Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
Sabiq səfir Elmira Axundovanın yaxın çevrəsinə daxil olan Elnur İbrahimova mülki iddiaçı Fərman Məmmədova vurduğu xüsusilə külli miqdarda – 513 min 150 manat zərərin ödənilməsi üçün 10 gün vaxt verilib. Əks halda, məhkəmə qərarını qərəzli şəkildə icra etməmək əsası ilə onun yenidən həbs olunması gündəmə gələ bilər.
Musavat.com xəbər verir ki, Elnur İbrahimov yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə məhz hökmü icra etmədiyinə, mülki iddia üzrə ödənişdən qəsdən yayındığına görə qandallanmışdı. Elnur İbrahimov 10 günlük inzibati həbsə göndərilmişdi.
Elnur İbrahimov cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan, sabiq səfir Elmira Axundovanın adının hallandığı qalmaqallı cinayət işinin əsas fiqurantlarından biridir. Cinayət işi materiallarında Elmira Axundovanın səs yazıları, həmçinin Elnur İbrahimovun onun evinə günaşırı 5 min manat göndərməsini təsdiqləyən, lakin indiyədək hüquqi qiymət verilməmiş sübutlar mövcuddur.
Bugünkü məhkəmə iclasında hakim Elnur İbrahimovdan vurduğu zərəri niyə ödəmədiyini soruşub. Elnur İbrahimov bunu “imkansızlığı” ilə izah etməyə çalışıb. Lakin hakim iş materiallarında onun Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödədiyini təsdiqləyən sənədin olduğunu xatırladıb. Bu sənəd borclunun real ödəmə qabiliyyətinə malik olduğunu açıq şəkildə ortaya qoyur. Elnur İbrahimov həmin sənədin “formal və şablon” olduğunu iddia edərək, guya nə özü Həbib Axundova 55 min manat verib, nə də Həbib Axundov bu pulu ondan alıb. Beləliklə, vaxtilə Həbib Axundov tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən və onun cəzasının yüngülləşdirilməsinə səbəb olan “ödəmə ərizəsinin” faktiki olaraq yalan üzərində qurulduğu üzə çıxıb.
Hakim icra məmurunun mövqeyinə də sərt iradlar bildirib. Azərbaycan Respublikası adından çıxarılmış hökmün icra edilməməsinin icra məmurunun qeyri-adekvat və qərəzli mövqeyi ilə bağlı olduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Həmin hökmlə onun mülki iddiaçı Fərman Məmmədova 350 min manat ödəməli olduğu da göstərilib və bu ödənişin 5 gün ərzində həyata keçirilməsi tələb olunub.
Reallıq isə fərqlidir: hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınıb. Fərman Məmmədov Sabunçşu Rayon Məhkəməsinə müraciət edərək mülki iddia üzrə məbləğin indeksasiyasını xahiş edib. Məhkəmə məbləğin indeksasiyası ilə bağlı iddianı haqlı sayıb və müvafiq ekspertizanın nəticəsinə uyğun olaraq məbləği 513 min 150 manat təsbit edib. Yəni Elnur İbrahimov Fərman Məmmədova 350 min manat deyil, 513 min 150 manat ödəməlidir.
Paradoks ondadır ki, Elnur İbrahimov mülki iddiaçı olan Fərman Məmmədova bir manat belə ödəmədiyi halda, mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat verib. Bu fakt onun həm ödəmə qabiliyyətini, həm də hökmün icrasından məqsədli şəkildə yayındığını açıq göstərir.
Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilən rəsmi şikayət ərizəsində əksini tapıb. Lakin məhkəmənin hakimi Elməddin Hüseynov təqdim edilən sənədləri araşdırmayıb, elektron məhkəmə sisteminə yükləməyib, ən əsası isə 55 min manatlıq ödənişi ümumiyyətlə nəzərə almayıb. Qanunun tələbinə baxmayaraq, iş materialları seçmə üsulu ilə formalaşdırılıb, mülki iddiaçının sübutları faktiki olaraq “yoxa çıxıb”. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev sənədləri diqqətlə araşdıraraq Elnur İbrahimovun həbsinə qərar verib.
Bu qalmaqallı işin kökləri 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu iş adamı kimi təqdim edib, Dubaydan dəftərxana ləvazimatları gətiriləcəyi adı ilə böyük gəlir vəd olunub. Bu yolla ailəyə yaxın şəxslərdən ümumilikdə 8 milyon manat toplanıb. Lakin “biznes” kağız üzərində qurulmuş sxemdən ibarət olub. Dələduzluq ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib, Elmira Axundova isə prosesi “pullar qaytarılacaq” vədləri ilə nəzarətdə saxlamağa çalışıb. Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov önə verilib. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov həyat yoldaşı ilə birlikdə qanunsuz şəkildə ölkəni tərk edib, Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıb. O, yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. Məhkəmə baxışı zamanı Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktubun PA-da 15244 nömrə ilə qeydiyyata alınaraq hakimə yönləndirilməsi prosesə məhkəmə təzyiqi kimi qiymətləndirilir. Nəticədə vasitəçi kimi təqdim olunan Elnur İbrahimov 9 il azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası qismən təmin olunub. Lakin o, cəza müddətində belə Fərman Məmmədova bir manat ödəməyib. Mülki iddiaçı Fərman Məmmədov vurulmuş ziyanın tam və qeyd-şərtsiz ödənilməsini tələb edir.
E. MƏMMƏDƏLİYEV
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 2026 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 2026 20:03
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Tramp: İranı bir gündə silərəm
12 aprel 2026 23:05
- Xərçəng riskini azaldır
12 aprel 2026 20:08
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 2026 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 2026 11:29
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 2026 00:07
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
