- Numeroloq doğum tarixindəki 4 gizli kodu açıqladı: Onlar nə deməkdir?
- Aİ-dən ukraynalı qaçqınlarla bağlı ŞOK: Ləğv edilə bilər
- NАR-ın əsas tərəfdaşlığı ilə -TEDx Sumgait- tədbiri uğurla başa çatdı
- Bakcell regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
- Cəlil Məmmədquluzadənin nəticəsi Şuşada - Fotolar
Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
Mədəniyyət25 may 2025 13:06

Distant təhsil müəllim və tələbələrin şəxsən görüşmədiyi təhsil prosesidir. Bu təhsilin mahiyyəti ondan ibarətdir ki, materialın öyrənilməsinin bütün mərhələləri - mühazirə və təcrübədən imtahanlara, həmçinin digər testlərə qədər onlayn şəkildə baş verir. Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqə videozənglər, söhbətlər və onlayn simulyatorlar kimi internet texnologiyaları üzərindən həyata keçirilir.
2020-ci ildə distant təhsilə tələbat kəskin şəkildə artdı, hətta əvvəllər yalnız oflayn rejimdə dərs deyən müəllimlər də pandemiya zamanı bu formata keçdilər. Eyni zamanda, onların yarısı gələcəkdə onlayn texnologiyalardan istifadəni davam etdirməyi planlaşdırırdı. Bu gün də tələbələrin yarıdan çoxu distant təhsilə üstünlük verir. Eyni zamanda, müəllimlərin və tələbələrin müəyyən faizi distant əldə edilən biliklərin keyfiyyətinin daha yüksək olduğuna inanır. İşəgötürənlər də onlayn öyrənməyə müsbət yanaşırlar. Üstəlik, dünyada şirkətlərin 80%-i iş prosesində distant formatından istifadə edir.
Azərbaycanda 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulsa da, bu istiqamətdə konkret addım atılmayıb.
Bugünlərdə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə bağlı yeni dövlət standartı qəbul etməsi bu sahədə ümid qığılcımı közərdib. Bu standart distant təhsil xidmətlərinin göstərilməsi, layihələndirilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir. Eyni zamanda, bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir. Təşkilatın məlumatında bildirilir ki, yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq, keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Bununla belə, ekspertlər hələ ki, hazırda təsdiqlənən qaydaları distant təhsilin ölkəmizdə tam tanınması kimi qəbul etmirlər. Hesab edirlər ki, bu, sadəcə gələcəkdə bu təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi baza rolunu oynaya bilər.
Təşkilatın yeni standartı həmçinin "bizdə distant təhsilə hazırlıq hansı səviyyədədir?”, "bu formata keçid gələcəkdə diplomların tanınması və işəgötürmədə problemlər yarada bilərmi?” və s. tipli sualları da meydana çıxarır.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu standartın hazırlanmasını vacib hesab edir: "Bu məsələ uzun illərdir cəmiyyətdə geniş müzakirə olunurdu. Bütün hallarda bu standartın qəbul edilməsi təhsilimizə öz töhfəsini verəcək və inkişafı üçün daha da imkanlar yaradacaq”. C.Məmmədovun fikrincə, ancaq təkcə standartın qəbulu yetərli deyil. Standartlarla yanaşı, qanunun da qəbuluna ehtiyac var, eyni zamanda Nazirlər Kabineti bu istiqamətdə addımlar atmalıdır: "Milli Məclisdə bir müddət əvvəl hazırlanan "Ali təhsil haqqında” qanunda bu məsələ ilə bağlı müəyyən müddəalar yer tapmışdı. Nəzərdə tutulmuşdu ki, "Distant təhsil haqqında” qanunda bu cür məsələlər yer alsın. Hesab edirəm ki, ən qısa vaxtda bu haqda qanunun qəbuluna ehtiyac var və bu istiqamətdə müəyyən addımlar atmalıyıq”. Millət vəkili qeyd edir ki, bu gün Azərbaycan təhsilində tez-tez rastlaşdığımız problemlərdən biri də distant təhsillə bağlı diplomların tanınmamasıdır: "Vətəndaşlar tez-tez bu məsələ ilə bağlı bizə müraciət edir, narahatlıqlarını bildirirlər. Diplomların tanınmaması və qəbil edilməməsi çıxış yolu deyil. Biz bu istiqamətdə mütləq ciddi düşünməli, qərar qəbul edib real prosesə başlamalıyıq. Əks halda, bu istiqamətdə müzakirələrin və narahatlıqların davam etməsinin şahidi olacağıq”.
ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadənin sözlərinə görə, dünyada distant təhsilə keçid prosesi son illərdə, xüsusilə pandemiya dövründən sonra sürətlənib. ABŞ, Böyük Britaniya, Avstraliya kimi inkişaf etmiş ölkələrdə universitetlərin əksəriyyəti distant və hibrid təhsil formatlarını uğurla tətbiq edir: "Bu ölkələrdə distant təhsilin keyfiyyəti və tanınması üçün ciddi akkreditasiya mexanizmləri mövcuddur. UNESCO və digər beynəlxalq qurumlar da distant təhsilin keyfiyyətinə dair standartlar hazırlayır və tətbiqini təşviq edir”.
