Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı

Görmə problemi olan qızımız Nurlanə bir neçə hekayəsini redaksiyamıza göndərib. Onlardan birini oxuculara təqdim edirik.
Qarabağın ürəyi ( hekayə )
Nurlanə Cərullaqızı
Adi yaz günlərindən biri idi. Zeynəb müəllimə bir saat idi ki, 18 nəfər 8-ci sinif şagirdi ilə birgə avtobusla Bakıdan Şuşaya doğru yola çıxmışdı. Günün şənbə, havanın ilıq olmasından isdifadə edən Zeynəb müəllimə öz şagirdlərini 4 ildir ki, düşmən işğalından azad edilmiş Şuşa şəhərinə ekskursiyaya aparırdı. Birdən o, üzünü arxada sakit oturmaqda olan uşaqlara tutdu:
- Uşaqlar, niyə sakit oturmusunuz? Yolumuz uzundur. Danışın, söhbət eləyin.
- Müəllimə, doğrudan, biz Şuşaya gedirik? - Aytən adlı bir şagird birinci dilləndi.
- Yox, marsa uçuruq. - deyə Rizvan adlı başqa bir şagird istehza ilə cavab verdi.
Uşaqların hamısı ucadan gülməyə başladı.
- Ha, ha, ha, çox gülməlidir. - Aytən əsəbləşdi.
Dayanın! Gülməyin, ağlayın. - deyə Rizvan zarafatına davam etdi.
- Bəsdir, kəs səsini! - Aytən daha da özündən çıxdı.
- Sakit olun, uşaqlar! - Zeynəb müəllimə sözə qarışdı.
- Müəllimə, siz Şuşada doğulmusunuz, elədir ? - Səma adlı digər bir şagird söhbəti dəyişmək istədi.
- Hə, qızım, orada doğulmuşam, 14 yaşıma qədər də orada yaşamışam. - deyə Zeynəb müəllimə kədərli halda cavab verdi. Sonra əlavə etdi:
- Şuşanın hər daşı, hər cığırı mənə canım qədər əzizdir. Turş su yaylaqları, İsa bulağı, Cıdır düzü, Güllübağ, Xəngəlxana, Topxana meşəsi, atamın, anamın çalışdığı uşaq sanatoriyası. O yerlərlə bağlı elə gözəl xatirələrim var ki. Bir də Şuşanın milli simvolı olan xarı bülbül. Mən xarı bülbül festivalıını səbirsizliklə gözləyərdim. 17 məhəllə var idi Şuşada. Hər birində də məsçid, hamam və bulaq. Hər məhəllənin öz adı var idi. Biz saatlı məhəlləsində yaşayırdıq.
- Müəllimə, bəs Şuşanın adının mənası nədir? - növbəti sualı isə İlham adlı avtobus sürücüsü verdi.
- İlham bəy, oranın havası büllur kimi saf və təmizdir. Bu səbəbdən də yerli əhali şəhəri Şüşə, yəni Şuşa adlandırıb - Zeynəb müəllimə cavab verdi.
- Onu da deyim ki, Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Ona görə də ilk çağlar şəhər Şuşayla yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılıb. - deyə o, əlavə etdi.
- Müəllimə, nəyə görə Şuşanı həm də Qafqazın sənət məbədi adlandırırlar? -.
Zeynəb müəlimənin Pənah adlı başqa bir şagirdinin verdiyi suala isə cavabı belə oldu:
- Bəli, oğlum, həqiqətən, Şuşa Qafqazın sənət məbədi, mədəniyyətin beşiyidir.
Bu xarüqələr diyarı Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli, hekayələrini oxyub, ədəbiyyat müəllimi olmağa qərar verdiyim Süleyman Sani Axundov kimi neçə-neçə görkəmli şəxsiyyətlər yetişdirib.
- Müəllimə, bəs siz Şuşadan necə və nə vaxt çıxdınız?
Bunu da Rizvan soruşdu.
Zeynəb müəllimə o anları yenidən yaşayırmış kimi kövrəldi:
- Oğlum, biz oradan işğal günü, yəni 1992-ci ilin 8 mayında çıxdıq. Həmin gün ermənilər 4 tərəfdən şəhərə daxil oldular. Qarşılarına çıxan hər kəsi gülləbaran etməyə başladılar. Oradakı insanların göyə ucalan fəryadı, sayları çox olmasına baxmayaraq, tankların, düşmən əsgərlərinin hərtərəfdən güllələri başımıza yağış kimi yağdırdığı , silahların belə səsini batırırdı. Biz nə qədər ora-bura qaçsaq da, özmüzü düşmən gülləsimdən qoruya bilmədik.
