Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
Zakir Fərəcovun olan-qalan imicinə daha bir ağır zərbə
Bir aydan çoxdur başlayan bu çəkişmə “qəhrəmanları” da, sahibkarlarla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçı Zakir Fərəcov arasında çoxdandır davam edən səs-küylü milyonlarla borc qalmaqalında adları daha çox hallanan, son vaxtlar isə, səksədə olduqları deyilən
icra başçısının sabiq müavini, Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutan Gündüz Əliyev və Memarlıq və Tikinti şöbəsinin müdiri — Baş memar Adil Xudadatovdur. Əsas səbəb də odur ki, barəsindəki müxtəlif iddia və ittihamlarla həbsə göndəriləndən əvvəl Gündüz Əliyev Zakir Fərəcovun baş trolu kimi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, şirkət və firmalardan başçıya çatacaq “aylıq paketləri” toplayıb. Bir sözlə, başçının “qara işlərini” görməkdə adı daha çox keçib. Onun həbsindən sonra isə, hər şey əlindən çıxıb. İndi isə, “sükan Adil Xudadatovun əlindədir”. Aranı qarışdıran kimdir, bilirsiniz?! Başçının digər bir pul gətirəni kimi ad çıxaran, Sumqayıtın “tender kralı” kimi tanınan Hümbət Məmmədxanov.
Barəsində çox yazdığımız Gündüz Əliyev haqqında eyni mövzulu yazını bu yaxınlarda araz.az-da oxuya biləcəksiniz. Bu yazımızda isə, başlanan bu çəkişmənin əsas səbəbkarı olan Adil Xudadatov barəsində yazmağa qərar verdik. Uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət ərzində onun müavini olan və tez də, bu postunu itirən Adil Xudadatov karyera yüksəlişi həvəsində olub həmişə. O, bilmir ki, insanın şanı-şərəfi olan ləyaqət ona ictimaiyyət içində xətir-hörmət qazandırır. Amma adıçəkilən bu məmur heç bir insani keyfiyyətləri nəzərə almır, hətta Sumqayıtın icra başçısı olmağa hazırlaşdığı vaxtlar insanlara qarşı daha amansız olub. Onda bu pul hərisi özünə yaxın yuxarı dairələrin şirin vədlərinə uyaraq, istədiyini etməkdən çəkinməyib. Zakir Fərəcovun yerinə təyin olunması üçün, onun siyasi rəhbərliyə təqdimatı gedərkən, dosyesi təmiz çıxmadığı üçün, arzusu gözündə qalıb. İndi isə, Gündüz Əliyevin bu qara işlərini ələ keçirib. Elə, bu da, onun xətrinə dəyib. Axı, “qara pullar” yığarkən, o, nələr qazanmayıb?! Haram pullar onu qiymətsiz mal-mülk sahibi edib, sərvəti üstünə sərvətlər gətirib. Xeyirli bu işin əlindən çıxması isə, onu olduqca aqressivləşdirib.
Başlanan bu çəkişmə barədə etibarlı mənbələrimiz tərəfindən araz.az-a bu yaxınlarda ötürülən məlumat, jurnalist araşdırmalarımız zamanı da, öz təsdiqini tapdı. Məlum oldu ki, bu qalmaqalın arxasında duran Gündüz Əliyevin çoxdankı şəriki “tender kralıdır” və o, indi üzünü Adil Xudadatova tərəf çevirib. Əlimizdə olan dəlillər və faktlar isə, onu deyir ki, bu çəkişmədə baş verənlər təkcə başçıya “qazılan quyu” deyil, həm də onun olan-qalan imicinə ağır zərbədir.
Adil Xudadatov “sükanı ələ keçirəndən” sonra, “paket pulları” da xeyli qaldırıb. Bu isə, hədsiz narazılıqlar yaranmasına səbəb olub. Nə olsun, o, buna da məhəl qoymur. Xəbərlərə görə, əl-ayağa düşərək, yalnız özü haqda kristal reputasiya yaratmağa çalışır. Bilmir ki, haqq qaldırmaq məsələsinə görə, bir vaxtlar Gündüz Əliyevin başı çox ağrıyıb. Onun bu hərəkətinə, hətta ölkənin bu üçüncü şəhərində “Qüdrətin Xəzəri” kimi ad çıxaran “Xəzər” Səhmdar Cəmiyyətinin rəhbərinin özü də, qəti şəkildə etirazlarını bildirib. Üstəlik, öz narazılıqlarını yuxarılara da çatdırıb. Lakin Gündüz Əliyevi bu dəfə də, “dəmir barmaqlıqlar” arxasından qurtaran Zakir Fərəcov oldu.
