Prezident Çin Sədri ilə görüşdü - Fotolar

Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Sədri Si Cinpin ilə görüşü olub.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin birgə foto çəkdiriblər.
Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Sədri Si Cinpin dövlət başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib.
Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çinə dövlət səfərini məmnunluqla xatırlayıb, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxunub.
Çin Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Transxəzər marşrutunun önəminə toxunub.
O bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir.
Si Cinpin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd edib. Həmçinin Çin Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini deyib, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğulayıb.
Dövlət başçısı dəvətə görə təşəkkürünü bildiri, Çinin xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev də öz növbəsində Çinə dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd edib, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib.
Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu deyib. Dövlət başçısı “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığını deyib, artıq iki ölkə arasında sülhün bərqərar olduğunu vurğulayıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.



- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
5 sentyabr 2025 13:56
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Prezident səfiri geri çağırdı
4 sentyabr 2025 21:46
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Prezidentin Çinə səfəri başa çatdı
3 sentyabr 2025 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
3 sentyabr 2025 23:01
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40