- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
- Tramp Çinə yola düşdü
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
Kulis.az Xalq yazıçısı Anarın "Muxtar Şahanov barədə qeydlər" yazısını təqdim edir.
Böyük qazax şairi və görkəmli ictimai xadim Muxtar Şahanov 2026-cı il aprelin 19-da vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Birliyin katibliyi Qazaxıstan Yazıçılar İttifaqına və Muxtar Şahanovun ailəsinə başsağlığı məktubu göndərib. Muxtar Şahanovun xatirəsini ehtiramla yad edərək başsağlığı məktubunu və böyük qazax ədibi barədə xalq yazıçısı Anarın 25 il əvvəl qələmə aldığı "Muxtar Şahanov barədə qeydlər" yazısını dərc edirik.
Böyük qazax ədibi, Qazaxıstanın Xalq yazıçısı, Qırğızıstanın Xalq şairi, görkəmli ictimai xadim, diplomat, Qazaxıstanın Əmək qəhrəmanı, Muxtar Şahanovun vəfatı xəbəri bizi dərindən sarsıtdı.
1959-cu ildə nəşr olunan "Sırdərya" şeirilə ədəbiyyata gələn Muxtar Şahanov "Xoşbəxtlik", "Ay doğur", "Qartallar təpələrə qonmaz" və "Etibar şahlığı", "Sevilməyənləri gözləməzlər", "Yüzillərin içindən", "Ovçunun uçurum üzərindəki ağısı", "Sivilizasiyanın yanılğısı", "Çingizxanın özüylə apardığı sirr", "Amansız yaddaşın kosmik düsturu", başqa şeir və poemaları, dramaturji və bədii-publisistik əsərləri qazax ədəbiyyatının həqiqi xəzinəsinə çevrilmişdi.
Muxtar Şahanov təkcə qələmə aldığı qiymətli əsərləri ilə deyil, həm də həqiqi vətəndaş mövqeyi ilə qazax xalqının dərin rəğbətini qazanmışdı.
Onun əsərləri dünyanın 50-dən artıq dilinə çevrilmiş, nəşr edilmişdi.
1960-cı illərdə jurnalist kimi fəaliyyətə başlayan Muxtar Şahanov sonradan çox mühüm dövlət və hökumət vəzifələri tutmuş, millət vəkili olmuş, bir çox nüfuzlu təsisatlarda Qazaxıstanı təmsil etmiş, diplomat kimi fəaliyyət göstərmişdi.
Yaradıcılığı və çoxşaxəli, məhsuldar fəaliyyətinə görə həm Qazaxıstanın ali dövlət təltiflərinə, həm də bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təsisatların mükafatlarına layiq görülmüşdü.
Muxtar Şahanov həm də Azərbaycanın yaxın dostu idi.
Bu ağır itki təkcə qardaş qazax xalqının və ədəbiyyatının deyil, həmçinin Azərbaycanın və bütün türk dünyasının itkisidir.
Qazax dili durduqca onun əsərləri oxunacaq, seviləcəkdir.
Azərbaycan Yazıçılar Birliyi böyük ədibin ailə üzvlərinə, Qazaxıstan Yazıçılar Birliyinə və bütün qazax ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Onun işıqlı xatirəsi azərbaycanlı dostlarının və oxucularının da qəlbində daim yaşayacaqdır.
Ağrınızı bölüşürük.
Allah rəhmət eləsin!
Azərbaycan Yazıçılar Birliyinin katibliyi
Muxtar Şahanov barədə qeydlər
Muxtar Şahanovun "Sivilizasiyanın yanılğısı" adlı poeması - özünün həm forması, həm də məzmunu baxımından bənzərsiz bir əsərdir. Formadakı bənzərsizlik bu əsərdə poeziya ilə nəsrin, dramaturgiya ilə memuar ədəbiyyatının qəribə sintezi ilə bağlıdır, burada qədim mif və əfsanələr bugünkü qəzet xəbərləri ilə yanaşı təqdim olunmaqdadır, müdrik pritçalar hansısa hadisə şahidlərinin ifadələri ilə yan-yanaşı verilir, dünyaşöhrətli alimlərdən, yazıçılardan tutmuş sıravi əmək adamlarına qədər, ən müxtəlif peşə-sənət sahibləriylə söhbətlər də əsərdə yaşadığı zəmanənin ən aktual problemlərinə cavab axtaran müəllifin fikir və qənaətləri ilə bir arada oxucuya çatdırılır.
Səməd Vurğunun yubileyi qeyd olunarkən Bakıya gələn Muxtar Şahanovla görüşümüzdəki yaddaqalan bir epizoda da öz əsərində yer verməsi mənim lap könlümcə oldu.
"Bakıya axşam düşürdü. Şəxsən Heydər Əliyev bizi qonaq çağırmışdı. Rəsul Həmzətov idi, mən idim, Anar, Elçin və Polad - müğənni Bülbülün nazir oğlu. Birlikdə nə az, nə çox, gecə saat üçə qədər söhbətləşdik. Şəxsiyyətin rolundan, rəhbərə sevgi və pərəstişdən söz etdik. Prezidentə dedim: "Görünür, ölkədə sizə dərin hörmət bəslənir, çünki yubiley tədbirində zala toplaşanlar Sizi alqışlamaqdan yorulub-usanmırdılar". Prezident isə qüssəli baxışlarla məni süzüb dedi: "Amma bizim xalq kimlərə alqış yağdırmayıb ki, kimlərə çəpik çalmayıb ki?!"
Muxtarın qələmə aldığı bu epizoda indi mən həmin gecədən aldığım şəxsi təəssüratlarımı da əlavə etmək istərdim.
