Berinq boğazında qırğın - çukçalar və eskimoslar ABŞ və SSRİ-ni müharibə vəziyyətinə gətiribmiş
SSRİ vaxtında çukçalar bir çox zarafatların qəhrəmanları olsalar da, əslində döyüşkən və qəhrəman insanlardır. Hətta onlar XX əsrdə az qala SSRİ ilə ABŞ arasında müharibənin başlanmasına səbəb olacaqmış.
Çar Rusiyası dövründə çukçalar ruslarla vuruşan Qafqazın barışmaz xalqlarına bənzədilib. 1720-ci ildən etibarən çukça tayfaları rus ordusunun dəstələri ilə vuruşublar və bu müharibə 30 il davam edib.
Onlar rusların müttəfiqləri olan koryakları qarət edərək 240 000 şimal maralı ələ keçiriblər. Lakin kollektivləşmə və kolxoz bu xalqın döyüş iradəsinə müəyyən qədər təsir edib. Bununla belə, onların daxillərində vuruşmaq istəyi heç vaxt sönməyib.
![]()
Çukotkaya gələn ilk ruslar çukçaları çox döyüşkən xalq kimi təsvir ediblər. Məsələn, XVIII əsrdə ərazinin inkişafı ilə məşğul olan kapitan Pavlutski onların haqqında belə yazıb: “Çukçalar güclü, hündürboy, cəsur, ağıllı, ədalətli, döyüşkən, azadlığı sevən, aldatmağa dözməyən və qisasçıdırlar. Onlar müharibə zamanı təhlükəli vəziyyətdə özlərini öldürürlər”.
Ənənəvi olaraq bu xalqın nümayəndələri məşğuliyyətləri əsasında iki yerə: tundra çukçalarına və sahil çukçalarına ayrılıb. Köçəri çukçalar oturaq çukçalarla ünsiyyət saxlamayıb və onları özlərindən aşağı pillədə görüblər.
![]()
1950-ci illərdə Alyaskada ABŞ eskimosları ilə çukcalar arasında əbədi müharibə SSRİ üçün daha böyük təhlükə yaradıb. Onlar Arktika irqinin xalqı olublar, lakin 20 000 il əvvəl çukça tayfalarının bir hissəsi Berinq boğazını keçərək Alyaska sahillərində məskunlaşıblar. Zaman keçdikcə qohumluq əlaqələri unudulub və Rusiyada olan çukçalar daha təcavüzkar olublar.
Berinq boğazının eni cəmi 100 kilometrdir və çukçalar Amerikanın eskimoslar yaşayan məntəqələrinə basqın etmək üçün asanlıqla dənizi keçiblər. Onlar Alyaskada gənc qadınlarla yanaşı balıqçılıq alətləri, ov silahları, balina sümüyü və yemək oğurlayıblar. Qohumluq və genetik xəstəliklərin qarşısını almaq üçün çukçalara eskimosların qadınları lazım olub. Eyni zamanda oğurlanan digər xalqların nümayəndələri qul kimi işlədilib.
![]()
SSRİ Çukotkanı işğal etdikdən sonra daha bir səbəb də əlavə edilib - Amerika hakimiyyəti altında olan eskimoslar daha yaxşı yaşayıblar. Onların elektrik enerjisi, yaxşı yeməkləri, məişət texnikası, paltar və ayaqqabıları, qəhvə və çayları olub.
Berinq boğazında iki dövlət arasındakı sərhəd formal olduğu üçün çukçaların Amerikaya basqınları 1925-ci ildən sonra yenidən başlayıb.
İkinci dünya müharibəsindən sonra tərəflər arasında müharibə daha da şiddətlənib. Belə ki, 1942-ci ildə ABŞ ordusu Yaponiyanın mümkün desantına qarşı eskimoslardan ibarət silahlı qrup yaradıb. Nəticədə 2,5 min eskimos, aleut və hindu hərbi təlim keçərək silah əldə edib. Müharibədən sonra silahların bir hissəsi gizlədilib və yeni üstünlüklərindən istifadə edən eskimoslar qisas almaq üçün çukçalara hücum etməyə başlayıblar.
![]()
ABŞ-nin Alyaskada hərbi bazalar yaratmağa başlaması SSRİ-də narazılıqla qarşılanıb. Nəticədə 1945-ci ilin payızında Stalin çukçalarla eskimoslar arasındakı münaqişəni bəhanə edərək Alyaskaya desant göndərilməsi ilə bağlı planı təsdiqləyib. Qısa müddət ərzində aviasiya alayı və hava-desant bölüyü Çukotkaya köçürülüb. Hər iki xalq dövlətlər arasında düşmənçiliyin artmasına seviniblər və sahillər boyunca qarşılıqlı basqınların sayını artırmağa başlayıblar.
1947-ci ildə çukçalar Amerikanın Ueyls şəhərinə hücum edərək 37 nəfəri öldürəndə əsl böhran yaranıb. Cavab olaraq, 3 pulemyotu olan eskimoslar Çukotkaya gəlib və qarşılarına çıxan hər kəsi öldürüblər.
ABŞ və SSRİ qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib və yalnız Kremllə Ağ Ev arasında birbaşa danışıqlar müharibənin qarşısını alıb.
![]()
Stalin Berinq boğazının bağlanması, bütün çukçaların qeydiyyata alınması, onlara pasportl verilməsi və Çukotkadan çıxmağın qadağan edilməsi barədə əmr verib. Əgər 1948-ci ilə qədər Berinq boğazı keçid yolu idisə, bundan sonra çukçalarla eskimoslar arasında bütün əlaqələr SSRİ və Amerika sərhədçilərinin gücü ilə dayandırılıb.
Boğazın hər iki tərəfində qəbilələrin basqınları azalmağa başlayıb və şimala çoxdan gözlənilən sülh gəlib. Eyni zamanda əmək düşərgələrinə (QULAQ) sürgün edilən on minlərlə sovet vətəndaşı istər-istəməz çukçaların daha intensiv şəkildə sovet cəmiyyətinə inteqrasiya olmasına şərait yaradıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 2026 14:18
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 2026 10:59
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
