Pensiyalar nə vaxtdan artımla veriləcək ? - Millət vəkili Əli Məsimli
Cəmiyyət10 dekabr 2024 19:28
                                        
Bizə olan çoxsaylı müraciətlərə cavab olaraq əmək pensiyalarında gözlənilən artım,onun kimlərə şamil ediləcəyi və nə vaxt veriləcəyi,eləcə də bu mövzu ətraında olan digər məsələlərə aydınlıq gətirməyi vacib bildik.
Bəzən belə fikirlərə rast gəlmək olur ki,əmək pensiyalarının artırılması barədə söz gedəndə yalnız yaşa görə əmək pensiyasının artacağı nəzərdə tutulur. Bundan əlavə  belə fikirlər də yer alır ki, növbəti ilin əmək pensiyası əvvəlki ilin orta ilik inflyasiyası səviyyəsinə uyğun olaraq indeksləşdirilir.
Belə məsələlərə münasibətdə yanlışlıq və qarışıqlıq olmasın deyə əvvəlcə  sözügedən məsələlərə dair Əmək pensiyaları haqqında qanunun tələblərini nəzərə çatdırmaq istərdik:
Əmək pensiyaları haqqında qanunun 4-cü maddəsinə əsasən  əmək pensiyalarına  yaşa görə əmək pensiyası ilə yanaşı, həm də  əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası da daxildir. Bu ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edib. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.İlin sonuna bu rəqəmlərdə qismən dəyişikliklər olacaq.Pensiya artımı 1,1 milyon nəfərəyaxın bütün növ pensiyalara,yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanlara şamil ediləcək.
Əmək pensiyaları haqqında qanunun 29-cu maddəsinin 1-ci bəndinə  əsasən  əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən indeksləşdirilir. 2025-ci il yanvarın 1-nə  2024-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi  orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq  xüsusi sərəncamla 2025-ci il yanvarın 1-dən bütün növ əmək pensiyaları,yəni  yaşa görə, əlilliyə görə və  ailə başçısını itirməyə görə əmək pensiyaları artırılacaq.
Əmək pensiyaları haqqında qanunun 29.1-1 maddəsinə uyğun olaraq  isə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin,yəni inflyasiyanın  illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdiriləcək.
Gələn il əmək pensiyalarının nə qədər artacağı barədə mətbuatda müxtəlif rəqəm və mülahizələr irəli sürülür.Daha çox 8-9 faiz arasında artımdan söhbət gedir.Amma həqiqi məlumat yalnız 2025-ci il fevralın əvvəllərində məlum olacaq ki,pensiyaların indeksləşməsində hansı rəqəm əsas götürüləcək. Bu əsasda Əmək pensiyalarının indeksləşdirilməsi haqqında  xüsusi Prezident Sərəncamı olacaq.Artım gələn ilin yanvar ayından hesablanacaq.Amma  yanvar ayında 2024-cü ilin orta əmək haqqının artım göstəricisi barədə məlumat hazır olmadığından, vətəndaşlar 2025-ci ilin yanvar ayında builki məbləğdə  pensiya alacaqlar.Yanvar ayının artan pensiya məbləğı fevralda veriləcək.Beləliklə həm yanvar,həm də fevral ayının pensiya artımları 2025-ci ilin fevral ayında birlikdə ödəniləcək.Artıq qeyd etdiyimiz kimi, pensiya artımı təqribən 1,1 milyona yaxın pensiyaçını əhatə edəcək.
Oxşar xəbərlər
                                - Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT 
                                            1 noyabr 2025 11:17
 - DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı  SAXLANILDI  
                                            30 oktyabr 2025 11:32
 - Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 2025 10:59
 - Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir 
                                            29 oktyabr 2025 00:21
 - İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
                                            28 oktyabr 2025 21:58
 - Prezident Horovlu kəndinin AÇILIŞINDA
                                            28 oktyabr 2025 15:15
 - Boz kardinal   məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
                                            27 oktyabr 2025 23:10
 - Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi
                                            26 oktyabr 2025 21:18
 - Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ  
                                            25 oktyabr 2025 03:41
 - İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ 
                                            24 oktyabr 2025 12:45
 
Xəbər lenti
                                - Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir 
                                            04 noyabr 11:45
 - Arif  Alışanovun  qardaşı oğluna hökm oxundu
                                            03 noyabr 23:34
 - Buryatiyanın azadlıq səsi susdurulur  
                                            03 noyabr 22:19
 - O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev  
                                            03 noyabr 15:02
 - ADA ilə  -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
                                            03 noyabr 14:56
 - Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi 
                                            03 noyabr 12:04
 - İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO) 
                                            03 noyabr 11:58
 - Nar şirəsi necə saxlanmalıdır?
                                            03 noyabr 10:36
 - Polkovnik işdən azad olundu
                                            03 noyabr 10:22
 - Peyk  ötürücü  taxılan  türk  ŞAHİNİ  103 min kilometr UÇUB  və   28  ölkəni  gəzib  FOTO 
                                            03 noyabr 01:01
 - HEYRƏT  -  Amerikalı  QIZ   gədəbəylilər kimi  SAZ  ÇALIR, AŞIQ  MAHNISI  OXUYUR  VİDEO  - Video
                                            02 noyabr 23:14
 - ÖMÜRLÜK  SİQARET  QADAĞASI   tətbiq olundu
                                            02 noyabr 22:49
 - Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI 
                                            02 noyabr 21:53
 - Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər? 
                                            02 noyabr 14:44
 - Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR 
                                            02 noyabr 12:15
 - İçərişəhərdə Zeytun Festivalı davam edir   (FOTO)
                                            02 noyabr 12:10
 - Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK   KRALİÇASI  
                                            02 noyabr 11:49
 - Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S 
                                            02 noyabr 02:21
 - Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
                                            02 noyabr 02:08
 - Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto 
                                            01 noyabr 21:10
 - Məktəb  direktorunun QIZI  şikayət  etdi və  ATASININ  100 min manatlıq yeyintisi üzə çıxdı 
                                            01 noyabr 20:30
 - Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
                                            01 noyabr 13:26
 - TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın  rəyini nəzərə alacaqdır...  
                                            01 noyabr 12:56
 - İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib  
                                            01 noyabr 11:24
 - Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT 
                                            01 noyabr 11:17
 - SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO 
                                            01 noyabr 10:05
 - Kəklikotunun möcüzəvi faydaları 
                                            01 noyabr 09:44
 - Ramiz Mehdiyevin  gəlini Nigarın  ATASI  KİMDİR ?
                                            01 noyabr 02:38
 - Rüşvət alan  MEŞƏBƏYİ   həbs olundu
                                            01 noyabr 02:24
 - Azərbaycanda İLK - MEYİT-dən   19 yaşlı gəncə ÜRƏK  KÖÇÜRÜLDÜ  
                                            31 oktyabr 23:51
 
Video & Fotoqalereya
                                Video
                                        
                                    Fotoqalereya
                                        
                                    