Zülmətin udduğu ZİYА : 28 illik qətlin anım günü

Bu gün Azərbaycanın məşhur şərqşünas alimi, tarixçi, akademik, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi Ziya Bünayodovun qətlə yetirilməsindən 28 il ötür.
Ziya Bünyadova ölümündən 3 gün qabaq xəbər ediblər: “Deyirlər, səni öldürəcəklər”. O isə cavab olaraq deyib: “Məni öldürə bilərlər, amma fikirlərimi yox”
Adalet.az xəbər verir ki, Z.Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.
23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vidalaşma mərasimindəki nitqindən:
"Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi".
Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah” və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinib. Onlardan qətlin əsas icraçısı hesab olunan Qalib Babayev Azərbaycan-İran sərhədində öldürülüb.
Qətl hadisəsilə bağlı məhkəmənin çıxardığı hökmə əsasən Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev, Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşlan kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində islam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədi ilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar.
Bu cinayətkar dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçirərək, akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarına gəlir. Burada qətlin həyata keçirilməsi planı qurulur.
Yığıncaqda akademikin İran müsteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vuğrulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib.
Törədilən cinayət əməlilə əlaqədar olaraq Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov və Rizvan Məmmədov CM-nin müxtəlif maddələri ilə təqsirli biliniblər. Mahir Zeynalov ömürlük, digərləri isə müxtəlif müddətə azadıqdan məhrum etmə cəzasına məhkum olunurlar.
Politoloq Cümşüd Nuriyev mediaya açıqlamasında bildirir ki, Ziya Bünyadovun qətlinin sifarişçisi İran olub: “Ziya Bünyadova sui-qəsd və onun öldürülməsi böyük Azərbaycan aliminə, elminə qarşı törədilən terror hadisəsidir. Özünü şəriət dövləti elan edən İranın nümayəndələri tək ziyalı alimi deyil, həm də “Quran”ı tərcümə edən bir adamı öldürdülər. Ziya Bünyadov heç də İran əleyhinə çıxış etməyib, o sadəcə bir ərəbşünas olaraq “Quran”ın qoyduğu qaydaları olduğu kimi izah edib. Azərbaycan xalqı ki, həmin qətli İran törədib. Sifarişçi İran idi və bu açıq terror hadisəsi olub. İran Azərbaycana qarşı hər zaman terrordan istifadə edib. Bu hadisə də onun bariz nümunəsi olub. Səirliyimizə olan hücum da İranın terror mahiyyətini göstərən sübutdur”.
21 fevralda ölüdürülən işıqlı alim 1923-cü il dekabrın 21-də Astara şəhərində Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadovun ailəsində dünyaya göz açıb. Alim öz nəsil şəcərəsini araşdırıb və babalarının şeyx olduğunu üzə çıxarıb.
Bu səbəbdən də qəhrəmanlıq bu şəcərənin canında-qanında olub. Beləki o, ikinci Dünya müharibəsi zamanı ön cəbhədə döyüşüb. İki dəfə ağır yaralanıb, kontuziya alsa da, cəbhədən geri çəkilməyib. 1945-ci ildə qəhrəmanlıq və cəsarətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibədən sonar yenidən elmlə məşğul olmağa başlayan Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranı azərbaycan dilinə tərcümə edib. Bundan başqa Ziya Bünyadov Azərbaycan tarixi ilə bağlı mühüm sənədləri üzə çıxarıb, erməni tarixçilərin uydurma iddialarına qarşı barışmaz mövqe sərgiləyib və böyük əhəmiyyət daşıyan əsərlər yazıb. Böyük alim 1998-ci ildə- vəfatından 1 il sonra Azərbaycanın o dövr üçün ən yüksək mükafatına – “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.
P.S. Ziya Bünyadov Bakının ortasında güllələnərək qətlə yetirilən onlarla ictimai, siyasi, elm xadimlərindən biridir. Qatillərə və sifarişçilərə Allah lənət etsin!
Əntiqə Rəşid
- Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?
28 may 2025 09:53
- Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto
28 may 2025 09:14
- Azərbaycanda Müstəqillik Günüdür
28 may 2025 00:55
- Bizim Kainat yurdumuz (Esse)
22 may 2025 12:58
- İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış etdi (YENİLƏNİB)
20 may 2025 19:28
- Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib
19 may 2025 12:56
- 19 May: Türkiyəni qurtaran böyük prosesin başlanğıc günü
19 may 2025 11:12
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- Bu dərman hər evdə olmalıdır
29 may 15:13
- Hərbçimiz minaya düşdü
29 may 15:06
- İlham Əliyev BƏƏ-nin iş adamlarını qəbul edib
29 may 14:48
- Xruşovun böyük rüsvayçılığı - Albaniya SSRİ-dən 4 sualtı qayığı zorla necə alıb?
29 may 14:45
- Bu duanı oxuyub yatanı mələklər səhərə qədər qoruyur
29 may 14:30
- Tramp İlham Əliyevi təbrik etdi
28 may 23:08
- AZAL ilə bаğlı şikаyətlər bitmək bilmir....
28 may 22:18
- Gəncə şəhəri, N.Nərimаnov küçəsi, 4-cü dаlаndаkı 50 metrlik yol bərbаd vəziyyətdədir…
28 may 15:46
- Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da axtarışa verildi - FOTO
28 may 14:14
- Türkiyə Prezidenti Laçında belə qarşılandı- VİDEO
28 may 12:09
- Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?
28 may 09:53
- Azərbaycan təbii balın kiloqramını xаricdən 6 mаnаtа аlır və əhаliyə 38 mаnаtа sаtır
28 may 09:35
- Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto
28 may 09:14
- Ukrayna Moskvaya od ələyir: Bütün aeroportlar fəaliyyətini dayandırdı
28 may 09:03
- Azərbaycanda Müstəqillik Günüdür
28 may 00:55
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn, JİVODYOR ləqəbli təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
27 may 22:56
- Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar
27 may 20:34
- Bəxti gətirən casus – Pentaqona işləyən SSRİ alimini edamdan Reyqan xilas edib
27 may 19:32
- Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
27 may 14:10
- Sabah daha bir tarixi açılış olacaq - Onlar da gəlir
27 may 14:06
- Elm 600-700 manatlıq çərçivənin içində qalmamalıdır - Yenilənib
27 may 13:58
- Vladimir Putin İlham Əliyevi təbrik etdi
27 may 13:08
- Prezident -LATIFA- Laçın tikiş fabrikinin açılışında - FOTOLAR
27 may 11:12
- Təhsil sektorunda =böyük savaş =
27 may 10:55
- Numeroloq doğum tarixindəki 4 gizli kodu açıqladı: Onlar nə deməkdir?
27 may 00:34
- Aİ-dən ukraynalı qaçqınlarla bağlı ŞOK: Ləğv edilə bilər
27 may 00:26
- NАR-ın əsas tərəfdaşlığı ilə -TEDx Sumgait- tədbiri uğurla başa çatdı
26 may 22:25
- Putin Hakan Fidanı qəbul etdi
26 may 21:10
- Bakcell regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
26 may 20:55
- Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir
26 may 14:56