O.Kərimzadə bildirir ki, Azərbaycanda distant təhsilə keçid üçün ilkin addımlar atılsa da, hələ də hüquqi, texniki və metodoloji çərçivədə boşluqlar var: "Yeni qəbul olunan AZSTAND standartı müsbət təşəbbüsdür, lakin bu sahənin tam hüquqi bazasını formalaşdırmaq üçün ilk növbədə "Ali təhsil haqqında” yeni qanun qəbul olunmalıdır. Daha sonra Nazirlər Kabineti distant təhsilin təşkili, qiymətləndirilməsi, müəllim hazırlığı, texniki infrastruktur və akkreditasiya qaydalarını müəyyən etməlidir. Eyni zamanda, təhsil müəssisələri öz proqramlarını distant formaya uyğunlaşdırmalı və müəllim heyəti bu formatda tədris aparmaq üçün təlimlərdən keçməlidir”. İŞ üzvü hesab edir ki, gələcəkdə diplomların tanınması məsələsində problemin yaranmaması üçün distant təhsilin keyfiyyəti və şəffaflığı təmin olunmalıdır: "Beynəlxalq praktikada diplomun distant və ya əyani alınmasından çox, proqramın akkreditasiyası və ali təhsil müəssisəsinin nüfuzu əsas götürülür. Əgər Azərbaycan distant təhsil proqramlarını beynəlxalq standartlara uyğun qurarsa, bu cür problemlər minimal olacaq”. O.Kərimzadə ümumiyyətlə, bu təhsil formatını əhəmiyyətli hesab edir: "Distant təhsilin əhəmiyyəti böyükdür. Bu format regionlarda yaşayan, işləyən və ya əlilliyi olan şəxslərin təhsilə çıxışını artırır”.
Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər
- Elm 600-700 manatlıq çərçivənin içində qalmamalıdır - Yenilənib
27 may 2025 13:58
- Təhsil sektorunda =böyük savaş =
27 may 2025 10:55
- Bu şəxslər hər ay 120 manat ala bilər - ŞƏRTLƏR
26 may 2025 08:53
- Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?
24 may 2025 13:56
- Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı
23 may 2025 23:09
- Veysəloğlu Şirkətlər Qrupu -Qida təhlükəsizliyi ayı- elan etdi
23 may 2025 19:12
- Rusiyada Stalinə maraq niyə artır?
22 may 2025 00:23
- NАR-ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk B4B kitabı təqdim olundu
21 may 2025 23:51
- Hərbi hissələr üçün 200 min manat dəyərində telefon alınır
21 may 2025 00:22
- İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış etdi (YENİLƏNİB)
20 may 2025 19:28
Xəbər lenti
- Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar
27 may 20:34
- Bəxti gətirən casus – Pentaqona işləyən SSRİ alimini edamdan Reyqan xilas edib
27 may 19:32
- Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
27 may 14:10
- Sabah daha bir tarixi açılış olacaq - Onlar da gəlir
27 may 14:06
- Elm 600-700 manatlıq çərçivənin içində qalmamalıdır - Yenilənib
27 may 13:58
- Vladimir Putin İlham Əliyevi təbrik etdi
27 may 13:08
- Prezident -LATIFA- Laçın tikiş fabrikinin açılışında - FOTOLAR
27 may 11:12
- Təhsil sektorunda =böyük savaş =
27 may 10:55
- Numeroloq doğum tarixindəki 4 gizli kodu açıqladı: Onlar nə deməkdir?
27 may 00:34
- Aİ-dən ukraynalı qaçqınlarla bağlı ŞOK: Ləğv edilə bilər
27 may 00:26
- NАR-ın əsas tərəfdaşlığı ilə -TEDx Sumgait- tədbiri uğurla başa çatdı
26 may 22:25
- Putin Hakan Fidanı qəbul etdi
26 may 21:10
- Bakcell regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
26 may 20:55
- Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir
26 may 14:56
- Bir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTO
26 may 14:05
- Cəlil Məmmədquluzadənin nəticəsi Şuşada - Fotolar
26 may 13:25
- Prezident əfv sərəncamı imzaladı
26 may 10:57
- Bu şəxslər hər ay 120 manat ala bilər - ŞƏRTLƏR
26 may 08:53
- Ölkəmizdən Həccə gedən zəvvar qrupu Məkkədə - Fotolar
26 may 08:42
- Finlandiya Rusiyaya nota verdi
26 may 08:36
- Səddam Hüseyn mənə dedi ki, yalnız Heydər Əliyevi tanıyıram –1992-ci ildə Cümşüd Nuriyevə Şuşanın işağl ediləcəyini kim deyib?
26 may 08:13
- İmişli sakini güllələndi
26 may 00:13
- Mikаyıl İsmаyılovun köhnə 06-sı , yаxud аvtomobil kolleksiyаsı...
25 may 22:09
- Xəzər sahilində 117 ölü suiti tapıldı
25 may 21:32
- Kivini qabığı ilə yemək olarmı? - Az bilinən, amma maraqlı fakt
25 may 20:08
- Türkiyədə 10 milyon dollardan çox sərvəti olan 6138 nəfər var
25 may 18:34
- Bakıda 100 min manata qəbir yeri satılır - AÇIQLAMA
25 may 18:23
- Zelenski İlham Əliyevi təbrik etdi
25 may 18:08
- Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
25 may 13:27
- Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır
25 may 13:21
Video & Fotoqalereya
Video
Fotoqalereya