Deyilənlərə baxmayaraq, Adil Xudadatov öz bildiyini edir. Onun haqq qaldırması, artıq, şəhərdə əsasən qarışıq malların alqı-satqısını həyata keçirən tanınan iri ticarət mərkəzlərinin — «Karvan» İstehsalat kоmmersiya şirkətinin, «Sumqayıt Ticarət Mərkəzi» ASC-nin, «Qalatasaray», «Piоner», «Elmar», «Оlimp» ticarət mərkəzlərinin, “Araz”, “Rahat”, “Tam”, “Bravo”… kimi yaxşı tanınan iri mağazaların,
«Yeni həyat», «Qubadlı», «Хarı Bülbül», «Büllür», «Dörd qardaş», «Şirvan», «Şəhanə»,
«Ülvü», «Nurlan», «Simurq», «Dədə Qоrqud», «Green Hоuse»… şadlıq saraylarının, «Vilvan», «Kalyоn», «Ramiks»,
«Çənlibel», «Bayatı»… restoranları rəhbərlərinin də, hədsiz narazılıqlarına səbəb olub. Məlumata görə, Adil Xudadatov Sumqayıt infrastrukturuna daxil olan poçt və rabitə xidmətlərindən, banklardan, “Azərsığorta” Dövlət Sığorta Şirkətinin, MBASK, “Kasko”…
sığorta şirkətlərinin Sumqayıt şəhər filiallarından da haqq yığır.
Adlarını çəkdiyimiz və haqq verməyə “oturdulan” əksər qurumların “canları boğazlarına yığılan” rəhbərləri, hər şeydən bəzərək, son ümid yeri kimi, ölkənin Prezident Administrasiyasına üz tutublar. Adil Xudadatovun bu əməllərinə qarşı başçının birinci müavini Teymur Səmədovun, başçının müavini — Şəhər Təsərrüfatı şöbəsinin müdiri Fərid Ələkbərovun da, kəskin etiraz bildirdikləri deyilir.
Onu da qeyd edək ki, ölkə mətbuatında dərc olunan ciddi yazılarda da, Gündüz Əliyev kimi, Adil Xudadatovun da, sərvət və mal-dövlət hərisi olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, onun pula and içməsi belə təəccüb doğurmaz. Yəni korrupsiyaya bulaşmış bütün məmurlar kimi, necə deyərlər, “qibləsi maddiyyatdır”. Yazılanlara görə, Adil Xudadatovun pulunu ver, sənə bütün qapıları açacaq, qarşında “yaşıl işıq yandıracaq”. Məlumatlarda, hətta onun nisyə dəftəri belə olduğu iddia edilir. Belə ki, hər hansı işi aşırmaq istəyəndə pul çatmırsa, Baş memar bunu öz nisyə dəftərinə qeyd edir, problemi yoluna qoyur, sonra möhlət verir ki, ona çatacaq bu pulları gətirib çatdırsınlar. Belə bir xarakterə malik məmur olması, onu nəinki Zakir Fərəcovun, hətta Gündüz Əliyevin gözündə də “ucaldıb”. Ona etimadı yaransa da, bir çox işlərin sövdələşməsində əlaltısı olsa da, indi Gündüz Əliyev Adil Xudadatovu özünün ən qatı düşməni gözündə görür. Sumqayıtda danışılır ki, belə xarakterizə olunduğuna görə, bu məmur böyük obyektlər, mal-mülk, biznes səltənəti sahibidir. Hətta iddialar var ki, o, əvvəl yük maşını sürücüsü olub, ardınca Dağıstan universitetləri adından saxta diplomlar alaraq, özünə dövlət qulluğunda iş tapıb. Sumqayıtda bütün tikinti, abadlıq-quruculuq işləri ilə bağlı məsələlər həmişə onun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan, şəhərdə daşı-daş üstə qoymaq mümkün olmayıb. O, bəzən Sumqayıt şəhərinin başçısı adından da sərəncamlar verib. Baş memar bu əməllərini daha çox İcra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirib.
