Hamamda əxlaqsızlıq: Bakıda 43 yaşlı kişi sevgilisinin 10 yaşlı qızına...– ŞOK DETALLAR

Bakıda 1981-ci il təvəllüdlü İsmayıl sevgilisinin azyaşlı qızı, 2013-cü il təvəllüdlü Leylaya (adlar şərti verilib – red.) təcavüz edib.
İsmayıl 2022-ci il fevralın sonlarında qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Nazilə ilə birlikdə yaşadığı evdə onun əvvəlki nikahından olan qız övladı Leylanın köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı əxlaqsız, seksual xarakterli hərəkətlər edib.
Bundan başqa, İsmayıl təkrarən 2022-ci ilin martında Novruz bayramı ərəfəsində yenə də azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər göstərib.
İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Leylanın anası Nazilə ilə Buzovna qəsəbəsində dönərxanalardan birində işləyərkən tanış olub: “Təxminən 5 il olar ki, Nazilə və onun azyaşlı qızı Leyla ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışam. Aramızda hər hansı münaqişə olmayıb.
2022-ci ilin mayından Nazilə məni nə qədər yaşadığı evə dəvət etsə də, mənim imkanım olmadığına və yolun uzunluğuna görə həmin evə getməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il mayın 23-də mobil telefonuna zəng gəldiyini görüb: “Telefona cavab verdikdə zəng edənin Nazilənin qızı Leyla olduğunu bildim. Leyla mənə anası Nazilənin dərmanlar içərək hamama girdiyini, cavab vermədiyini dedi. Mən də evimdə olan 95 manat pulu götürüb Naziləgilin yaşadığı evə getdim.
Daha sonra zəng edəndə Leyla telefonu anasına verdi. Nazilə qızı Leylanın ac olduğunu, məktəbə getmək üçün pulu olmadığını dedi. Mən də 45 manatlıq ərzaq alaraq, Naziləgilin evinə yollandım. Yemək yedikdən sonra gecəni həmin evdə keçirdim”.
İsmayılın ifadəsinə görə, səhər gün saat 10 radələrində Leyla onu yuxudan oyadıb, telefonda oyun oynamaq üçün kodu açmasını istəyib: “Mən telefonu açmaq istəyəndə Nazilə telefonun kodunu dəyişdiyini bildirdi. Bunun səbəbini Nazilədən soruşdum. O, səbəb demədən telefonu divara vuraraq sındırdı. Nazilənin bu hərəkəti xətrimə dəydi, evdən çıxaraq getdim.
Telefonu aparıb təmirə verəndə Nazilə ilə olan bütün yazışmaların silindiyini gördüm. Həmçinin, Naziləyə mesaj yazdım. Nazilə mesaj yazmamağımı, yalnız zəng etməyimi istədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 25-də Nazilənin doğum günü olub: “Dedi ki, axşam saat 23.00-dan sonra onlara gəlim. Həmin günü axşam saat 12-yə qalmış Naziləgilə getdim. Onun bir avtomobilə əyləşərək getdiyini gördüm. Zəng edəndə mənə kobud sözlər deyərək, onu narahat etməməyimi istədi.
Gecə saat 5-ə işləmiş Nazilə zəng edərək, danışmaq istədi. Lakin konturum olmadığını deyib telefonu söndürdüm və yatdım. Səhər yuxudan oyandıqda anam mənə polis bölməsinə dəvət etdiklərini söylədi. Bölmədə polis əməkdaşı Naziləyə zəng etdi və mənim bölmədə olduğumu dedi. Naziləni bir daha narahat etməyəcəyimlə bağlı ərizə yazdım və polis bölməsindən çıxdım”.
İsmayıl bildirib ki, daha sonra Naziləyə zəng edərək, ondan nə üçün polisə şikayət etməsini soruşub və avtobusa minib evinə yollanmaq istəyən zaman yenidən polis bölməsinə çağırılaraq həbs edilib: “Mən zərərçəkmiş Leylaya qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. İbtidai istintaq zamanı Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə məruz qalmışam. Bu səbəbdən sərbəst ifadə verə bilməmişəm. Bir daha bildirirəm ki, azyaşlı Leylaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm”.
İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, hazırda Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 2-ci sinif şagirdidir:
“Anam Nazilə təxminən 4-5 il bundan qabaq adı İsmayıl olan "İsi" dediyim şəxslə tanış olub. Bundan sonra anamla İsmayıl birlikdə yaşamağa başladılar. Əvvəllər İsmayıla əmi deyə müraciət etmişəm. Sonralar isə məndən "ata" deyə müraciət etməyimi istədi, həmçinin mənə “qızım” deyəcəyini bildirdi.
