6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
Qazaxıstanda pedofiliyaya görə məhkum edilən şəxslərə kimyəvi axtalama tətbiqinin yenilənmiş qaydaları oktyabrın 17-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, cəza yalnız yetkinlik yaşına çatmayanlara qarşı seksual cinayətlər törətmiş şəxslərə şamil olunacaq və məhkəmə qərarı ilə həyata keçiriləcək. Prosedur birbaşa həbsxanalarda və müəyyən hallarda ambulator tibb müəssisələrində icra olunacaq.
Azərbaycanda da müxtəlif vaxtlarda cinsi zorakılıq, xüsusən də uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədənlərin cəzasının daha da ağırlaşdırılması, onların axtalanması məsələsi gündəmə gətirilib. Bəzi şəxslər bunu dəstəkləsə də, qarşı çıxanlar da az olmayıb. Bəs Qazaxıstan təcrübəsi ölkəmizdə də tətbiq oluna bilərmi?
Hüquqşünas Emil Aslanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu tədbirlərin tətbiqi ciddi hüquqi və etik mübahisələrə səbəb ola bilər:
O xatırladıb ki, belə cinayətlərə yol verənlər azadlıqdan məhrumetmə cəzasına məhkum olunurlar: “Kimyəvi axtalama kimi əlavə tədbirlər isə insan hüquqlarına zidd hesab olunur və birmənalı olaraq Avropa hüquq normalarına uyğun deyil. Pedofiliya ciddi cinayətdir və Azərbaycan Cinayət Məcəlləsinin 149-cu maddəsi zorlamaya, 150-ci maddəsi isə seksual xarakterli zorakılıq hərəkətlərinə görə məsuliyyəti müəyyən edir. Bu maddələrdə göstərilən cəza tədbirləri kifayət qədər sərtdir və əlavə məcburi kimyəvi müdaxilə qanuni olaraq zəruri sayılmır”.
E.Abbasov həmçinin vurğulayıb ki, belə tədbirlər insanlığa sığmayan xarakter daşıya və beynəlxalq hüquq normalarına zidd ola bilər:
“Belə qanunlar, xüsusilə kimyəvi axtalama tədbirləri, birmənalı olaraq Avropa Konsensiyasına ziddir və insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bu cür müdaxilələr şəxslərin fizioloji və psixoloji sağlamlığına ciddi təsir göstərə bilər və hüquqi baxımdan da mübahisəlidir”.
Bəs pedofiliyanın müalicəsi mümkündürmü?
“Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərova söyləyib ki, pedofiliya uşaqların istismarı və insan haqlarının ən ağır pozuntularından biridir.
“Pedofiliya uşaqların istismarıdır, dünyada insan haqlarının ən ağır pozuntularından. Pedofiliya daha çox kişilərdə müşahidə olunur, az hallarda qadınlarda bu pozuntuya rast gəlmək olar. İnsan sonradan pedofil olmur, pedofil doğulur. Bunun bir çox səbəbi var, məsələn, hamilə qadının ağır infeksiyalardan əziyyət çəkməsi, yüksək hərarətinin olması, yıxılması birbaşa dölün beynində problemlər yaradır.
Bu cür uşaqlarda pedofiliya özünü 16-17 yaşından biruzə verir. Biz kənardan diqqətli müşahidə ilə belə uşaqları müəyyən edə bilərik, bu şəxslər uşaqlara qarşı yersiz yaxınlıq edir, mehribanlıq göstərirlər, uşağı qucağına alıb oynadırlar. Elə pedofillər var ki, 6 aylıq uşağa qarşı da bunu düşünürlər, körpə uşağın cinsiyyət orqanına toxunmaqla belə həzz alırlar. Bu, ciddi xəstəlikdir”, - psixoloq qeyd edib.
Aytən Ələkbərova deyib ki, bəzən valideynlər 11-12 yaşlı övladlarının birdən-birə hamıdan uzaqlaşdığını müşahidə edirlər, lakin səbəbini anlamırlar.
“Əslində isə belə halların arxasında uşağın 5-6 yaşlarında dayısı, xalası, qonşusu, atasının dostu və ya başqa bir şəxs tərəfindən seksual qısnamaya məruz qalması dayana bilər. Uşaq böyüdükcə baş verənləri daha aydın dərk edir və bu, onda dərin psixoloji sarsıntı, depressiv vəziyyət yaradır”, - o bildirib.
Psixoloqun sözlərinə görə, bu xəstəlik bəzi hallarda narkotik aludəçilərində də müşahidə olunur.
“Çünki onlar cəmiyyət tərəfindən kənarlaşdırılırlar və bu tip uşaqlara meyl edirlər. Bu halda düşünürlər ki, uşaqlar onun narkoman olduğunu anlamır.
Bəzi ölkələrdə bu şəxslərə ona görə bu dərəcədə ağır cəzalar verilir ki, onlar bunun üçün planlar cızır, planla addımlayırlar. Mən düşünürəm ki, bu cür insanlar ən ağır cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki bu məsələdə başqa çıxış yolu yoxdur”, – Ələkbərova vurğulayıb.
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da açıqlama verib. O deyib ki, pedofiliya psixoloji xəstəlikdir və yetkin olmayan uşaqlara qarşı cinsi maraqla xarakterizə olunur:
“Pedofiliya psixoloji xəstəlikdir. Şəxsin yetkin olmayan uşaqlara cinsi maraq göstərməsidir. Bioloji amil olaraq genetik faktorlar nəzərə alınır. Xəstənin anemnestik məlumatları toplananda onun psixoloji tarixçəsi də sorğulanır. Hansısa uyğunluq yaradacaq məqamın olması genetik faktoru diqqətdə saxlayır. İnsan beynində serotonin və dopamin balansının pozulması anormal halların müşahidəsini göstərir. Sosial amillər tətikləyici faktor olaraq özünü göstərir. Ailə mühitində cinsi rol formalaşmırsa, uşağın gələcək cinsi kimliyində balans pozulur. Uşaq böyüyəndə pedofiliyanı normal hal kimi qəbul edə bilər və ya uşaq yaşlarında pedofiliyanın qurbanına çevrilə bilər. Cəmiyyətdə pedofiliyanı normallaşdıracaq müzakirələr və hansısa ifadə olunmuş həqiqətlər yaranmış hansısa mənfi halı doğru olduğunu göstərə bilər. Ailədə, məktəbdə və cəmiyyətdə cinsi maarifləndirmə faəliyyətləri olmalıdır”.
Psixoloq qeyd edib ki, pedofiliyanın müalicəsi mürəkkəb prosesdir:
“Pedofiliyanın müalicəsi mürəkkəb prosesdir. Həm psixiatr tərəfindən dərman müalicəsi, həm də klinik psixoloq tərəfindən düşüncə və davranış terapiyaları aparılmalıdır. Cinsi arzu və davranışların azaldılması ilə bağlı dərman müalicələri tətbiq edilməlidir. Emosional tənzimlənmə və sosial bacarıqlarının inkişafı istiqamətində addımlar atılmalıdır. Eyni problemi paylaşan insanlarla qrup seansları tətbiq olunmalıdır. Müalicə prosesində biopsixososial yanaşma aparılmalıdır. Fərdin mədəniyyətini və hüquqlarını nəzərə almaq vacibdir”.
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