Adil Xudadatovun bizə təqdim olunan mal-mülk siyahısı adamı dəhşətə gətirir. Bu siyahıda nələr yoxdur?! Paytaxt Bakının 28 May küçəsindəki “Neptun” marketin üstündə və AAFF Yaşayış Kompleksində yerləşən mənzillər, Sumqayıt şəhərindəki 21-ci məhəllədə villalar, şəhərin Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında tikilən 4 mərtəbəli bina, yenə eyni ünvandakı “Repaprik Pab”, 10-cu mikrorayondakı bir-neçə mağaza, 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Sumqayıtın kabusu kimi də özünü tanıdan bu məmur,
bu mülklərdə özünə şərik olaraq, eynən Gündüz Əliyev kimi, “tender kralı” Hümbət Məmmədxanovu seçib. Onların ölkənin digər şəhər və rayon mərkəzlərində də, milyonluq belə mülkləri var. Gündüz Əliyev kimi, əyri yolda məsləkdaşı olan “tender kralı”nın əliylə, öz yaxınlarının adlarına rəsmiləşdirdiyi şirkət və firmaların tender qalibi olmaları, onun bu qədər mülk sahibi olmasında başlıca rol oynayıb. Onların siyahıları da əlimizdədir və növbəti yazımız elə bu barədə olacaq. Maraqlananlar araz.az-ı izləməyi unutmasınlar.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.
- Nazir Kardiologiya Cəmiyyətinin sədrinə yüksək vəzifə verdi
14 iyun 2024 19:03
- Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
13 iyun 2024 19:27
- Sumqayıtın icra başçısından sensasion şikayət - 3 milyonluq borc...
13 iyun 2024 11:09
- Porsche-dən oğurlanmış 94 minlik Rolex saatı Etibar Pirverdiyevindir?
13 iyun 2024 10:56
- Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar
13 iyun 2024 10:51
- Misir Mərdanov imtahandan kəsilən müəllimlər barədə - Bu, onları cəmiyyətin gözündən salmaqdır
12 iyun 2024 22:11
- Adil Əliyevin qardaşı vəfat etdi - Foto
12 iyun 2024 17:38
- 32 yaşında Danimarkada zavod müdiri olan azərbaycanlı
11 iyun 2024 11:55
- Sumqayıtın icra başçısından dəhşətli şikayət - 3 milyonluq borc...
10 iyun 2024 22:57
- DSX-nin 2 hərbi qulluqçusunu ildırım vuraraq öldürüb
9 iyun 2024 13:18
- Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - Foto
15 iyun 11:32
- Nazir Kardiologiya Cəmiyyətinin sədrinə yüksək vəzifə verdi
14 iyun 19:03
- Prezident xalqı təbrik etdi
14 iyun 18:46
- Zəngilanda 2 tona yaxın çətənə bitkisi məhv edilib
14 iyun 13:36
- Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi
14 iyun 13:08
- Xudayar bəy kimin babasıdır ...?
14 iyun 11:42
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
14 iyun 11:10
- Tumu meyvəsindən də faydalı imiş
14 iyun 10:05
- Sabahdan bayram tətili başlayır
14 iyun 09:56
- Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
13 iyun 19:27
- Nazir generalın həbsdən azad olunan bacı oğluna vəzifə verdi (FOTO)
13 iyun 19:05
- Aqil Abbas - Əmim qızını sevirəmsə, molla kəbini ilə evlənəcəm
13 iyun 18:55
- Vəkil Adəm Məmmədov Fidan Abbasovanı məhkəməyə verdi - 50 min təzminat...
13 iyun 17:36
- Oğlanın boğazına ip bağlayıb gəzdirdilər - 3 nəfər tutuldu
13 iyun 11:14
- Sumqayıtın icra başçısından sensasion şikayət - 3 milyonluq borc...
13 iyun 11:09
- Porsche-dən oğurlanmış 94 minlik Rolex saatı Etibar Pirverdiyevindir?
13 iyun 10:56
- Yasamalda Milli Qurtuluş Günü qeyd edildi - Fotolar
13 iyun 10:51
- Misir Mərdanov imtahandan kəsilən müəllimlər barədə - Bu, onları cəmiyyətin gözündən salmaqdır
12 iyun 22:11
- Azərbaycan bu ölkələrlə ticarət əlaqələrindədir - Siyahı
12 iyun 17:49
- Adil Əliyevin qardaşı vəfat etdi - Foto
12 iyun 17:38
- Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
12 iyun 13:35
- Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?
12 iyun 12:16
- Tənzilə xanım namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm
12 iyun 10:23
- Rusiya sülhməramlıları Xocalını tərk edir
11 iyun 23:04
- Bakıda məşhur klinikada BİABIRÇILIQ: Əməliyyat etdiyi qızla sevgili oldu, onunla evlənmədiyi üçün başına oyun açdı
11 iyun 14:48
- 32 yaşında Danimarkada zavod müdiri olan azərbaycanlı
11 iyun 11:55
- 7 yaşlı uşaq döyülərək öldürüldü - Dayısı saxlanıldı
11 iyun 11:43
- Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salınıb?
10 iyun 22:50
- İlham Əliyev Türkiyəyə getdi - Fotolar
10 iyun 22:37
- Sumqayıtın icra başçısından dəhşətli şikayət - 3 milyonluq borc...
10 iyun 22:10