Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
“Müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllim axtarmalıdır? Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“Burada nə qədər vəsait qənaət olunur ki?! Bir müəllim bir dəfə qəbul olub, alınmayıbsa, ikinci dəfə yenə cəhd edir və vəsait ödəməlidir. Müəllimlər ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar. Çünki bu sahədə müəyyən repetitor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərinin gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti niyə müəllim üzərindən etməliyik?
Yaxşı olar ki, müzakirə olunanda onların bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Ən azından biz o xərci azaldaq ki, yaxşı müəllimi stimullaşdıraq, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin. Əgər bu qanun belə qəbul olacaqsa, heç olmasa, onun kateqoriyasını genişləndirməliyik. Məsələn, burada qeyd olunur ki, müharibə veteranlarına şamil olunmur. Birinci Qarabağ müharibəsindən danışsaq, artıq 60 yaşı var. Son Qarabağ savaşında isə o yaralanıb, müəllim işləyə bilmir və yaxud səhhəti imkan vermir. Heç olmasa, bunu onun övladına, ailəsinə şamil etmək lazımdır. Yaxud da təqaüdçülərin övladına bu imkanı yaratmaq lazımdır”, - deyə deputat qeyd edib.
***
Deputat Vüqar Bayramov bildirib: “Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 146 mindən çoxdur. 74 mindən çox müəllim şəhərdə, 68 mindən çoxu isə kəndlərdə fəaliyyət göstərir. Müəllimlərin 120-dən çoxu qadın, cəmi 25 mindən bir az çoxu kişidir. Bu isə ondan xəbər verir ki, təhsil sektorunda gender yanaşmanın nəzərə alınması və bu istiqamətdə təşviqin gücləndirilməsinə ehtiyac var”.
“Araşdırmalar göstərir ki, əsas səbəblərdən biri təhsil sferasında orta aylıq əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqıdan nisbətən aşağı olması ilə bağlıdır. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə təhsil sferasında orta aylıq əməkhaqqı digər sektorlarla müqayisədə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqı ilə müqayisədə daha yüksəkdir. Sertifikasiya nəticəsində qiymətləndirmə orta aylıq əməkhaqqıya təsir göstərir. Gözlənilir ki, növbəti dövrlərdə orta aylıq əməkhaqqıda artımlar müşahidə olunacaq. Sertifikasiyanın da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Hazırda tətbiq olunan qaydalara əsasən, 51 və daha çox bal toplamış müəllimlərin əməkhaqlarında 35 faiz artım qeydə alınır. Eləcə də 30 və 51 arası bal toplamış müəllimlərin əməkhaqlarında isə 10 faiz artım qeydə alınır. O deməkdir ki, 60 baldan 50 bal toplamış müəllimin əməkhaqqısı cəmi 10 faiz artır. 50 bal 84 faizə yaxın nəticə deməkdir. Beynəlxalq sistemlər gsötərir ki, 80 faizdən yüksək bal yığmaq A kateqoriyasıdır. Bu baxımdan daha yüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faizdən yuxarı bal toplayan müəllimlərin əməkhaqlarının 35 faiz artırılması məqsədəuyğun olardı. Bununla yanaşı, təklif edirəm ki, güzəştli kateqoriyaya keçmiş məcburi köçkünlər əlavə edilsin. Belə ki, keçmiş məcburi köçkünlər də yenidən imtahana daxil olan zaman rüsum ödəməkdən azad olunsunlar”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, qanun layihəsinə əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq.
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
7 noyabr 2025 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
7 noyabr 2025 14:28
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
7 noyabr 2025 10:18
- Prezidenti təbrik etdilər - Yenilənib
6 noyabr 2025 23:31
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
6 noyabr 2025 12:24
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
5 noyabr 2025 20:55
- Prezident qəbul keçirdi - FOTOLAR
5 noyabr 2025 12:03
- İlham Əliyevə təbrik məktubları gəlir
4 noyabr 2025 22:24
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
08 noyabr 21:33
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
08 noyabr 21:11
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
08 noyabr 14:27
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
08 noyabr 12:30
- Ərdoğan Bakıya yola düşdü
08 noyabr 10:56
- Azərbaycanda dördgünlük TƏTİL başlayıb
08 noyabr 10:34
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