Mən də bundan sonra İsmayıla “ata” deyə müraciət etməyə başladım. İsmayıl mənə qarşı həmişə yaxşı münasibətdə olub, mənə oyuncaqlar alıb. Məni mağazaya apararaq istədiklərimi alıb, məktəbə aparıb-gətirib. Biz əvvəl Mərdəkan qəsəbəsində yaşamışıq. Sonradan Pirallahı qəsəbəsinə köçmüşük. Həmin yerdə də kirayədə yaşamışıq”.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci il fevralın sonlarında həmin evdə tək olarkən İsmayıl oraya gəlib: “İsmayıl divanda uzanaraq mobil telefonu ilə tik-toka baxmağa başladı. Mən isə oyuncaqlarımla oynadım. Daha sonra oyuncaqlarımı yığışdıraraq İsmayılın yanına getdim. Onun yanında tik-toka baxmağa başladım. Sonra İsmayıl telefonu "zaryatka"ya qoydu. Bir müddət sonra ondan telefonla oynamaq üçün icazə istədim. İsmayıl isə mənə “ovxala sonra” dedi. Bunu deyərkən İsmayıl əli ilə ayıb yerini göstərdi. Bunu etmək istəməsəm də, əlimdən tutaraq, ayıb yerinə apardı. Həmin vaxt İsmayıl artıq şalvarını aşağı endirdi. Bundan sonra məni əxlaqsız hərəkətlər etməyə məcbur etdi”.
Zərərçəkmiş deyib ki, daha sonra 2022-ci ilin martında, Novruz bayramı ərəfəsində Pirallahıda kirayə yaşadıqları mənzildə evdə tək olarkən İsmayıl onlara gəlib: “Anamın harada olduğunu soruşdu. Mən də Zirəyə getdiyini dedim. İsmayıl kresloda oturaraq telefonla oynamağa başladı. Mən də oynamaq istədiyimi bildirdim. Bu zaman məni hamama apardı. Bir müddət orada da mənə qarşı iyrənc hərəkətlər etdi.
Daha sonra otağa gəldik. Bundan sonra İsmayıl mənə telefonla oynamağa icazə verdi. “Bu barədə anana nəsə desən, ananın yatdığı yerdə başını kəsərəm” deyə bildirdi. Həmçinin İsmayıl mənə anama heç nə deməmək üçün kuklalar aldı. Mən də qorxudan anama heç nə demədim”.
Zərərçəkmiş bildirib ki, anası Nazilənin ad günündən 2 gün əvvəl İsmayıl yenə onlara gəlib: “Həmin vaxt mən İsmayılla otaqda oldum. Anam isə çöldə stəkanları yuyurdu. İsmayıl məndən “anana nəsə demisən?” deyə soruşdu. Mən də heç bir şey demədiyimi söylədim. Bir neçə gün sonra isə anam dedi ki, evə kamera qoymuşam, nə olub, mənə deməlisən. Mən də İsmayılın etdiklərini anama danışdım”.
İş üzrə ifadə verən zərərçəkmiş şəxsin anası Nazilənin sözlərinə görə, İsmayılla 4-5 il birlikdə yaşayıb, yaxşı münasibətləri olub: “İsmayıl qızım Leylaylaəvvəllər yaxşı münasibət saxlayıb. Onların arasında “ata-qız” münasibəti olub. Qızımı hər zaman məktəbə aparıb gətirib, dəfələrlə onu alış-verişə aparıb.
Yaşadığım evin həyətində stəkanları yuyan zaman İsmayılın qızıma “ovxala, telefonu verim” deməsini eşitdikdən sonra ondan şübhələndim. Qızımı aldadaraq evə kamera yerləşdirdiyimi dedim, İsmayılın ona qarşı hər hansı hərəkət edib-etməməsini soruşdum. Bu zaman qızım İsmayılın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini dedi.
Əvvəllər İsmayılın hər hansı hərəkətindən şübhələnməmişəm. Qaldığımız evin kirayə pulunu İsmayıl ödəyib. Aramızda ara-sıra məişət problemləri ilə bağlı narazılığımız olsa da, ciddi münaqişələrimiz baş verməyib. Mən İsmayılın barəsində hər hansı münaqişə ilə bağlı polisə şikayət etməmişəm.
İsmayılın qadınlara və uşaqlara qarşı hərəkətlərində əvvəllər hər hansı qəribəlik görməmişəm. Qızım həmişə düzgün danışan uşaq olub. İsmayıla qarşı hər hansı qərəzi yoxdur”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmayıl 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, işinə düzgün baxılmasını, üzərində olan Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin götürülməsini istəyib.
Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Məhkəmə təqsirləndirilən şəxsə qarşı verilən ittihamın düzgün olduğunu, birinci instansiya məhkəməsində işin obyektiv araşdırılması nəticəsinə gəlib.
Bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən verilən şikayət təmin olunmayıb./Teleqraf.com
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 2025 14:07
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 2025 16:33
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 2025 22:34
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 2025 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 2025 13:27
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 2025 22:23
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 2025 16:03
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 2025 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48