Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
Siyasət14 noyabr 2025 12:01
Prezident İlham Əliyev "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
NUH.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə Xankəndidə səmimi-qəlbdən salamlayıram.
Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarının nümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir.
Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır.
Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.
Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir.
Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.
Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir.
Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki, bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcəkdir.
Bütün tədbir iştirakçılarını bir daha Qarabağda ürəkdən salamlayır, konfransın praktiki əhəmiyyətli nəticələrlə yekunlaşmasını arzulayıram!"
Oxşar xəbərlər
- Prezident həmkarlarını təbrik etdi
28 noyabr 2025 11:38
- Prezident İlham Əliyev AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib
27 noyabr 2025 21:57
- Prezident pul ayırdı: Bu idmançılar və məşqçiləri mükafatlandırılacaq
26 noyabr 2025 19:59
- Bu gün Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyevin DOĞUM GÜNÜDÜR
26 noyabr 2025 10:30
- Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək (FƏRMAN)
26 noyabr 2025 00:22
- Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
25 noyabr 2025 20:47
- Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi (VİDEO)
25 noyabr 2025 09:51
- Kəlbəcərin azad olunmasından 5 il ötdü
25 noyabr 2025 00:56
- Atambayevin oğlu saxlanıldı - Foto
24 noyabr 2025 14:46
- Prezidentdən mühüm Zəngəzur dəhlizi AÇIQLAMASI - Bakıda ilk dəfə keçirilən forumda VACİB MESAJLAR
24 noyabr 2025 11:52
Xəbər lenti
- Şirməmməd Hüseynov mükafatı - nın yeni qalibi açıqlandı - Qulu Məhərrəmli
28 noyabr 13:08
- Prezident həmkarlarını təbrik etdi
28 noyabr 11:38
- Dünyanın ən balaca atı — FOTO
28 noyabr 00:14
- Prezident İlham Əliyev AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib
27 noyabr 21:57
- Gələn il pensiyalar bu qədər olacaq (RƏSMİ)
27 noyabr 21:39
- Əziz Orucov azadlığa çıxdı
27 noyabr 10:33
- Tramp Vaşinqtondakı atışmadan danışdı
27 noyabr 01:01
- Ver ki, VERƏN MƏRD OLAR...
26 noyabr 23:39
- Xruşşovla Maqomayevin qarşıdurması - Baş katibi qəzəbləndirən tvistə qadağa qoyulub
26 noyabr 22:30
- Videodakı mənim qızım deyil - Deputat Günay Ağamalı
26 noyabr 20:45
- Direktor itlərə görə cərimələndi
26 noyabr 20:18
- Prezident pul ayırdı: Bu idmançılar və məşqçiləri mükafatlandırılacaq
26 noyabr 19:59
- Bu gün Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyevin DOĞUM GÜNÜDÜR
26 noyabr 01:37
- Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək (FƏRMAN)
26 noyabr 00:22
- Azər Allahverənov Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi olub
25 noyabr 21:03
- Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
25 noyabr 20:47
- Dövlət katibi Tofiq İsmayılovun oğluna 8 il iş verildi
25 noyabr 20:09
- Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi (VİDEO)
25 noyabr 09:49
- Kəlbəcərin azad olunmasından 5 il ötdü
25 noyabr 00:56
- Xəzər dənizi ikiyə bölünəcək – Alimdən DƏHŞƏTLİ PROQNOZ
24 noyabr 22:35
- Atambayevin oğlu saxlanıldı - Foto
24 noyabr 14:46
- Bu gündən Bakıda avtobuslarda QADIN SÜRÜCÜLƏR işə başlayır - Fotolar
24 noyabr 13:33
- Bakıda DƏHŞƏTLİ PARTLAYIŞ: Vəziyyət KRİTİKDİR, FHN məlumat yaydı: 7 nəfər...
24 noyabr 12:11
- Prezidentdən mühüm Zəngəzur dəhlizi AÇIQLAMASI - Bakıda ilk dəfə keçirilən forumda VACİB MESAJLAR
24 noyabr 11:52
- Polis 8 avtomat aşkar etdi
24 noyabr 11:38
- ARAZ supermarketlər şəbəkəsi -Zəfər xatirələri- sənədli filmini təqdim edib
24 noyabr 11:31
- Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
24 noyabr 10:22
- Azərbaycanın QADIN şahmatçıları DÜNYADA İKİNCİ OLDU
24 noyabr 00:33
- Əhməd Oruc oğlunun məzarı yanında dəfn edildi
23 noyabr 21:07
- Leyla Şıxlinskaya ilə açıq-saçıq səhnələrdə çəkilməkdən imtina edib deyir ki, hamını çölə çıxarın... - FOTO+ÖZƏL
23 noyabr 19:54
Video & Fotoqalereya
Video
Fotoqalereya
