COVID 19-la bağlı ŞOK SƏNƏD açıqlandı - 2019-cu ildə...
ABŞ Konqresi 1,1 milyon ölkə vətəndaşının həyatına son qoyan COVID-19 pandemiyasının səbəbləri ilə bağlı araşdırmanı başa çatdırıb. 520 səhifəlik hesabat Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin epidemiyanın vəziyyətini öyrənən alt komitələrindən biri tərəfindən təqdim edilib.
İki illik araşdırmadan sonra konqresmenlər virusun böyük ehtimalla laboratoriya mənşəli olduğu qənaətinə gəliblər. Komissiyanın sədri Bred Uenstrup Konqresə göndərdiyi məktubda “Bu iş Birləşmiş Ştatlara və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, hazırlamağa, ondan qorumağa və inşallah, qarşısını almağa kömək edəcək” deyib.
Hesabatda həmçinin vurğulanır ki, SARS-CoV-2 (COVID19) çox güman ki, Uhan Virusologiya İnstitutundakı (Çin) “laboratoriya və ya tədqiqat”dan sızma nəticəsində ortaya çıxıb. Virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu deyilir. AFP xəbər verir ki, hesabatda habelə bildirilir ki, ABŞ Milli Səhiyyə İnstitutu virusların “funksiyasını əldə etmək” - onlarla mübarizə yollarını müəyyən etmək üçün institutda mübahisəli tədqiqatları maliyyələşdirib. “Laboratoriyadakı tədqiqatçılar SARS-CoV-2-yə bənzər bir virusa 2019-cu ilin payızında, qida bazarında aşkar edilməmişdən bir neçə ay əvvəl yoluxublar”, - hesabat vurğulanır.
Konqresin bu nəticəsi nə dərəcədə əsaslı sayıla bilər, hesabata hansısa siyasi motivin (Çin) təsiri mümkünmü? Nəticə gerçəyi əks etdirirsə, laboratoriya şəraitində buna bənzər, lakin daha təhlükəli virus yetişdirilə bilərmi? Bəşəriyyət, ölkələrin səhiyyələri nəyə hazırlaşmalıdır?
Qeyd edək ki, koronavirusun süni yaradılıb-yaradılmaması ilə bağlı məsələ geniş müzakirə olunub. Elmi cəhətdən hazırda belə bir iddianı dəstəkləyən konkret sübutlar yoxdur. COVID-19, SARS-CoV-2 virusu təbii yollarla yaranmış bir virus olaraq qəbul edilib. Virusun genomu və təkamülü üzərində aparılan tədqiqatlar göstərir ki, bu virus ehtimal ki, heyvanlardan insanlara keçib, bununla bağlı ilk ehtimallar, virusun yarasalardan keçərək insanlara bulaşması ilə bağlıdır.
Bəzi tədqiqatçılar və mütəxəssislər, virusun laboratoriyada manipulyasiya edilməsi və ya “süni yaradılması” ilə bağlı fərqli nəzəriyyələr irəli sürüblər, amma bunlar geniş şəkildə elmi əsaslarla təsdiqlənməyib. Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər qurumlar SARS-CoV-2-nin təbii mənşəli olduğunu bildiriblər.
Hazırda virusun mənşəyi ilə bağlı araşdırmalar davam edir. Onu da nəzərə çatdıraq ki, ABŞ-nin dünyada olan bütün laboratoriyalarında koronovirusun süni şəkildə yaradaılması da iddia olunur. Düzdür, bununla bağlı konkret olaraq elmi sübutlar mövcud deyil. Amma bir çox siyasətçi və mütəxəssis, xüsusilə COVID-19 virusunun mənşəyi ilə bağlı mübahisələrdə, virusun insanlara laboratoriya səhvi nəticəsində keçə biləcəyini qeyd ediblər.
Bundan əvvəl isə ABŞ senatoru Rand Paul COVID-19-un Çin laboratoriyasından, xüsusən Uhan Virologiya İnstitutundan yayıldığını iddia edib. O, bu mövzuda açıqlamalar verərək, ABŞ kəşfiyyatının və digər qurumların verdiyi bəzi məlumatlara istinad edib. Bununla yanaşı, bəzi mütəxəssislər, xüsusən Uhan institutunda həyata keçirilən “gain-of-function” (funksiya qazandırma) araşdırmalarının təhlükələri olduğunu bildiriblər.
