İsveçrədə 4, Rusiyada 2, Azərbaycanda 32 mərtəbəli MƏRKƏZİ BANK )
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb. APA xəbər verib ki, binanın inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.
Müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.
AMB-nin binasını Bakıda "SOCAR Tower", Dövlət Vergi Xidmətinə, Bakı Olimpiya Stadionu və çoxlu sayda dəbdəbəli inzibati binalar inşa etmiş Türkiyənin “Tekfen İnşaat” şirkəti tikir.
Xatırladaq ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirilməsi və tikintisi üçün tender elan edib. 2021-ci il yanvarın 13-də Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro (450 milyon manat) dəyərində müqavilə imzalanıb. AMB-nin yaydığı məlumata görə, müqaviləni Bankın İdarə Heyəti sədrinin keçmiş birinci müavini Alim Quliyev və Türkiyənin “Tekfen İnşaat” şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz imzalayıb.
Bakıda Heydər Əliyev prospekti 109 ünvanında tikiləcək 32 mərtəbəli bina ilə bağlı 3 il əvvəlki razılaşmada tikintinin ümumi dəyərinin 450 milyon manat olacağı qeyd olunub. Tender tələbinə görə, binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67,926 kvadrat metr olacaq. Binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti 36 aydır.
Hazırda layihədə qeyd olunan 36 ay geridə qalıb, bu müddətdə binanın layihə dəyəri 450 milyon manatdan 770 milyon manata qədər artıb. Amma bununla bağlı bankın hər hansı izahatı yoxdur. Söhbət 320 milyon manatdan, smeta dəyərinin iki dəfəyə yaxın artmasından gedir.
Hələ 2021-ci ildə müstəqil ekspertlər binanın hər mərtəbəsinin inşasına 14 milyon 62 min manat xərclənəcəyini açıqlamışdlar. Layihəyə qoyulan vəsaitin kəskin artması ilə bu məbləğ 20 milyon manatdan çox pul deməkdir. Binanın sahəsinin 67.926 kvadratmetr olacağını nəzərər alsaq, belə məlum olur ki, hər 1 kvadrat metrin tikintisinə təxminən 12 min manatdan çox vəsait sərf olunacaq ki, bu da tikinti normaları üçün qeyri-adi səslənir.
AMB-nin hazırda dövlətə 50 milyon dollara başa gəlmiş, kifayət qədər yaraşıqlı və rahat binasından niyə imtina etməsinin səbəbi məlum deyil. Halbuki, Qarabağda dövlətin apardığı geniş tikinti-bərpa işlərində 770 milyon manata çox böyük ehtiyac var. Bu qədər vəsaiti işğaldan azad edilmiş bir rayonu bütövlükdə tikib sakinlərə təhvil vermək olar.
Qeyd edək ki, Mərkəzi Bank yetkililəri ictimai tənqidlərə cavab verərəkən, xərclənən vəsaitin dövlət büdcəsinə deyil, banka aid olduğunu bəyan edirlər. Amma bu “arqument” tənqidə dözmür. Həmin pul da Azərbaycan Respublikasına məxsusdur, bank rəhbərlərinin şəxsi vəsaiti deyil.
İkincisi, AMB rəhbərliyi belə açıqlamalarla “hökumət niyə bu qədər israfçılığa göz yumur” sualını gündəmə gətirməklə onu zərbə altında qoyur.
Diqqətçəkən rəqəmlərdən biri də budur ki, binanın Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Bu qədər vəsaiti mebel və avadanlığa sərf etmək heyrətamizdir. Yəqin ki, Azərbaycanda məmur ənənəsinə uyğun olaraq mebellər azı 3 ildən bir təzələnəcək və bankın on milyonları hər dəfə ona yönəldiləcək.
Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, məmurların Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binası 4 mərtəbəli, 1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir...
Azpolitika.info
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