- -Mən sol çiynimdən, anam isə qolundan yaralandı. Yollar saniyələr içində, sözün əsl mənasında, qan gölünə döndü. Mən olanları görməmək üçün gözlərim tutulsun deyə ağlaya-ağlaya Allaha dua edirdim. O gün gözlərimin qarşısında 195 nəfəri amansızcasına öldürdülər, 58 nəfəri də əsir götürdülər. Ölənlər arasında atam, əmim və 9 yaşlı qardaşım Elçin də var idi. 12 yaşlı digər qardaşım Elşən isə ayaqlarını itirib ömürlük əlil oldu. Biz isə sağ qalan digər insanlarla birgə Bakıya gəldik. Bir müddət vaqonda yaşadıqdan sonra dövlət bizi evlə təmin etdi. İşin ən dəhşətli tərəfi budur ki, insanlıqdan nəsibini almayan bu məxluqlar, bizə qarşı misli görünməmiş faciə törətdikləri həmin günü toy günü adlandırır və o cür də qeyd edirdilər. Ta ki, 2020-ci ilə qədər. Rəşadətli ordumuz 44 gün ərzində uzun illər düşmən əsarətində olan torpaqlarımızı azad etməklə onların bu özbaşınalığına və bizim vətən həsrətimizə əbədiyyən son qoydu. Allah vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
-Amin! - hamı bir ağızdan dedi.
- Müəllimə, bəs Şuşa işğaldan azad edildikdən sonra ora getmisiniz?
- Hə, oğlum, mən ora ailəmlə getmişəm. Orada gördüklərim məni çox kədərləndirdi . Bəzi binalar tamamılə, bəzi binalar isə qismən dağıdılıb. Bizim evimizin isə öz-özünə çöksün deyə qəsdən damı götürülüb. Amma artıq bunlar keçmişdə qaldı. İndi Şuşa bizimdi və tezliklə bizim evimiz də təzədən bərpa olunacaq. Biz də ora qayıdacağıq. Bunu da bilin ki, Şuşa relyef baxımından mürəkkəb yerdə yerləşdiyindən qəhrəman əsgərlərimiz oranı heç bir texnikanın köməyi olmadan düşmənlə əlbəyaxa döyüşərək azad edib.
Bir neçə saat keçdi. Budur, Zeynəb müəllimə və şagirdləri artıq Şuşada idilər.
Bəli, Şüşa indi sözün həqiqi mənasında çiçəklənmə dövrünü yaşayırdı. Hər tərəfdə sürətlə quruculuq və abadlıq işləri gedirdi. Bəzi binalar başdan tikilir, bəziləri də yenidən bərpa olunurdu. Yollarda hərbçilər və təmir-tikinti işlərində çalışan işcilər gözə dəyirdi . Zeynəb müəllimə ilə şagirdləri gəzə-gəzə gəlib, tikilməkdə olan bir binanın qarşısında dayandlıar.
- İşiniz irəli. - deyə, Zeynəb müəllimə üzünü fəhlələrə tutdu.
- Sağ olun! - fəhlələrdən biri cavab verdi.
- Necə gedir işləriniz ?
- Super!
- Gəlin video çəkək. deyərək , Aytən telefonunu cibindən çıxarıb, video çəkməyə başladı.
- Bu gün biz Zeynəb müəllməmizlə birgə Şuşa şəhərindəyik. Şübhəsiz ki, bu sevincimizə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Bəli, Şuşa Azərbaycanın incisi, Qarabağın ürəyidir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur!
- Ballıqaya qətliamından 33 il ötür
28 avqust 2025 02:33
- Veysəloğlu Distribusiya şirkəti -Dəyərlərimizin izi ilə- devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
26 avqust 2025 21:33
- Cahangir Novruzov ölkədən kimə görə getdi? - VİDEO
26 avqust 2025 02:10
- Məhəmmədtağı müəllim və Qurgen ( hekayə ) - KÖNÜL AYDIN
23 avqust 2025 13:11
- Prezident bu hərbçiləri təltif etdi (SİYAHI)
22 avqust 2025 17:24
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025 23:15
- Elçin Əfəndiyev VƏFAT ETDİ
3 avqust 2025 14:49
- Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı (VİDEO)
23 iyul 2025 14:57
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08