Ekspertdən xəbərdarlıq: Bu çaylardan imtina edin!
Ürəyimiz yananda, başımız ağrıyanda ağırıkəsici kimi istifadə etdiyimiz bircə stəkan pürrəngi çay... Kimisi onu armudu stəkanda, kimisi fincanda, kimisi limonlu, kimisi yalnız qəndlə, kimisi mürəbbə ilə içməyi xoşlayır.
İçdikcə də içilir... Nahaq yerə deməyiblər ki, çayın biri qaydadı, ikisi cana faydadı. Üçü nəsdi, dördü bəsdi. Çatdı beşə, vur on beşə. Çay nədi, say nədi...
Modern.az xəbər verir ki, çay bitkisi ilk dəfə Qafqazda 19-cu əsrin 40-cı illərində Qafqaz canişini Vorontsovun göstərişi ilə Suxumidə əkilib. Təcrübələr uğurlu olduğundan1876-cı ildən onun Qafqazda artırılmasına başlanıb. Azərbaycanda 1892-ci illərdə təcrübə üçün gətirilmiş sortlar Lənkəran, Car-Balakən rayonlarında əkilib. SSRİ dövründə Azərbaycan çay plantasiyalarının genişliyi ilə fərqlənib.
Dünyada hər il təxminən 1120 ton hazır çay istehsal olunur. Çay istehsalına görə ilk yeri 500 min hektarla Çin tutur. Sonra Hindistan və Şri-Lanka gəlir. 2016-cı ildə Çində 880 min ton, Hindistanda 789 min ton, Şri-Lankada 303 min ton çay istehsal olunub.
Min illərdən bəri ayrı-ayrı xalqlar vazkeçilməz içki kimi qida rasionumuza daxil olan çayı müxtəlif cür dəmləyir. Məsələn, çinlilər çayı əvvəlcədən qızdırılmış çaynikə atır, üstünə qaynar suyu tökür, 3 dəqiqədən sonra farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, həm də qəndsiz içirlər.
Yaponlar çayı əvvəlcə xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cür dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olur.
İsveçrəlilər qaynayan südə əvvəlcə qənd əlavə edirlər, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyuduqdan sonra içirlər.
Kalmıklar kiçik həcmdə suyu çaynikdə qızdırıb, üzərinə yaşıl çay əlavə edirlər. Daha sonra çayniki odun üzərinə qoyurlar. Su qaynamağa başlayanda üzərinə qaynar süd, ərinmiş yağ, duz əlavə edib, 15 dəqiqə qarışdırırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.
Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.
Sovet dövründə Azərbaycanda 17 min hektar ərazidə çay plantasiyaları salınsa da, hazırda ölkəmiz bu sahədə çox geriləyib.
Elə bu səbəbdən piştaxtaları daha çox xarici istehsal çayları bəzəyir. Əksər istehsalçılar çayın qiymətinin baha, keyfiyyətinin aşağı olması qənaətindədir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, həftə ərzində istehlakçılar tərəfindən çayın keyfiyyətilə bağlı 3-4 şikayət daxil olur: “İstehlakçılar Azərbaycanda satışda olan çayların keyfiyyətindən şikayət edirlər. Əksəriyyət çayın tərkibinin keyfiyyətli olmaması və rəng amilini vurğulayır. Azad İstehlakçılar Birliyi bununla bağlı geniş araşdırmalar aparıb. Hətta Astarada çay zavodunda olmuşuq. Amma rəngləmə amilini qeydə ala bilməmişik. Araşdırma nəticəsində çaya çox sayda qatqının, aromatizatorların qatıldığının şahidi olmuşuq. Amma təəssüf ki, rəng amilini hələlik sübut edə bilməmişik. Əhali deyir ki, “qara çayı soyuq suya atırsan, rəng verir, bu nədəndir”, yaxud “çöküntü verir, sonradan rəngi bulanır” və s. Təəssüflər olsun ki, çay istehsalı ilə məşğul olan insanlar, şirkətlər insanları maarifləndirmirlər. Əhali bilməlidir ki, xırdalanmış və rəngi tünd olan çay keyfiyyətli deyil. Onlar çayın tozundan hazırlanır. Yumrulanmış çay tozu isə tez dəm alır və rəngi qaralır”.
Hüquq müdafiəçisinin sözlərinə görə, bütün hallarda yerli istehsal olan çaylara üstünlük verilməlidir: “Eyni zamanda, Azərbaycanda qida mədəniyyətinə üstünlük verilməlidir. Bizdə yeməkdən dərhal sonra çay içilir. Bu düzgün deyil. Çünki qidanın tərkibindəki dəmirin sorulmasına mənfi təsir göstərir. Əhali bu qida mədəniyyətindən uzaq olmalıdır”.
E.Hüseynov deyib ki, bir çox hallarda xarici istehsal çayları əhaliyə yerli məhsul kimi satılır:“Bildirmək istəyirəm ki, böyük çay istehsalçısı kimi tanınan “Azərsun Holding”in istehsal etdiyi bütün çaylar xaricdən idxal edilir. Çaylar xaricdə yığılır, qurudulur və Azərbaycana gətirilir. Ölkəmizdə yalnız qablaşdırma həyata keçirilir. Biz dəfələrlə o çay fabrikində olub rənglənmə məsələsini öyrənmək istəmişik. Həmin vaxt məlum olub ki, “Azərsun”un çayları Azərbaycanda qablaşdırılır. Ona görə də rənglənmə amilini araşdıra bilməmişik”.
AİB sədri Eyyub Hüseynov eyni zamanda, əhalini birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çaylardan imtina etməyə çağırıb: “Vətəndaşlarımız paket çaylardan imtina etsələr, daha yaxşı olar. Bəzi şirkətlər paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Xüsusilə də çay alarkən xırda yarpaqlı çayların arzuolunmayan olduğunu nəzərə alsınlar. Daha keyfiyyətli çaylar kolun uzun yarpaqlarından yığılanlardır”.
NUH.az
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Atam Ukraynaya arxa çevirə bilər - Trampın oğlu
7 dekabr 2025 23:37
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
