdı
11 iyun 2024 14:48
- 32 yaşında Danimarkada zavod müdiri olan azərbaycanlı
11 iyun 2024 11:55
- Sumqayıtın icra başçısından dəhşətli şikayət - 3 milyonluq borc...
10 iyun 2024 22:57
- İş adamları -Sumqayıtın icra başçısının bizə 3 milyon manata yaxın borcu var” – ŞİKAYƏT
6 iyun 2024 12:25
- Su içməmək kökəldir - Diqqətli olun!
16 iyun 15:48
- Sumqayıtda qrad mərmisi aşkarlandı - Fotolar+Video
16 iyun 12:44
- Bu gün Qurban bayramıdır
16 iyun 11:31
- Vəsf zamanı deyil, Mikayıl İsmayılov…
15 iyun 17:07
- Azərbaycanda nə qədər ət, süd və yumurta istehsal edilib?
15 iyun 16:04
- Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - Foto
15 iyun 11:32
- Nazir Kardiologiya Cəmiyyətinin sədrinə yüksək vəzifə verdi
14 iyun 19:03
- Prezident xalqı təbrik etdi
14 iyun 18:46
- Zəngilanda 2 tona yaxın çətənə bitkisi məhv edilib
14 iyun 13:36
- Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi
14 iyun 13:08
- Xudayar bəy kimin babasıdır ...?
14 iyun 11:42
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
14 iyun 11:10
- Tumu meyvəsindən də faydalı imiş
14 iyun 10:05
- Sabahdan bayram tətili başlayır
14 iyun 09:56
- Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
13 iyun 19:27
- Nazir generalın həbsdən azad olunan bacı oğluna vəzifə verdi (FOTO)
13 iyun 19:05
- Aqil Abbas - Əmim qızını sevirəmsə, molla kəbini ilə evlənəcəm
13 iyun 18:55
- Vəkil Adəm Məmmədov Fidan Abbasovanı məhkəməyə verdi - 50 min təzminat...
13 iyun 17:36
- Oğlanın boğazına ip bağlayıb gəzdirdilər - 3 nəfər tutuldu
13 iyun 11:14
- Sumqayıtın icra başçısından sensasion şikayət - 3 milyonluq borc...
13 iyun 11:09
- Porsche-dən oğurlanmış 94 minlik Rolex saatı Etibar Pirverdiyevindir?
13 iyun 10:56
- Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar
13 iyun 10:51
- Misir Mərdanov imtahandan kəsilən müəllimlər barədə - Bu, onları cəmiyyətin gözündən salmaqdır
12 iyun 22:11
- Azərbaycan bu ölkələrlə ticarət əlaqələrindədir - Siyahı
12 iyun 17:49
- Adil Əliyevin qardaşı vəfat etdi - Foto
12 iyun 17:38
- Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
12 iyun 13:35
- Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?
12 iyun 12:16
- Tənzilə xanım namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm
12 iyun 10:23
- Rusiya sülhməramlıları Xocalını tərk edir
11 iyun 23:04
- Bakıda məşhur klinikada BİABIRÇILIQ: Əməliyyat etdiyi qızla sevgili oldu, onunla evlənmədiyi üçün başına oyun açdı
11 iyun 14:48