Muxtar Şahanov vaxtilə D.A.Kunayevin dediyi sözləri xatırladı: onu tutduğu vəzifədən çıxarmaqdan ötrü Siyasi Büroda səsvermə keçiriləndə bu qərarın əleyhinə səs verən yeganə şəxs Heydər Əliyev olubmuş.
Dimaş Əhmədoviç deyibmiş:
- Unutmayın, sırf buna görə qazax xalqı Heydər Əliyevə həmişə minnətdar olmalıdır.
Heydər Əliyev bu deyilənlərə öz münasibətini bildirdi:
- Elədir, Qorbaçovla aramızda ixtilafın yaranma səbəblərindən biri də məhz elə bu olmuşdu.
Çingiz Aytmatovla birlikdə qələmə aldıqları kitabı Muxtar Şahanov H.Əliyevə hədiyyə elədi. Həmin nəşrdə bu iki qələm sahibinin Orta Asiya dövlətlərinin rəhbərləri ilə müsahibələri toplanmışdı.
Muxtar dedi:
- Çingiz təklif eləmişdi ki, bu kitabda Sizin barənizdə də yazaq, amma Sizi yaxından tanımadığıma görə mən bu fikirlə razılaşmadım. Türkmənbaşı barədə isə mən xoşagəlməz fikirlər yazdım. Onun hər tərəfdə, hər addımbaşı öz portretlərini asdırmasını necə başa düşəsən axı?! Türkmənistanın hər guşəsində özünə heykəllər qoydurubdur. Düzü, ölkədə Sizin portret və ya heykəllərinizi görməyincə, mən bundan dərin məmnunluq duydum.
Heydər Əliyev deyilənlərlə razılaşdı:
- Elədir, bir-iki yerdə portretlərim vurulmuşdu, göstəriş verdim ki, onları da yığışdırsınlar. Hətta xeyirxah bir insan öz imkanlarıyla mənim büstümü də hazırlatmışdı, ancaq ona tapşırdım ki, bunu gizlət, hələlik heç kimə göstərmə, əgər bacarsan, mən olmayanda bunu haradasa qoydurarsan. Əlbəttə, rəsmi kabinetlərdə portretlərim vurulur və bu, bütün ölkələr üçün keçərlidir: axı Prezidentin özü də dövlətin simvol və atributlarından biri sayılır, ancaq qalan yerlərdə öz portretlərimin asılmasını mən qadağan eləmişəm. Xatirimdədir, hələ sovet dövründə qulağıma şayiə gəlib çatmışdı ki, bəs mərhum nazirimiz Züleyxa Hüseynova öz kabinetində mənim portretimi asıbdır. Ona zəng edib dedim ki, şəkli oradan təcili qaydada yığışdırsın, əgər istəyirsə, onu aparıb, öz mənzilində, yataq otağında asa bilər, belədə öz portretimin gözəl bir xanımın otağında vurulması hər halda mənə daha xoş gələr...
Bunca səmimi, sadə, söhbətcil, zarafatsevər biri olması ilə Heydər Əliyev bütün qonaqları heyran eləmişdi. O:
- Bu gün sizlərlə baş-başa mən ən xoş gecələrimdən birini keçirdim. Sizinlə ünsiyyət elə səmimi və xoş idi ki... - dedi.
M.Şahanovun "Amansız yaddaşın kosmik düsturu" adlanan bir digər kitabında müəllif öz oxucusunu təkrar ən müxtəlif zəmanələrə səyahətə çıxarır və bu zaman vahid humanizm konsepsiyasına sadiqlik sərgiləyir - göstərir ki, mənəvi dəyərlərin qorunması vacib məsələdir, çünki bazar münasibətlərində nəzərəçarpan eqoizmin və kütləvi mədəniyyətin ağlasığmaz basqılarına məruz qalan bu dəyərlər insanoğlunun mənəvi dünyasının əsas nüvəsini təşkil etməkdədir.
Türkiyədə keçirilən toplantılar çərçivəsində Muxtar Şahanovun çıxışlarını sonradan dəfələrlə dinləyərkən, qərbyönümlü media vasitələrinin öz ölkəsində hökm sürən mənəvi iqlimə göstərdiyi mənfi təsirdən bu qazax yazıçısının necə dərin təşvişə düşdüyünün şahidi olurdum. Onun daim təkrarladığı bir deyim vardı: "Qabaqcıl Qərb mədəniyyəti içməli su xəttinə qoşulmağa can atarkən, nədənsə biz onun... çirkab suları axıdan xəttinə qoşulubmuşuq".
Müəllifin tutduğu mövqelər onun pərəstişkarları arasında geniş rəğbət oyadır. Yazıçının "Çingizxanın özüylə apardığı sirr" dramı üzrə Bakıda, Səməd Vurğun adına Rus Dram Teatrında hazırlanan tamaşa da məhz bu baxımdan böyük uğur qazandı.
Dekabr ayında Alma-Atada yaşanan, faciə və qəhrəmanlıq dolu hadisələrlə bağlı Muxtar Şahanovun əsərlərində rast gəldiyim səhifələri böyük maraqla oxudum. Öz xalqının şərəf və ləyaqətinin müdafiəsinə qalxan qazax gəncləri barədə o, dərin iftixar hissiylə yazır. Axı Muxtar özü də həmin hadisələrin kənar müşahidəçisi yox, fəal iştirakçısı olubdur. Sonradan isə o, haqsız yerə həbsə atılan insanların tapdalanmış hüquqları uğrunda həm mübarizə aparan şəxs kimi, həm də sözügedən olayların canlı salnaməçisinə çevrildi. İndinin özündə də o, ictimai məsələlərdə özünün biganəlikdən uzaq və fəal vətəndaş mövqeyini sərgiləməkdədir.
23 mart 2001
"Ədəbiyyat qəzeti"
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