Ancaq elmi cəhətdən, hələlik COVID-19-un ABŞ laboratoriyalarında yaradıldığına dair heç bir sübut tapılmayıb. Əksinə, virusun təbii şəkildə yaranması ehtimalı daha geniş şəkildə qəbul edilir.
İnfeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “ABŞ Konqresi, iki il ərzində apardığı araşdırmalar nəticəsində, COVID-19 virusunun çox güman ki, Çinin Uhan Virusologiya İnstitutundan laboratoriya sızması nəticəsində yayıldığını irəli sürüb. Bu məlumat, virusun təbiətdə rast gəlinməyən xüsusiyyətlərə malik olması ilə əlaqələndirilir.
Son məlumatlara, o cümlədən CDC-nin (ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi) açıqlamalarına əsaslanaraq, hələlik virusun mənşəyi ilə bağlı dəqiq nəticə əldə edilməyib. CDC və digər mütəxəssislər, virusun təbii yolla yayılma ehtimalını nəzərdən keçirirlər və laboratoriya sızmalarına dair fərqli yanaşmalar mövcuddur.
CDC, SARS-CoV-2-nin yayılma yolları ilə bağlı müxtəlif nəzəriyyələri tədqiq etməyə davam edir və bu məsələnin elmi mübahisələrə açıq olduğunu vurğulayır. Nəticədə, bu məsələ üzərində hələ də araşdırmalar davam edir və yekun nəticəyə gəlmək üçün daha çox elmi sübutlar lazımdır".
Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu kimi araşdırmalara əslində COVID-19 pandemiyası meydana çıxdığı zaman da rast gəlinirdi: “Nyu York-da dərc olunan jurnallardan birində belə bir fikir qeyd olunmuşdu ki, Amerika institutlarından biri ilə Uhandakı laboratoriyanın həmin virusu ortaq olaraq birgə yetişdirmə proyekti olub. Versiyalardan biri bu idi ki, həmin proyektdə məqsəd öldürücü və təhlükəli viruslar yayılsa, onlara qarşı necə mübarizə aparmaq olub. Lakin laboratoriyada təhlükəsizlik tədbirlərinə və qorunma tədbirlərinə kifayət qədər əməl edilmədiyindən virusun insanlar arasında yayılması baş verib. Yəni, bu məsələlər o dövrdə də çox geniş müzakirə edilirdi. Dünyada hazırda müharibələrin müxtəlif istiqamətlərdə aparıldığının şahidi oluruq. Siyasi kontekstdə gedən soyuq müharibələr, silahlarla aparılan müharibələr mövcuddur. Hazırda ən təhlükəli olanı bioloji müharibələrdir. Bioloji silahla aparılan müharibələrin əsas silahı da məhz elə viruslardır. Bu baxımdan, Amerika kimi güclü bir dövlətin, dünyanı nəzarət altında saxlanmaq istəyən bir dövlətin bu istiqamətdə çalışmalartının olması da mümkündür. Dünyada bioloji silahların tətbiqi ilə bağlı çox sayda cəhdlər barədə biz eşitmişik, bununla bağlı tarixi nümunələr var. Hər halda viruslar vasitəsilə rəqibinə qarşı müəyyən addımlar atılması cəhdlərinin ola biləcəyini də inkar etməməliyik. İkinci tərəfdən, farmako industriyanın da bu məsələyə dair müəyyən yanaşmaları ola bilər. Çünki bu cür yoluxmalar, pandemiyalar və digər viruslar dünya düzənini dəyişən, yeni düzənə yeniliklər gətirən böyük, qlobal nəticələrə gətirib çıxarır. Nəticədə böyük iqtisadi nəticələr ortaya çıxır, həm tibbi sferada böyük xərclər tələb olunur. Bir vaxtlar bu istiqamətdə satılan dərman maddələrindən danışılırdı, bunlar külli miqdarda vəsait tələb edir ki, bunun da arxasında hansısa bir düşüncənin gizlənə biləcəyini inkar etmək asan deyil. Bu baxımdan, məsələlərə çox həssas yanaşılması olduqca vacibdir. Bioloji silahlar varsa, bunların etibarlı və məsuliyyətli əllərdə olması çox vacibdir. Çünki bu cür bioloji silahlarla, viruslarla məşğul olan laboratoriya əməkdaşlarının kiçik bir diqqətsizliyi belə, COVID-19 misalında olduğu kimi, dünya miqyasında fəlakətlərə yol aça bilər. Bu səbəbdən bu məsələlər hər an dünya gündəmində olmalı və ciddi preventiv tədbirlər görülməlidir”.
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
